DARQURŞAQ

“Hövsələsiz” anlamını əks etdirir. Hövsələ sözünün bir mənası “ça­naqlıq” (hövsələ sümüyü) deməkdir, digər mənası dənlik (çinədan) anlamı ilə bağ­lıdır. Darqursaq və hövsələsiz sözləri ona görə sinonim olub ki, hər ikisi yemin yığıldığı yeri bildirir. Qursaq dardırsa və yem çox yeyilibsə, təbii narahatlıq (part­la­maya düşmək) yaradır. Məna belədir: xörəyi qursağın tutumuna uyğun yemir. Buradan da məcazi anlam meydana çıxıb: deyilən sözü həzm etməyi bacarmır və cırnamağa başlayır. Türk dillərində quymaqursaq, dürtməqursaq, darqursaq kimi bir neçə söz məhz qursaq kəlməsi ilə bağlıdır. Türkmənlərdə quymaqursaq sözü “təbii istedad” (anadangəlmə qabiliyyət) mənasında işlədilir. Dürtməqursaq isə “quyuya su tökməklə o, sulu olmaz” deyimi ilə bağlıdır, ana­dangəlmə məf­hu­munun əksini bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DARISQAL
DARTMAQ
докупа́ние заторо́шенный зашка́лить ны́тик обо́дранный перера́звитый препоня́тливый треща́ть этоло́гия буту́зик изныва́ть подбри́ть смодули́ровать струнодержа́тель су́меречный тонне́льный эксгума́ция кивер box-coupling flakeboard gas-oil provost corps self-renunciation theatre-in-the-round водвориться