DAQQA

I
(Gəncə, Kürdəmir, Qax, Qazax, Oğuz, Şəki, Şəmkir, Tovuz)
1. neft, mazut və suqabı (Kürdəmir, Qazax, Şəmkir, Tovuz). – Kimdə mazıt qoymağa daqqa var? (Qazax); – Get daqqamızı nöyütnən doldur gə (Tovuz); – Daqqada mal-qarıya su verillər (Kürdəmir)
2. buğda, arpa saxlamaq üçün taxtadan, ağacdan hazırlanmış qab, çəllək (Gəncə, Qax, Şəki). – Buğdanı daqqıya tök ki, salamat olsun (Gəncə); – Daqqada naxarta buğda olar? (Şəki); – Daqqaya ne olsa qoyuylar (Qax)
3. taxılölçən qab (Kürdəmir, Oğuz, Şəki). – Daqqeynan keşmişdə taxıl ölçərdix’ (Oğuz); – Bir daqqa tutur on üç girvənkə bi çetver; – Uş daqqa bir putdı (Şəki); – Bi daqqa arpam qalıp (Kürdəmir)
II
(Mingəçevir, Şəki)
qaragül dərisindən papaq. – Mən havı daqqanı tihdirən üç ildən artıxdı (Şəki)
III
(Bərdə, Hamamlı, Qazax, Yevlax)
lovğa, ədabaz. – Nə hörməti olajax daqqa adamın? (Bərdə); – Həsən yaman daqqa adamdı (Hamamlı)
DAQAR
DAQQAÇA
OBASTAN VİKİ
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.

Digər lüğətlərdə

кастанье́тки освиде́тельствование отдохнове́ние полтево́й поляриза́тор посыпать руби́ться бланширова́ть вреди́тельница забо́ртный ладо́ши насе́ст пассеи́стский сбо́рщик символи́чески у́молк bigame gliff hetaerae horn silver king crab meritable звонкоголосый убеждать щелевой