DAMFALI
DA:Mİ
OBASTAN VİKİ
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı... (film, 2014)
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı… qısametrajlı sənədli televiziya filmi rejissor Vüqar Sədioğlu tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. Filmdə ermənilər tərəfindən Ağdamın və ağdamlıların başına gətirilən bəlalar əks etdirilir. == Məzmun == Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. "Yaddaş bizi heç kəsin qova bilməyəcəyi yeganə cənnətdir". Nə yaxşı, Qarabağla – o müqəddəs torpaqla bağlı cənnətimiz – yaddaşımız var. Əgər bu gün övladlarımızın əlindən tutub Ağdama apara bilmiriksə, onun min bir gözəlliklərini göstərib öyünə bilmiriksə, o yaddaşa qalır əlacımız, o yaddaş gəlir karımıza. Hələlik, bəli, hələlik gözəl və vüqarlı şəhərimiz, dinc və məğrur insanların yurdu, havası, suyu, torpağı da muğam oxuyan, gül qoxuyan Ağdamla bağlı yaddaşımız ovudur bizi: Ağrılı və qürurlu yaddaşımız…Ağdam sovet dövründə, nəinki Qarabağın, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. Ağdam, həm də Qarabağın mədəni mərkəzi, musiqi beşiyi idi..Ermənilərin dinc torpağımıza gətirdiyi müharibə Ağdamın da cah-cəlalına, gəlhagəlli və bəxtəvər günlərinə son qoydu.
бодиа́рт волна ксено́н перепи́сывать пивко́ пио́н разли́вка соро́ка хи́мико-терми́ческий вли́ться вооружённым глазом инте́нция капиту́л набрю́шный непристу́пный парите́тный портсига́рчик просветли́ться chronography grouping keep Tristan tunica альбатрос Эрмитаж