DARLIQ

is.
1. Dar şeyin halı; ensizlik. Yolun darlığı. Keçidin darlığı.
// Yer (sahə) azlığı; darısqallıq. Mənzilin darlığı.
// Sıxlıq, tarımlıq. Şalvarın darlığı. Paltarın darlığı.
2. Sıxıntı, tənglik. Nəfəs darlığı.
3. məc. Maddi sıxıntı, çətinlik, ehtiyac, yoxsulluq; məhrumiyyət. Varlığa nə darlıq?! ( Ata. sözü ).
□ Darlığa düşmək1) maddi cəhətdən çətin vəziyyətə düşmək, ehtiyacı olmaq;
2) ağır, çətin vəziyyətə düşmək.
Simurq dedi: – Siman, al bu tükü, darlığa düşsən, bu tükləri bir-birinə çəkərsən, mən harada olsam, gəlib harayına çataram. (Nağıl).

Darlıq çəkmək – maddi sıxıntı çəkmək, ehtiyac içində olmaq.
Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərirdi. M.S.Ordubadi.

4. Azlıq, məhdudluq, çatışmazlıq. Vaxtın darlığı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARLIQ çətinlik — ehtiyac — yoxsulluq
  • DARLIQ azlıq — məhdudluq
  • DARLIQ sıxlıq — tarımlıq
  • DARLIQ sıxıntı — tənklik
DARLAŞMAQ
DARMACAL

Digər lüğətlərdə

без спро́су ввести́ мудре́ть ни́зко-прени́зко оголя́ть органо́граф прикомандиро́вывать ря́дчиков се́верный фазо́метр ассигно́вываться боли́вар как взгля́нется папоротникови́дные перело́м покря́кивать бухнуть черкнуть high day overgang quasi-contract Roman law вахлак выровнять отсебятина