DARK

dark1

n 1. qaranlıq, zülmət; gecə; Ali the lights went out and we were left in the dark Bütün işıqlar söndü və biz qaranlıqda qaldıq; after ~ qaranlıq düşəndən sonra; before ~ qaranlıq düşməzdən əvvəl; to sit in the ~ qaranlıqda oturmaq; 2. məlumatsızlıq, xəbəri olmama, cəhalət; to keep someone in the ~ bir kəsi cəhalətdə saxlamaq; business done in the ~ xəlvətdə / gizli görülən iş

dark2

adj 1. qaranlıq; a ~ room / street qaranlıq otaq / küçə; ~ night qaranlıq gecə; 2. tutqun; ~ day tutqun gün; 3. qara; ~ dress qara paltar; ~ hair qara saç; ~ days məc. qara günlər; ~ times ağır vaxtlar; 4. tünd; ~ red / green / yellow tünd-qırmızı / yaşıl / sarı; 5. qarayanız, qarabuğdayı; a ~ complexion qarayanız çöhrə; 6. gizli, sirli; əsrarəngiz; a ~ secret gizli sirr; 7. müəmmalı, dumanlı; dolaşıq; ~ hint müəmmalı eyham; ~ problem dolaşıq problem

DARING
DARKEN
OBASTAN VİKİ
Dark
Dark (dağ)
Dark(serial)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. == Məzmun == Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Dark (dağ)
Dark — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dark- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Azərbaycanda Dərk (Quba rayonunda) kənd və dağ adları ilə mənaca eynidir. Türk dillərində dar yer, dar keçid mənasındadır. (Kür çayı ilə Qabırrıçay (İori) arasında — Samux rayonu ərazisində bir dar keçid Dar-Doqqaz adlanır).
Dark Leg
Dark Tranquillity
Dark Tranquillity — İsveçdə yaradılan metal musiqi qrupu. Bu növdə uzun müddətdir fəaliyyət göstərən qrup eyni zamanda İsveç death metal musiqi növünün də yaradıcısı hesab edilir. == Haqqında == 1989-cu ilin əvvəllərində vokal ifaçı Anders Friden, gitaraçı Niklas Sundin, ritm gitaraçı Mikael Stanne, bas gitaraçı Martin Henriksson və zərb alətlərində Anders Jivarp birlikdə "Septic Broiler" adında bir thrash metal qrupu yaratdılar. 1990-cı ildə Enfeebled Earth adlı demo albom üzərində işlədikləri zaman, qrup anidən fikrini dəyişdirdi və demo albomdan imtina etdi. Sonra qrupun adı "Dark Tranquillity" olaraq dəyişdirildə və ifa növü də death metal ilə əvəzləndi. Qrup, yeni adı ilə 1991-ci ildə ilk demo albomu olan "Trail of Life Decayed" və ardınca 1992-ci ildə ikinci demo albomu olan "A Moonclad Reflection"ı yayınladı. "A Moonclad Reflection" demo albomunun satış indeksi 1500ə çatdı. Qrup öz janrını death metal ilə əvəzləsə belə, musiqilərində 80-ci illərdən gələn klassik thrash nəfəsi də duyulurdu. 1993-cü ildə ilk albom olan "Skydancer" albomunu satışa çıxardılar. Bu albomda qonaq sənətçi kimi Anna Kajsa Avehall iştirak etmişdi.
Dark metal
Dark metal (eləcə də sadəcə dark-, (ing. dark metal), dark — "qaranlıq" sözündən) —— musiqi cərəyanı, metal musiqinin qollarından biri. İlk dəfə 1980-ci illərdə yaranmışdır və 1994-cü ildə musiqi cərəyanı kimi tam formalaşmışdır. Dark metalın vahid cərəyan üslubu yoxdur. Bu cərəyanın ilk albomları Almaniyada, Braziliyada, Yunanıstanda, ABŞ-də, İsveçrədə və digər ölkələrdə meydana gəlmişdir.
Janna Dark
Janna d'Ark (təq. 1412, Domremi[d], Fransa krallığı – 30 may 1431, Ruan, Normandiya, İngiltərə və Fransa ikili monarxiyası[d]) — Arklı Janna, Fransanın milli qəhrəmanı. == Həyatı == Janna d'Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak d’Ark əkinçiliklə məşğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d’Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu "Tanrının və Həzrəti Məryəmin xidmətçisi" adlandırmışdı. Janna d’Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi.
Dark web
Dark web (ing. Dark web — Qaranlıq şəbəkə) qaranlıq şəbəkələrdə mövcud olan Ümumdünya Veb məzmunudur: İnternetdən istifadə edən, lakin daxil olmaq üçün xüsusi proqram təminatı, konfiqurasiyalar və ya icazə tələb edən üst-üstə düşən şəbəkələr. Qaranlıq internet vasitəsilə şəxsi kompüter şəbəkələri istifadəçinin yeri kimi şəxsiyyəti müəyyənləşdirən məlumatları açıqlamadan anonim şəkildə əlaqə saxlaya və iş apara bilər. Qaranlıq veb dərin internetin kiçik bir hissəsini təşkil edir, İnternetin veb axtarış motorları tərəfindən indeksləşdirilməyən hissəsi, bəzən termindərin veb səhvən qaranlıq internetə istinad etmək üçün istifadə oluna bilər. Qaranlıq şəbəkəni təşkil edən qaranlıq şəbəkələrə kiçik, dostdan dosta həmyaşıd şəbəkələr, həmçinin ictimai təşkilatlar və şəxslər tərəfindən idarə olunan Tor, Freenet, I2P və Riffle kimi böyük, populyar şəbəkələr daxildir. Qaranlıq internet istifadəçiləri adi interneti şifrələnməmiş təbiətinə görə Clearnet adlandırırlar. Tor qaranlıq veb və ya onionland şəbəkənin yüksək səviyyəli domen şəkilçisi .onion altında soğan marşrutlaşdırmasının trafik anonimləşdirilməsi texnikasından istifadə edir. == Terminologiya == === Tərif === Qaranlıq veb tez-tez dərin veb ilə qarışdırılır, vebin axtarış motorları tərəfindən indeksləşdirilməyən (axtarıla bilən) hissələri. Qaranlıq veb termini ilk dəfə 2009-cu ildə ortaya çıxdı; lakin əsl qaranlıq torun ilk dəfə nə vaxt ortaya çıxdığı məlum deyil. Bir çox internet istifadəçiləri yalnız səth şəbəkəsindən, tipik bir veb brauzer tərəfindən əldə edilə bilən məlumatlardan istifadə edirlər.
Dark Horse Comics
Dark Horse Comics — mərkəzi Amerika Birləşmiş Ştatlarının Oreqon ştatının Miluouki şəhərində yerləşən komiks nəşriyyatı. 1986-cı ildə Mayk Riçardson tərəfından qurulmuşdur.
Dark Light (albom)
Dark Angel (musiqi qrupu)
Dark Angel (azərb. Qaranlıq mələyi‎) — 1981-1992 və 2002-2005-ci illərdə mövcud olmuş ABŞ musiqi qrupudur. "Dark Angel" musiqi qrupu 2013-cü ildə yenidən formalaşmışdı. == Yaranma == "Dark Angel" musiqi qrupu 1981-ci ildə Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Dauni şəhərində formalaşmışdı. Musiqi heyətinin tərkibinə Cim Durkin (ing. Jim Durkin), Don Doti (ing. Don Doty) və Rob Yan (ing. Rob Yahn) daxil idi. Bu qrupun 1985-ci ildə "We Have Arrived" adlı albomu işıq üzü görür. Albomun treklərinin stilləri hevi-metal və spid-metal janrlarına bənzəyirdi.
Fear of the Dark
Fear of the Dark, İngilis heavy metal qrupu Iron Maiden'in doqquzuncu studiya albomudur. 12 May 1992-ci ildə yayımlanmıştır. Bruce Dickinson'ın 1999-cu ildə qrupa qayıtmazdan əvvəl Iron Maiden ilə yazdığı son albomdur. Janick Gers'in musiqi bəstəkarı olaraq rol aldığı ilk albomdur.Bundan əlavə Martin Birch'in prodüseri olduğu son Iron Maiden albomudur.
Someone in the Dark
Someone in the Dark — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Star Wars: Dark Forces
Star Wars: Dark Forces (azərb. Ulduz müharibələri. Qaranlıq qüvvələr‎) — "LucasArts" tərəfindən istehsal edilmiş və yayımlanmış birinci şəxs atıcı janrında videooyun. Videooyun 1995-ci ildə "MS-DOS" və "Macintosh", 1996-cı ildə isə "PlayStation" üçün satışa çıxarılmışdır. Oyunun hadisələri uydurma "Ulduz müharibələri" franşizasının genişlənmiş kainatında cərəyan edir və orijinal "Ulduz müharibələri" filminin hadisələrindən qısa müddət əvvəl başlayır. Oyunun baş qəhrəmanı və oyunçu personajı Üsyançı ittifaqı adından işləyən muzdlu əsgər Kayl Katarndır. O, qalaktik imperiyanın bir sıra güclü yeni döyüş droidləri və güclü zirehli həmləçi qoşunlarının inkişafı haqqında gizli "Qaranlıq qoşunlar" layihəsini aşkar etmişdir. "Dark Forces" oyun üçün xüsusi olaraq hazırlanmış "Jedi" oyun mühərrikindən istifadə edir. Mühərrik oyunun buraxılışı zamanı birinci şəxs atıcı janrında görünməmiş geympley xüsusiyyətlərini, o cümlədən çoxmərtəbəli səviyyə dizaynı, yuxarı və aşağı baxmaq funksiyası əlavə etmişdir. "Dark Forces" iki oyun arasındakı oxşarlıqlara görə tez-tez "Doom" klonu adlandırılmışdır, baxmayaraq ki, "Dark Forces"da təqdim edilən bəzi texniki xüsusiyyətlər "Doom"da yoxdur.
The Dark Side of the Moon
The Dark Side of the Moon — Harvest Records tərəfindən 1 mart 1973–cü ildə buraxılmış İngilis rok qrupu Pink Floydun səkkizinci albomudur. Əsasən canlı çıxışlar zamanı inkişaf edən qrup, qeyd başlamazdan bir neçə ay əvvəl, yazının erkən versiyasını təqdim etdi. Yeni material 1972 və 1973–cü illərdə Londondakı Abbey Road Studios-da iki seansda qeyd edildi. The Dark Side of the Moon Pink Floydun ən çox satan albomu olmaqla yanaşı, dünyanın ən çox satan musiqi albomlardan da biridir. Albomun 45 milyondan çox nüsxəsinin satıldığı ehtimal olunur. == Mövzu == Ayın qaranlıq tərəfi müasir həyatın normal insanlara təsirini təsvir edir. Məsələn, yerə çırpılan təyyarənin səsi ilə başlayan "On the Run"da uçmaq qorxusundan bəhs edilir. "Zaman" zamanın biz fərq etmədən necə tez keçdiyini təsvir edir. "Göydəki Böyük Konsert" ölümün təbiətindən bəhs edir. “Pul” sərvətin insanlara təsirini ironik şəkildə təsvir edir.
Dark Passage
Dark Passage – 2003-cü ildə yaradılmış Türkiyə kiberidman klubu. Ölkənin ən qədim kiberidman klubudur. "League of Legends" və "Valorant" komandaları fəaliyyət göstərir. Əvvəllər "Counter-Strike: Global Offensive", "Zula", "Point Blank", "Starcraft", "FİFA" komandaları da mövcud olmuşdur. == Tarixi == Klub 2003-cü ildə Ertuğ Okçuoğlu tərəfindən yaradılmışdır. == League of Legends == "Dark Passage" 2013-cü ildən Türkiyə Çempionluq Liqasından çıxış edir. Klub 2013 və 2014 mövsümlərində həm qış, həm yaz, həm yay turnirlərinin qalibi olaraq ardıcıl 6 çempionluq yaşamış, həmin mövsümlərin böyük final turnirlərinin də qalibi olmuşdur. Komanda 2013-cü ildə Bolqarıstanda keçirilmiş Balkan liqasının finalında Serbiya çempionu "Kalu OP" klubunu məğlub etmiş, xaricdə kubok qazanan ilk türk klubu olmuşdur. 2014-cü ildə Dünya çempionatına qatılmağa haqq qazanan ilk türk klubu olsa da, "Samsung White", "Edward Gaming" və "Ahq Esports" klubları ilə düşdüyü qrupdakı bütün oyunlarını uduzmuşdur. 2015 mövsümündən etibarən Türkiyə Çempionluq Liqası yeni formata keçmişdir.
Dark wave
Dark wave və ya darkwave (ingilis dilindən tərcümədə: qaranlıq dalğa)1970-ci illərin sonlarında yeni dalğa və post-punk hərəkatından yaranan musiqi janrıdır. Qaranlıq dalğa(dark wave) janrı kompozisiyaları əsasən kiçik açar tonallığa və introvert lirikaya əsaslanır və bu janra aid musiqilər özlüyündə qaranlıq, romantik və kədərli kimi emosiyalar ehtiva edir. Ümumi xüsusiyyətlərinə görə elektrik və akustik gitara, skripka və piano kimi musiqi alətlərinin, həmçinin sintezatorlar, samplerlər və drum maşınları kimi elektron alətlərin istifadəsi daxildir. 1980-ci illərdə qaranlıq dalğa musiqisi ilə paralel olaraq dinləyiciləri tərəfindən wavers və ya dark wavers adlanan subkultura yaradıldı xüsusilə də Avropada dark waves(qaranlıq dalğalar) subkulturası geniş yayılmışdır. Almaniya kimi bəzi ölkələrdə bu subkultura qotik rok həvəskarlarını da öz daxilinə alırdı.
My Beautiful Dark Twisted Fantasy
My Beautiful Dark Twisted Fantasy — amerikalı repçi və prodüser Kanye Vestin beşinci studiya albomu. 22 noyabr 2010-cu ildə Def Jam Recordings və Roc-A-Fella Records tərəfindən buraxılıb.
Darkestrah
Darkestrah 1999-cu ildə Qırğızıstanın paytaxtı Bişkək şəhərində Asbath tərəfindən yaradılan şaman metal qrupudur. Qrupun ideoloji bünövrəsini qırğız folkloru təşkil edir. Musiqi sözlərində və kompozisiyalarda Manas dastanı, tenqriçilik, şamanizm kimi anlayışlara tez-tez istinad olunur. Qrupun adının hərfi mənada "dark" və "orchestra" sözlərinin birləşməsindən yarandığı güman olunsa da, əslində belə bir sadə yanaşmanın kifayət etmədiyi bildirilir. Qrup Sovet İmperiyasının dağılmasından sonra tələbatın arttığı Qırğız metal səhnəsinin 90-cı illərində faəliyyətə başlasa da, öz anderqraund ab-havasını bu günə kimi saxlamışdır. == Tarixi == === Yaranma və ilk albom (1999-2004) === Qırğız Paqan Metal qrupu olan Darkestrah 1999-cu ildə Bişkəkdə yaranmışdır. Bir müddət sonra qrup Almaniyaya yerləşmişdir. Vətəndən uzaq düşmələrinə baxmayaraq, bu qərar əslində Darkestrah'ın gələcəyi üçün mühüm rol oynamıışdır. Çünki bu vaxtlar Qırğızıstanda tələbat olsa da, albom çıxarmaq üçün heç bir imkan yox idi. Qrupun ilk demosu olan "The Black Pagan Act" 1999-cu ilin dekabrında ərsəyə gəlmişdir.
Darkstalkers
Darkstalkers (azərb. Qaranlıq stalkerləri‎), Yaponiyada Vampire (ヴァンパイア, Vampir) — "Capcom" tərəfindən yaradılan faytinq oyunu seriyası və media franşizası. İlk buraxılışı olan "Darkstalkers: The Night Warriors" 1994-cü ildə oyun salonlarında buraxılmışdır. Seriya dünya folklorundan olan canavarlara əsaslanan personajlarla pastişli qotik qorxu kainatında qurulmuş, üslublaşıdırlmış ikiölçülü qrafika üslubuna malikdir. "Darkstalkers" seriyası "Street Fighter Alpha" və "Marvel vs. Capcom" seriyası da daxil olmaqla, sonrakı "Capcom" faytinq oyunlarında istifadə olunan gempley konsepsiyalarını təqdim etmişdir.
Darkthrone
Darkthrone — 1987-ci ildə yaradılmış Norveç metal musiqi qrupu. == Haqqında == Fəaliyyətə başladığı ilk illərdə det metal janrında mahnılar ifa etmişdir. "A Blaze en the Northern Sky" albomunda ilk dəfə olaraq blək-metal janrında mahnıları yer almışdır. Qrupun ilk heyəti bu şəkildə idi: zərb alətlərində Fenriz, bas-gitarada Dag Nilsen, vokal Nocturno Culto və gitarada Zephyrous. Darkthronedə heç bir zaman gedənin yerinə başqasını almaq ənənəsi mövcud olmayıb. Buna görə də qrupun hazırda iki üzvü var. Dag Nilsen "A Blaze en the Northern Sky", Zephyrous isə "Panzerfaust" albomu işıq üzü görəndən sonra qrupu tərk etmişlər.
Darkənd
Darkənd (əvvəlki adı: Dər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Dər kəndi Darkənd adlandırılmışdır. == Tarixi == Kənd Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatçılar bu oykonimi ərəb dilindəki deyr (məbəd, monastır) sözü ilə əlaqələndirir və güman edirlər ki, bu coğrafi ad kəndin ərazisində qədim məbəd xarabalıqlarının olduğunu bildirir. Əslində, Zəngəzur silsiləsinin ən yüksək zirvəsi olan Qapıcıq dağının rayonun ərazisində yerləşməsi "qapı", "kecid" mənalı Dər toponiminin də yaranmasına səbəb olmuşdur. Fars dilində dər "qapı" deməkdir.. == Əhalisi == Əhalisi 525 nəfərdir.
Darkənd gümbəzi
Darkənd gümbəzi - Ordubad rayonunun Darkənd kəndində yerləşir. XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Darkənd gümbəzi dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir.
Darkənd hamamı
Darkənd hamamı — Ordubad rayonundakı Darkənddə memarlıq abidəsi.1979-cu ildə Dar türbəsindən 60 m şimal tərəfdə qabaqlar türbə hesab edilən abidənin qalıqları aşkar olunub. Hamamın planı altıbucaqlı formalı mərkəzi zaldan, iki çən hovuzdan və yardımçı otaqlardan ibarətdir. Hər səthdə çatma formalı giriş yerləri düzəldilib. Mərkəzi zalın ölçüləri: diaqonal xətt üzrə 3,8 m, hər tərəfin uzunluğu 2,1 m, giriş yerinin eni 0,8 m, hündürlüyü 2 m.-dən ibarətdir. XVI–XIX əsrlərdə hamamlarda isti su olan hovuzların altında xüsusi ocaq kamerası-"Külxan" tağbənd və ya günbəz örtüklə düzəldilirdi. Abidə öz təyinatına və plan quruluşuna görə Zaqafqaziyada nadirdir. XV əsrə aid edilən Darkənd hamamı qəbiristanlıqdakı tikintilər kompleksinə daxil olmuşdur.
Darkənd türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir.Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur. == Tarixi və tədqiqi == Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş V. M. Sısoyev]] və İ. Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər.
Darkənd yaşayış yeri
Dаrkənd yаşаyış yеri — Qаlıqlаrı hаzırdа еynikəndin ərаzisində yеrləşir. Оrtа əsr yаşаyış еvlərinin bir qisminin yаlnız qаlıqlаrı sахlаnır. Yаşаyış еvləri dördkünc fоrmаlı çiy kərpicdən inşа оlunmuş, оnlаrın dаmı tаğbəndlərlə tаmаmlаnmışdır. Yаşаyış binаlаrının tikintisində bişmiş kərpic və dаşdаn dа istifаdə еdilmişdir. Hаzırdа kəndin içərisində mədəni təbəqənin dаğılmаsı nəticəsində çəhrаyı rəngli kеrаmikа məmulаtı ətrаfа yаyılmışdır. Оnlаrın bir qismi şirlidir. Kəndin ətrаfındа Оrtа əsrlərə аid türbə və qəbiristаnlıqlаr indiyədək qаlmаqdаdır. Yаşаyış yеrindən аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XI-XVIII əsrlərə аiddir.
Resident Evil: The Darkside Chronicles
Resident Evil: The Darkside Chronicles, (yaponca - バイオハザード アンブレラ・クロニクルズ|Bayoxadza:dо/Dа:kusaydo Kuronikurudzu|Bioloji təhlükə: Qara tərəfin xronikası) — kompüter oyunu.
Darknet
Dark net və ya Darknet (Qaranlıq şəbəkə) internet daxilində yalnız xüsusi proqram təminatı, konfiqurasiyalar və ya avtorizasiya ilə əldə edilə bilən üst-üstə düşən şəbəkədir və tez-tez unikal fərdiləşdirilmiş rabitə protokolundan istifadə edir. İki tipik qaranlıq şəbəkə növü sosial şəbəkələr (adətən peer-to-peer bağlantısı ilə faylların yerləşdirilməsi üçün istifadə olunur), və anonimləşdirilmiş bağlantılar seriyası vasitəsilə Tor kimi anonimlik proksi şəbəkələridir. Terminologiyanın qeyri-rəsmi olmasına baxmayaraq, "darknet" termini məşhur İpək Yolu narkotik bazarı istifadə etdiyi zaman Tor Onion xidmətləri ilə əlaqələndirmək üçün əsas xəbər agentlikləri tərəfindən populyarlaşdı. Tor, I2P və Freenet kimi texnologiya təhlükəsizlik, anonimlik və ya senzura müqavimətini təmin etməklə rəqəmsal hüquqları müdafiə etmək üçün nəzərdə tutulmuşdu və həm qeyri-qanuni, həm də qanuni səbəblərdən istifadə olunur. Füsunçular, aktivistlər, jurnalistlər və xəbər təşkilatları arasında anonim ünsiyyət də SecureDrop kimi proqramlardan istifadə etməklə qaranlıq şəbəkələr tərəfindən asanlaşdırılır. == Terminologiya == Termin ilkin olaraq ARPANET-də gizli, mesaj almaq üçün proqramlaşdırılmış, lakin heç nəyə cavab verməyən və ya heç nəyi qəbul etməyən, beləliklə də qaranlıqda görünməz qalan kompüterləri təsvir edirdi. ARPANET-dən bəri qaranlıq şəbəkənin istifadəsi dostdan dosta şəbəkələri (adətən peer-to-peer bağlantısı ilə fayl mübadiləsi üçün istifadə olunur) və Tor kimi məxfilik şəbəkələrini əhatə etmək üçün genişləndi. Qaranlıq şəbəkə üçün qarşılıqlı termin axtarış motorları tərəfindən indeksləşdirilə bilən məzmuna istinad edərkən açıq şəbəkə və ya səth şəbəkəsidir. == Mənbə == "Darknet" 1970-ci illərdə təhlükəsizlik məqsədləri üçün ARPANET-dən (hökumət tərəfindən qurulan və İnternetə çevrilmiş hərbi/akademik şəbəkə) təcrid olunmuş şəbəkələri təyin etmək üçün yaradılmışdır. Darknet ünvanları ARPANET-dən məlumat ala bilərdi, lakin şəbəkə siyahılarında görünmürdü və pinglərə və ya digər sorğulara cavab vermirdi.
металлографи́ческий невсхо́жий обгры́зок оса́ хэ́ккерский ве́че вы́пустить забо́ристость заприме́тить ни конца́ ни краю нет ромашка cantillation hydrostable mixty-maxty okey-dokey pseudohermaphroditism registrant shellproof sloping важнецкий вакцинация десятиборец накромсать отодраться промалывать