dans

prép 1) içində, -da, -də; ~ le jardin bağda; 2) -a, -ə, -ya, -yə; il va ~ le jardin o, bağa gedir; nous sommes ~ le jardin biz bağdayıq

danois
danse
OBASTAN VİKİ
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Breyk-dans: Film (film, 1984)
Breyk-dans: Film (ing. Breakdance: The Movie; qısa forması: Breakin') — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. == Məzmun == Kelli, Orlando və Toni adlı üç rəqqas birləşirlər ki, müsabiqədə qalib gəlsinlər... == İstinadlar == == Xarici keçidlər == Breyk-dans: Film — Internet Movie Database saytında.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.
Dansiq koridoru
Dansiq koridoru (və ya Polşa koridoru, Qdansk koridoru) — Versal sülh müqaviləsindən sonra yaradılmış koridor. Müqavilədən sonra Şərqi Prussiya ilə Almaniya arasında yerləşən ərazi Polşa sərhədlərinə daxil edilmişdir. Dansiq (indiki Qdansk) liman şəhərinində daxil olduğu ərazi Polşanın Baltik dənizinə olan çıxışını təmin etməkdə idi. Koridorun yaradılması ilə Şərqi Prussiya və Almaniya arasındakı quru bağlantısı kəsilmişdir. 1938-ci ilin sonlarında Almaniya Dansiq liman bölgəsinin və Şərqi Prussiya ilə quru nəqiliyyatının təmin edilməsi üçün ərazini Polşadan tələb etmişdir. Ərazinin əvəzində Almaniya Polşaya Cənubi Prussiya torpaqlarından bir hissə verməyi təklif etsə də Polşa tərəfi təklifi rədd etmişdir. Adolf Hitler Polşanın rədd cavabından sonra generallarının təkidlə qarşı çıxmasına rəğmən Polşaya hücum etmək barədə qərar verir. Fransa və İngiltərə əvvəlki imzalanmış müqavilərə əsasən Almaniyanın hər hansısa bir Avropa torpağı üzərində haqq iddia etməsinin müharibəyə səbəb olacağını bildirmişdir. Adolf Hitler Dansiq koridoru kimi kiçik bir ərazi üçün böyük dövlətlərin onlara qarşı müharibəyə başlmayacağını güman etsə də, limanın bombalanmasının ardından Fransa Almaniyaya müharibə elan etmişdir. İkinci dünya müharibəsinin ilk bombası Dansiq şəhərinə atılmışdır və zamanla müharibə bütün dünyanı əhatə edəcək şəkildə genişlənmişdir.
Kirsten Danst
Kirsten Karolin Danst (ing. Kirsten Caroline Dunst, d. 30 aprel 1982, Nyu-Cersi, ABŞ) — amerikalı aktrisa, model və müğənni. 12 yaşı olanda "Vampir ilə müsahibə" filmində oynadığı vampir Klaudia roluna görə geniş surətdə insanlar tərəfindən sevilməyə başlayıb və bu roluna görə aktrisa "Ən yaxşı ikinci dərəcəli aktrisa" adı ilə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Kirsten Karolin Danst 30 aprel 1982-ci ildə Amerikada, Nyu-Cersi ştatının Point Plezant qəsəbəsində anadan olub. Kinoaktrisanın atası – əslən Hamburqdan olan Klaus Danst bir tibb şirkətində çalışmış, anası İnez isə əvvəllər Lufthansada stüardessa işləmiş, daha sonra rəssam olmuş, incəsənət qalereyasının təsisçisi və sahibəsi olmuşdur. 1986-cı ildə Kirstenin Kristian adında bir qardaşı dünyaya gəlir. Aktrisa doqquz yaşınadək ailəsi ilə birlikdə Point Plezantda yaşayır. Valideynlərinin boşanmasından sonra Kirsten qardaşı və anası ilə birlikdə Cənubi Karolinaya köçür. == Karyerası == Kirsten Danstın kino karyerasındakı debütü 1989-cu ildə baş tutur.
Makura no Danshi
Makura no Danshi (枕男子, ədəb. "Yastıq oğlanlar") — Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb. == Fərziyyə == Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır. == Personajlar == Mari/Merri (めりぃ, Merii, Səsləndirən: Natsuki Hanae): Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir.
Məhəmməd Lamine Dansoko
Məhəmməd Lamine Dansoko (15 mart 1998) — Qvineyanı təmsil edən atlet. Məhəmməd Lamine Dansoko Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Lamine Dansoko birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.05 saniyəlik nəticə ilə 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Danse Macabre
Danse Macabre və ya Ölüm rəqsi (/dɑːns məˈkɑːb[unsupported input]rə[unsupported input]/ ; Fransızca tələffüz: [dɑ̃s ma.kabʁ], fransız dilindən) — ölümün universallığına dair son orta əsrlərə aid bədii alleqoriya janrı. Danse Macabre, ölülərin və ya ölümün təcəssümündən ibarətdir, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini, tipik olaraq bir papa, imperator, kral, uşaq və işçi ilə məzara qədər rəqs etməyə çağırır. İnsanlara həyatlarının kövrəkliyini və dünya həyatının əzəmətinin nə qədər boş olduğunu xatırlatmaq üçün memento mori kimi hazırlanmışdır.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). == İqtisadiyyat == Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.

Digər lüğətlərdə

берды́ш брамани́зм картографи́ровать натру́бный нафа́бривать переги́бнуть хонингова́ние дебо́ш допере́ть микросо́циум опеча́тывать отоспа́ться пии́т черпу́шка шёпотом ballet patty pan well-found горбун позитив поправление разбег сланцеватый ущемить чёркать