DAMCI

Kökü dammaq məsdəri ilə bağlıdır, amma feil -cı şəkilçisi qəbul etmir. Dam kökünə -la şəkilçisi də artırıla bilər: damla (son damla qanına qədər...). Feil -la şəkilçisini də qəbul etmir. Deməli, burada tarixi araşdırma aparmaq lazım gəlir. Qədim mənbələrdə damcı, damla sözlərinin yerinə tamızım kəlməsi işlədilib. Əmizdir qəlibi üzrə damızdır feili yaranıb. -ım şəkilçisi feildən ad düzəldə bilir: öl ölüm... Damız feilindən də həmin qəlib üzrə damızım ismi əmələ gəlib. Damcı bu sözün təhrifindən yaranıb. Damla sözü, əslində, damıla kimi olub (yaz və yazı qəlibi üzrə damdamı sözü yaranıb), sonra feildən isim düzəldən şəkilçisi reduksiya olunub (bu hal əm(i)lik, qırx(ı)lıq, sat(ı)lıq kəlmələrinə də aiddir). Söz, əslində, təqlidlə də bağlıdır (dambıltı...). Tuva dilində söz damdı kimidir. Bizdə əydi adlı alət var. Deməli, damdı həmin qəlib üzrə yaranıb, sonra damcı şəklinə düşüb, təqlidi sözdür, dambıltı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAMBAT
DAMĞA
OBASTAN VİKİ
Damcı
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
Atmosferdə su damcıları
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Damcılı
Damcılı (Göygöl) — Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Damcılı (Qırxbulaq) — Qırxbulaq mahalında köhnə kənd. Damcılı (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Damcılı mağarası — Qazax rayonunda yerləşən mağara.
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. == Əhalisi == Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Damcılı (Göygöl)
Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nun Qızılca i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Damcılı mağarası
Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir.
Damcıtökən
Damcıtökən – qrafik redaktorlarda: mövcud obyektin rəngini "özünə çəkən" və onu aktiv rəng edən alət. Bunun üçün, sadəcə, həmin aləti istədiyiniz sahənin üzərinə aparıb çıqqıldatmaq lazımdır.
Göz damcıları
Göz damcıları — gözlərə damcılama yolu ilə tətbiq olunan izotonik məhlul. İstifadə olunduğu xəstəlikdən asılı olaraq, onların tərkibində dərmanlar və ya yalnız nəmləndirici və gözyaşardıcı məhlullar ola bilər. == Yararlılıq müddəti == Əczaçılar göz damcılarının əksəriyyətini 28 gündən sonra atmağı məsləhət görürlər, çünki onlar yalnız 28 gün ərzində məhlulda sabitdirlər. == Oftalmologiyada tətbiqi == Xəstələr müxtəlif rəngli qablaşdırmasına görə göz damcılarının müxtəlif farmakoloji siniflərini tanıya bilərlər. Məsələn, göz bəbəklərini genişləndirmək üçün damcıların qablaşdırmasının rəngi allergiya üçün damcıların qablaşdırmasının rəngindən fərqlidir. === Quru göz müalicəsi === Səthin sağalmasına müxtəlif yanaşmalar təmin edən çox sayda süni gözyaşı damcıları var. Bikarbonat ionlarının tərkibində, hipotoniklikdə, özlülükdə fərqlənən və tərkibində konservantlar olmayan növlər var. Onların hamısı fərqli təsir göstərir və buna görə də ən yaxşı nəticə verəni tapmaq üçün müxtəlif süni göz yaşlarını sınamaq lazımdır. Bu damcıların bir neçə ümumi adı var: "süni gözyaşı", "rahatlıq damcıları", "nəmləndirici damcılar". === Tərkibində steroidlər və antibiotiklər olan göz damcıları === Tərkibində steroid və antibiotik olan göz damcıları göz infeksiyalarının müalicəsində istifadə olunur.

Значение слова в других словарях

златоро́гий панёвка подскреба́ться выдра́иваться ми́лостью божьей отража́тельный перека́рмливаться статуэ́точный чистоте́л монах обморок плющ bursarial chug detrainment Famagusta hyperbolize lumber camp meretrix radium emanation stable door vital statistics завертеться обсесть окладистый