DANIŞ

Tövsiyə, öyüd, məsləhət, müzakirə. (“Kitabi-Dədə Qorqud” leksikası)

DAN (DAN-DANSUX)
DANLA
OBASTAN VİKİ
Onunla danış
Onunla danış (isp. Hable con ella) rejissorluğu və ssenari yazarlığı Pedro Almodovara aid olan 2002 istehsalı İspan dram filmi. Baş rollarda Xavier Kamara, Dario Qrandinetti, Leonor Uatlinq, Geraldin Çaplin və Rosario Flores oynamışdır. Film Ən Yaxşı Orijinal Ssenari nominasiyası üzrə Oskar Mükafatı və Xarici dildə ən yaxşı film Qızıl Qlobus Mükafatı almışdır. Film cinslər arasındakı ünsiyyət çətinlikləri, tənhalıq, səmimiyyət və sevgidəki qətiyyətin itməsi kimi mövzuları əhatə edir. Javier Cámara --> Benigno Martín Darío Grandinetti --> Marco Zuluaga Leonor Watling --> Alicia Rosario Flores --> Lydia González Mariola Fuentes --> Rosa Geraldine Chaplin --> Katerina Bilova Pina Bausch --> 'Café Müller' danscısı Malou Airaudo --> 'Café Müller' danscısı Caetano Veloso --> partideki şarkıcı --> "Cucurrucucú paloma" Roberto Álvarez --> Doktor Elena Anaya --> Ángela Lola Dueñas --> Matilde Adolfo Fernández --> Niño de Valencia Ana Fernández --> Lydia'nın kızkardeşi Chus Lampreave --> Bekçi Paz Vega --> Amparo (sessiz filmde) to Her/ 0287467 — Internet Movie Database saytında.
Vətəndaş, türkcə danış!
Vətəndaş, türkcə danış! — Mustafa Kamal dövrü Türkiyədə başladılan və türk dilinin işləkliyinin daha da artırılmasını məqsədləyn dövlət dəstəkli kampaniya. Kampaniya 13 yanvar 1928-ci ildə hüquq tələbələri tərəfindən başladılmış və 1930-cu illər boyunca davam etdirilmişdir. Dövlət tərəfindən dəstəklənən kampaniyanın məqsədi bütün ölkə boyunca türk dilinin işləkliyini daha da artırmaq olmuşdur. Kampaniya boyunca bəzi bölgələrdə türkcədən başda dildə danışan insanlara müxtəlif pul cəzaları verilmişdir. Bəzi yazıçılar kampaniyanın Türkiyədəki sosio-siyasi türkləşdirmə hərəkatına önəmli şəkildə yardım etdiyini iddia etməkdədir.
Yuxularını mənə danış
Yuxularını mənə danış (ing. Tell Me Your Dreams) — Sidni Şeldonun 1998-ci ildə yazdığı romandır.
Meral Danış Beştaş
Meral Danış Beştaş (5 aprel 1967, Mazıdağı[d], Mardin ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Meral Danış Beştaş 5 aprel 1967-ci ildə Mardin ilinin Mazıdağı ilçəsində anadan olub. 1990-cı ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub. Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. Diyarbəkir Vəkillər Kollegiyası İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin üzvü olub. 1999-cu ildə Almaniyanın Weimar İnsan Hüquqları Ödülünə layiq görülüb. Dəfələrlə platformalarda və tədbirlərdə insan hüquqları və qadın hüquqları mövzularında məruzələrlə çıxış edib. HDP həmsədrinin müavini, HDP Hüquq və İnsan Haqları Komissiyasının sədri olub. 30 yanvar 2017-ci ildə Kobani hadisələrinə görə HDP İdarə Heyətinə qarşı açılan istintaq çərçivəsində saxlanılıb və "silahlı terror qrupuna üzv olmaq" iddiası ilə həbs edilib.
Onunla danış (film, 2002)
Onunla danış (isp. Hable con ella) rejissorluğu və ssenari yazarlığı Pedro Almodovara aid olan 2002 istehsalı İspan dram filmi. Baş rollarda Xavier Kamara, Dario Qrandinetti, Leonor Uatlinq, Geraldin Çaplin və Rosario Flores oynamışdır. Film Ən Yaxşı Orijinal Ssenari nominasiyası üzrə Oskar Mükafatı və Xarici dildə ən yaxşı film Qızıl Qlobus Mükafatı almışdır. Film cinslər arasındakı ünsiyyət çətinlikləri, tənhalıq, səmimiyyət və sevgidəki qətiyyətin itməsi kimi mövzuları əhatə edir. Javier Cámara --> Benigno Martín Darío Grandinetti --> Marco Zuluaga Leonor Watling --> Alicia Rosario Flores --> Lydia González Mariola Fuentes --> Rosa Geraldine Chaplin --> Katerina Bilova Pina Bausch --> 'Café Müller' danscısı Malou Airaudo --> 'Café Müller' danscısı Caetano Veloso --> partideki şarkıcı --> "Cucurrucucú paloma" Roberto Álvarez --> Doktor Elena Anaya --> Ángela Lola Dueñas --> Matilde Adolfo Fernández --> Niño de Valencia Ana Fernández --> Lydia'nın kızkardeşi Chus Lampreave --> Bekçi Paz Vega --> Amparo (sessiz filmde) to Her/ 0287467 — Internet Movie Database saytında.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Bizdən danışaq (mahnı)
Daşlar Danışanda (1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Kral danışır! (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Moskva danışıqları (1939)
Moskva danışıqları — SSRİ, Böyük Britaniya və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə bağlamaq barədə danışıqlar; Münhen sazişindən (1938) sonra dünya müharibəsi təhlükəsinin artması şəraitində aparılmışdır (aprel-avqust). Sovet hökuməti hələ 1939-cu il martın 18-də — gələcəkdə faşist təcavüzünün qarşısını almaq tədbirlərini nəzərdən keçirmək məqsədi ilə SSRİ, Böyük Britaniya, Fransa, Polşa, Rumıniya və Türkiyə nümayəndələrinin konfransını çağırmaq təklifini irəli sürmüşdü. Lakin İngiltərə bu əməli çağırışı rədd edərək aprelin 14-də Sovet hökumətinə təklif etdi ki, Şərqi Avropanın onunla qonşu dövlətlərinə hücum etməmək barədə birtərəfli qaydada təminat versin. Aprelin 17-də Sovet hökuməti İngiltərə, Fransa və SSRİ arasında qarşılıqlı yardım barədə müqavilə (Sovet hökuməti müqavilənin layihəsini iyunun 2-də təqdim etdi) və hərbi konvensiya bağlanmasını nəzərdə tutan yeni təklif irəli sürdü. Sovet təklifinin həyata keçirilməsi faşist Almaniyasının təcavüzü qarşısında möhkəm sədd yaradılmasına imkan verərdi. İngiltərə-Fransa tərəfinin mövqeyi üzündən uzun sürən siyasi danışıqlar konkret nəticə vermədi. Sovet tərəfi danışıqlara işgüzar xarakter vermək arzusu ilə, iyulun 23-də siyasi danışıqların başa çatmasını gözləmədən hərbi konvensiya bağlamaq məqsədi ilə üç dövlət arasında danışıqlara başlamağı təklif etdi. Lakin İngiltərə və Fransanın avqustun 11-də Moskvaya gəlmiş və ikinci dərəcəli şəxslərdən ibarət hərbi nümayəndəlikləri faşist təcavüzünə qarşı birgə mübarizə tədbirlərinə dair Sovet hökumətinin əməli təkliflərini cavabsız qoydu. Polşa, Latviya, Litva, Estoniya və Finlandiyanın mürtəce hökumətləri də Almaniya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə SSRİ ilə əməkdaşlıq etməkdən imtina etdilər. Moskva danışıqları ilə yanaşı, İngiltərə hakim dairələri xəyanətkar yol tutaraq SSRİ-yə qarşı sazişə gəlmək məqsədi güdərək Hitler Almaniyası ilə gizli danışıqlar aparırdı (bax: London danışıqları (1939)).
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Qoy danışsınlar! (film, 1968)
Qoy danışsınlar! (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi. İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.
Suriyada danışılan dilllər
Trabzon danışıqları
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi. Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir. Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər.
Vladimir Putinin danışıqlar masası
Vladimir Putinin danışıqlar masası 1990-cı illərin sonlarında, Boris Yeltsinin prezidentliyi dövründə Kremldə quraşdırılmış ağ rəngli oval masadır. Bildirilir ki, masa 6 metr (20 fut) uzunluğundadır, fıstıq ağacından hazırlanmışdır və üç boşluqlu taxta dayaq üzərində dayanır. Ağ laklıdır və yan tərəfi qızılla örtülmüşdür. İtaliyanın Cantù şəhərindən olan OAK Mebel şirkəti 1995–1997-ci illər arasında Kremlin hissələrini təchiz edən müqavilənin bir hissəsi olaraq masa hazırladığını iddia etdi. OAK 1999-cu ildə nəşr etdiyi kitabda cədvəlin şəklini hazırlamışdır. Bununla belə, ispan təqaüdçü kabinet istehsalçısı masanı c-də düzəltdiyini söylədi. 2005. 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin dünya liderləri, o cümlədən Emmanuel Makron, Olaf Şolz və Antonio Quterreşlə görüşlərdə bu masadan istifadə edib. Şəkildə Putin çox uzun ağ görüş masasının bir ucunda, digər iştirakçılar isə digər ucunda ondan uzaqda oturmuşdular. Putin digər uzun masalarda öz rəsmiləri ilə eyni məsafəli görüşlərdə iştirak edərkən də təsvir edilmişdir.
Yaponiyanın danışıqsız təslim olma aktı
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır. 10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir.
Danışıq üslubu
Danışıq üslubu — qeyri-rəsmi ünsiyyət üçün, xüsusən də qeyri-rəsmi şəraitdə gündəlik məsələlərin müzakirəsi üçün istifadə olunan funksional nitq tərzi. Danışıq üslubu adətən söhbətdə və digər qeyri-rəsmi kontekstlərdə istifadə olunan idiomdur. Danışıq üslubu ünsiyətlərin və digər ifadə vasitələrinin geniş tətbiqi ilə xarakterizə olunur, ixtisaslaşdırılmamış terminologiyadan istifadə edir və leksikanı dəyişir. O, həmçinin natamam məntiqi və sintaktik sıralama ifadələrin istifadəsi ilə də fərqlənə bilər. Belə bir dilin konkret nümunəsi danışıq üslubu adlanır. Lüğətlərdə belə bir ifadə üçün ən çox istifadə olunan termin danışıq dilidir. == İzahatı == Danışıq üslubu və ya ümumi dil rəsmi nitqdən və ya rəsmi yazıdan fərqlidir. Bu, danışanların adətən rahat olduqları zaman istifadə etdikləri dil formasıdır. Bəzi danışıq üslubunda çoxlu jarqon və ya slenq var, bəzilərində isə ümumiyyətlə yoxdur. Jarqon və slenq çox vaxt danışıq üslubunda istifadə olunur, lakin bu xüsusi registr müəyyən qruplarla məhdudlaşır və danışıq üslubunun zəruri elementi deyil.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Putinin danışıqlar masası
Vladimir Putinin danışıqlar masası 1990-cı illərin sonlarında, Boris Yeltsinin prezidentliyi dövründə Kremldə quraşdırılmış ağ rəngli oval masadır. Bildirilir ki, masa 6 metr (20 fut) uzunluğundadır, fıstıq ağacından hazırlanmışdır və üç boşluqlu taxta dayaq üzərində dayanır. Ağ laklıdır və yan tərəfi qızılla örtülmüşdür. İtaliyanın Cantù şəhərindən olan OAK Mebel şirkəti 1995–1997-ci illər arasında Kremlin hissələrini təchiz edən müqavilənin bir hissəsi olaraq masa hazırladığını iddia etdi. OAK 1999-cu ildə nəşr etdiyi kitabda cədvəlin şəklini hazırlamışdır. Bununla belə, ispan təqaüdçü kabinet istehsalçısı masanı c-də düzəltdiyini söylədi. 2005. 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin dünya liderləri, o cümlədən Emmanuel Makron, Olaf Şolz və Antonio Quterreşlə görüşlərdə bu masadan istifadə edib. Şəkildə Putin çox uzun ağ görüş masasının bir ucunda, digər iştirakçılar isə digər ucunda ondan uzaqda oturmuşdular. Putin digər uzun masalarda öz rəsmiləri ilə eyni məsafəli görüşlərdə iştirak edərkən də təsvir edilmişdir.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub, dənizi idarə edirdi, bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 may 2017-ci ildə təqdim olunmuşdur.
Kevin haqqında danışmalıyıq
Kevin haqqında danışmalıyıq (ing. We Need to Talk About Kevin) — 2011-ci il psixoloji triller, dram filmi. Filmin rejissoru Linn Remsidir, ssenarisini Rori Stüart Kinnir ilə birlikdə yazıb. Film Layonel Şriverin müəllifi olduğu eyniadlı roman əsasında çəkilib. Baş rollarda Tilda Suinton, Con K. Rayli və Ezra Miller yer alıb. Film psixopat uşaqdan bəhs edir.
Reval danışıqları
Reval danışıqları — 9 iyun 1908-ci ildə Finlandiya körfəzinin Baltik sahillərində, indiki Estoniyanın paytaxtı Revalda Britaniya kralı VII Eduard və Rusiya imperatoru II Nikolayın arasında baş tutmuş görüş. 6 noyabr 1908-ci ildə o dövrdə Rusiya imperiyasının tabeliyində olan Revalda görüşən Britaniya və Rusiya nümayəndə heyətləri "xəstə adam" olaraq görülən Osmanlı imperiyasını zəiflətmək barədə razılığa gəlmişdilər. Bu səbəbdən Balkanlarda islahatlara təzyiq edilməsinə qərar verilmişdir. İkinci Məşrutiyyət elan edilmişdir. Rusiya Balkanlar və Boğazlar ətrafında rəqibsiz qalmışdır. Britaniya koloniyalarını qorumuşdur. İran və Əfqanıstan bölgələrində sərhədlər müəyyən edilmişdir. Makedoniyada islahatların aparılması qərara alınmışdır. Almaniyaya təzyiq artırılmışdır. Britaniya Misir, Cənubi Sudan və İraq bölgələrində tək qalmışdır.
Danışılmamış Drakula
Danışılmamış Drakula (ing. Dracula) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Həmçinin, Drakula: Başlanğıc (ing. Dracula: Year Zero) adı ilə tanınır.
Qoy danışsınlar (tok-şou)