1. DAR, ENSİZ Çaylardan adladıq, “İt yolu” adlanan dar, ensiz, daşlı-qayalı və çox ağır bir cığırla Murovun zirvəsinə qalxdıq (M.İbrahimov).
2. DAR Biri deyir: Azca dardır yerimiz (M.Rahim); DARISQAL Darısqal bir daxma var, qabağı ağaclıqdır (M.Seyidzadə).
3. DAR (məc.) (vaxtın azlığı) Ancaq indi, bu dar vaxtda söhbet açmağı lazım bilmədi (Mir Cəlal); TƏNG [Cəfər kişi:] Srağagün vaqon doldurduq, yük çox idi, taylar ağır, vaxt təng (M.İbrahimov).