DAMAD
DAMƏ
OBASTAN VİKİ
Damanab (Həştrud)
Damanab (fars. دامناب‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,054 nəfər yaşayır (223 ailə).
Damanab (Əhər)
Damanab (fars. دامناب‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 161 nəfər yaşayır (28 ailə).
Damancan (Sərab)
Damancan (fars. دامنجان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,732 nəfər yaşayır (328 ailə).
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. == Haqqında == Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.
Damansk adası
Damanski adası (çin. Çjenbao dao. draqosennıy adası) — sahəsi 0,74 km² olan kiçik ada, Ussuri çayında yerləşən adadır. Xabarovskdan 230 km cənubda, Luçeqorsk şəhərindən isə 35 km qərbdə yerləşir. Çay yatağında yerləşən adadır. 1888-ci ildə Transsibir magistral dəmir yolu inşa edilərkən mühəndis Stanislav Damanski fırtına zamanı Ussuri çayında boğularaq həlak olur. Sonradan onun cənazəsi adsız bir adada tapılır. Onun şərəfinə adsız adaya onun adı verilir. 1969-cu ildə bu ada SSRİ və Çin arasında konfliktə səbəb olmuşdur. == 1969-cu il sərhəd konflikti == Sərhəd konflikti SSRİ və Çin arasında Damansk asına görə baş vermişdir.
Damansk adasında sərhəd münaqişəsi
Damansk adasında sərhəd münaqişəsi (rus. Пограничный конфликт на острове Даманский, Poqraniçnıy konflikt na ostrove Damanskom) və ya Çin–Sovet sərhəd münaqişəsi (çin. ənən. 中苏边界冲突, pinyin: Zhōng Sū biānjiè chōngtū) — SSRİ ilə Çin arasında 1969-cu ildə baş tutmuş və təxmini olaraq 7 ay davam etmiş olan bir qrup sərhəd döyüşlərinə verilən ad. == Haqqında == SSRİ ilə Çin arasındakı sərhəd ixtilafları 1950-ci illərin sonlarında başlamışdır. 1962-ci ilin mayında təxmini olaraq 60.000 Uyğurun iqtisadi səbəblərlə əlaqədar olaraq SSRİ sərhədindən Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna köçməsi dövrün Çin mediası tərəfindən təbliğat vasitəsinə çevrilmiş və bununla əlaqədar olaraq iki ölkə arasında gərginlik getdikcə artmışdır. Bu hadisədən dərhal sonra Çin ilə SSRİ arasında heç cür həll edilə bilinməyən sərhəd məsələlərinin həlli ilə bağlı görüşlər başlamışdır. Görüşlərdə Çin, Tzin sülaləsi ilə Çar Rusiyası arasındakı XIX əsrdəki sərhədlər daxilinə qayıtmağı təklif etmişdir. Ancaq sovetlərə görə; Çin o dövrdəki torpaqları haqsız olaraq ilhaq etmişdir və bu SSRİ-yə görə bərabərsizlik olmaqla bərabər Moskvanın bunu qəbul etməsi qeyri-mümkün idi. Çin-SSRİ sərhədinin qərbində hadisələr belə olarkən, qərbdə Tacikistanın şərqində təxmini olaraq 52.000 km²-lik bir sahə Çar Rusiyası tərəfindən işğal olunmuşdur.

Значение слова в других словарях