1. Saçı darayıb düzəltmək üçün dişli alət. Narındişli daraq. Başını daraqla daramaq.
□ Daraq çəkmək – daramaq.
Daraq görməmək – heç daranmamaq.
// Qadınların saçlarını bir yerdə saxlamaq və bəzək üçün saçlarına taxdıqları zinət şey.
2. Yun və s. lifli şeyləri daramaq üçün alət. Yun darağı. Kətan darağı.
3. Müxtəlif məqsədlər üçün işlədilən darağaoxşar alətlərin, yaxud onların bu şəkildə olan hissələrinin adı. İpləri darağa düzmək. Toxuma dəzgahının darağı. Kombaynın darağı.
4. Araba oxunun söykəndiyi oyuq.
5. Silahın (tüfəngin və s.-nin) sandığına keçirilən patronları yan-yana qoymaq üçün qab, qutu.
6. Ot dırmığı. Biçilən otu daraqla tağlamaq.
7. zool. Balıqların hava yerinə su alıb verdikləri dəlikləri qapayan qulağaoxşar qanadcıqlar.
8. Bəzi quşların başında yelpiyəoxşar kəkil; pipik. Şanapipiyin darağı.
9. Bal şanı. Bir daraq bal. Qış üçün hazırlanmış daraq balı.
10. Pambıq gülü. Quraqlıq olanda pambıq darağını tökər.