DARTMAQ

f.
1. Bir şeyi əli və ya başqa şeylə tutub özünə tərəf və ya kənara çəkmək.
Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından, bu qulağından dartmağa. C.Məmmədquluzadə.
Həkim qolumdan tutub dartdı… Mir Cəlal.
Ayaz kəskin bir hərəkətlə atın cilovunu dartdı. Ə.Məmmədxanlı.

// Qapıb almaq. Əlindən kitabı dartmaq. – Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı.
Qol çəkdi. M.Hüseyn.
Söhbət qurtararqurtarmaz Gülzar telefonun dəstəsini dartıb müavinin əlindən aldı. Ə.Əbülhəsən.

2. Zorla çəkmək, özü ilə aparmağa çalışmaq.
[Kərimxanı] dartıb dar koridora çıxardılar. M.İbrahimov.
Quliyev [Sultanovu] evlərinə tərəf dartdı. Ə.Sadıq.

3. Gərmək, tarım çəkmək. Yayı dartmaq. İpi dartmaq.
4. Yuxarıya doğru çəkmək.
…Lakin Mahru yenə də məğrur qaşlarını dartaraq dedi. M.S.Ordubadi.
Yasavul təəccüblə çiyinlərini dartdı. S.Rəhimov.

5. Nasos və s. vasitəsilə çəkmək, dartıb çıxarmaq.
Quyulardan neft dartan dərin tulumbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn.

6. məc. “Özünü” sözü ilə – lovğa vəziyyət almaq, təşəxxüslənmək, özünü çəkmək.
Müqim bəy hiyləgərcəsinə özünü dartıb daha da ciddiləşdi. S.Rəhimov.
[Xankişi Haqverdiyə:] Gəl oyna, özünü dartma, bir görək; Qoy yenə sevinsin, açılsın ürək. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARTMAQ DARTMAQ [Fərasət] var gücü ilə Mirişin ətəyindən yapışıb, evinə tərəf dartdı (Ə.İldırımoğlu); ÇƏKMƏK Firəngiz başını qaldırmadı, suya qoyduğu bənövşə
  • DARTMAQ lovğalanmaq
  • DARTMAQ çıxarmaq — çəkmə
  • DARTMAQ çəkmək

Antonimlər (əks mənalı sözlər)

  • DARTMAQ DARTMAQ – BOŞALTMAQ Ayaz kəskin bir hərəkətlə atın çilovunu dartdı (Ə.Məmmədxanlı); Bir anda bir daraq güllə boşaltdım (S

Etimologiya

  • DARTMAQ Üyütmək sözünün sinonimidir, eyni mənada çəkmək sözü də işlədilir. Tuva dilində çəkilmiş ət əvəzinə, dartılmış ət işlədirlər
DARTMA
DARUQƏ

Digər lüğətlərdə

антикоммунисти́ческий вонза́ть голо́вки диссона́нсный мента́льность ниспроверга́ться подвяза́ть усы́ экс-дире́кторский гидрометеорологи́ческий односме́нный прико́рм прита́чиваться шляхе́тство чекарь alimony critical line eidoptometry glass-artist luboil nonancestral pseudepigraphy барий взбрызнуть обрюзгнуть