DARI

Tarla sözü ilə eyni kökə malikdir. Müxtəlif türk dillərində “просо”, “зерно”, “пщеница”, “посев”, “урожай” kimi bir çox mənalarda işlədilir. Etimonu dar (tar) sözüdür: tar+la,tar-ı (darı) sözləri də bunu sübut edir. ”Dən”, ”обработка “ mə­na­­la­rı aparıcı yer tutur. Darı çox əməksevən bitkidir və “ обрабатывать землю“ (uy­ğur dilində dar feili bu cür açıqlanıb) mənası əsas götürülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DARĞIN
DARIXMAQ
OBASTAN VİKİ
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Darıca
Darıca — Türkiyənin Kocaeli ilinin ilçələrindən biri. == İdman == "Darıca Gənclərbirliyi" adlı futbol klubu ilçəni Türkiyənin 2-ci liqasında təmsil edir.
Darıca Gənclərbirliyi
Darıdağ
Darıdağ (içki) — Darıdağ (bulaq) — Darıdağ silsiləsi — Darıdağ — Culfa rayonu ərazisində dağ. Darıdağ — Cəbrayıl rayonunun cənub-qərb hissəsində dağ. Darıdağ — Gədəbəy rayonu ərazisində dağ.
Darıdağ (bulaq)
Darıdağ – Azərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq. == Ümumi məlumat == Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir == Həmçinin bax == Darıdağ (içki) == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.
Darıdağ (içki)
Darıdağ - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan Muxtar Respublikası Culfa şəhərindən 8,5 km şimalda, minerallaşmaya malik karbon qazlı, xlorlu-hidrokarbonatlı-natriumlu-mərgümüşlü sudur. Tərkibində bor, yod,brom, stronsium, litium vardır. Darıdağ suyu mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı içilir. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.
Darıdağ Karbon Qazı Zavodu
Darıdağ Karbon Qazı Zavodu — Culfa şəhərinin 3 km-liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın ətəyində, Darıdağ mineral su mənbəyi ərazisindədir. == Haqqında == Əvvəllər Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin nəzdində idi. Sonralar mineral su yatağının bazası əsasında karbon qazının alınması məqsədilə kəşfiyyat işləri aparılmış, 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində zavod yaradılmışdır. Karbon qazından mineral suların və şampan içkilərinin qazlaşdırılmasında və digər sahələrdə istifadə olunurdu. 1970-ci illərdə zavodun istehsal gücü çox aşağı olmuşdur. Buna görə 1980-ci ildə həmin ərazidə sutkalıq istehsal gücü 30 ton olan və müasir tələblərə cavab verən yeni zavod tikilib istifadə verilmiş, Azərbaycan Mineral Sular və Naxçıvan Mineral Sular Birliyinin sərəncamına verilmişdir. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Darıdağ daş karxanası
Darıdağ daş karxanası —Aparılan araşdırmalar göstərir ki, Culfa rayonunun şimal-şərqində Darıdağ mineral su mənbəyinin yaxınlığında, təqribən 2 km aralıda, yolun sağ tərəfində daş-yonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daş-yonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Təbii ki, bu daşlar dağın üstündə kəsilmiş və yonulub hamarlanaraq müxtəlif ölçüyə və formaya salınmışdır. Burada əsasən, sarımtıl və qırmızımtıl rəngli daş növündən istifadə edilmişdir. Mərkəz hazırda fəaliyyət göstərməsə də, orada indi də iş prosesində sıradan çıxmış və yaxud da keyfiyyəti ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqə tipli qəbirüstü xatirə abidələri qalmışdır. Ərazidə dəyirman daşlarının və sənduqələr üçün materialın kəsilib çıxarıldığı yer aydın görünür. Burada olan daşlardan qoç abidələrinin düzəldilməsi üçün də istifadə edilmisdir. Qeyd etdiyimiz daş karxanasında sənduqə və qoç heykəli məzar daşları formaşında kəsilmiş, lakin tam yonulub düzədilməmiş, üzərində iş yarımçıq qalmış daşlar vardır. Darıdağ daş üzərində işləmə mərkəzinin geniş fəaliyyətindən və satış bazarının əhatəsindən bəhs edən AMEA-nın müxbir üzvü H.Səfərli yazır ki, burada nəinki Culfa ərazisindəki yaşayış məskənləri üçün abidələr hazırlanmış, həmçinin ətraf kəndlərdən də sifarişlər qəbul edilmiş və hazır material müxtəlif yerlərə aparılmışdır. Müəllif topladığı çöl materiallarına əsasən fikrinə davam edərək, daş karxanasının fəaliyyətinin XX yüzilliyin 60-cı illərinə qədər davam etdiyini göstərmişdir Darıdağ daş üzərində işləmə mərkəzi iki böyük hissəyə ayrılır.
Darıdağ mineral bulağı
Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada “Sineqorsk” (Saxalin) adları ilə tanınan mineral bulaqlar da bu su ilə oxşarlıq təşkil edir. Darıdağ mineral suyu tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir. Bu mineral sudan istər soyuq istərsə də isti içmək zərərlidir. 1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar.
Darıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Darıdağ silsiləsi
Darıdağ silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında yerləşir və yer səthində onun təbii davamı kimi çıxış edən müstəqil morfostruktur qalxıma cavab verir. Cənub-şərqdə Yaycı düzündən başlayaraq şimal-şimal-qərbə doğru Əlincəçayın sol sahilinədək 16 km məsafədə uzanır. Ən hündür zirvəsi Darıdağdır (1927,4 m). Silsilənin digər zirvələri Pilələr (1562,6 m), Şahqaraş (1430,6 m), Dikdaş (1411,0 m) və Kəsəndağdır (1102,1 m). Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Darıdağ mineral sular yatağı silsilənin cənub-şərqindədir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında yerləşən və Üst Eosen, Oliqosen və Alt Miosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuş Darıdağ-Aza qalxımının mərkəzi hissəsinə uyğun gəlir və morfostruktur baxımdan suayırıcısı şimal-qərbə uzanan qırılma ilə pozulmuş antiklinal silsilə kimi səciyyələndirilir. DAĞÜSTÜ SİLSİLƏSİ – Culfa rayonu ərazisində Darıdağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dardıq Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Darıxdırıcı əhvalat
Darıxdırıcı əhvalat — (rus. Скучная история) — Anton Çexovun 1889-cu ildə yazdığı "Qocanın dəftərlərindən" altyazılı romanıdır. Çexovun qardaşı Nikolayın vərəmdən ölməsinin təsiri ilə bu əsər Çexovun ən qalıcı əsərlərindən biri və “yaşlı və ölüm ayağında olan tibb professorunun zehninə nüfuz edən bir araşdırma” kimi təsvir edilmişdir. == Yaradılış tarixi == Hekayə yazıçının bacı və qardaşlarının yaşadığı Luka kəndində (Xarkov vilayəti, Sumı rayonu) yazılmışdır. Çexov orada üç yayı - 1888, 1889 və 1894-cü illərdə keçirib. Burada "Darıxdırıcı hekayə" ilə yanaşı, "Problem", "Ad günü" hekayələri yazılıb və burada Anton Pavloviç "Naməlum bir adamın hekayəsi" üzərində işləyirdi. Kənddə yazıçı müalicə işi ilə də məşğul olurdu: xəstələri öz kabinetində təmənnasız qəbul edirdi. 1889-cu ilin yayında Çexovun qardaşı Nikolay öldü - ölümü yazıçını vurdu. 1889-cu ildə "yumorist Antoşa Çexontenin ədəbi fəaliyyətindən Anton Çexovun yaradıcılığına" keçid baş verdi. "Darıxdırıcı bir hekayə" 1889-cu ilin sentyabrında tamamlandı və Çexovun "Qadsız insanlar" (1890) kolleksiyasına daxil edildi.
DİN-Darıdağ FK
"DİN-Darıdağ" — Naxçıvan Muxtar Respublikasının futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Mən də Darıxdım (serial)
Mən də Darıxdım (türk. Ben de Özledim) Eflatun Film-in hazırladığı, Star TV-də yayımlanan absurd-komediya növündə Türkiyə teleserialıdır. Baş rollarda Ali Atay, Serkan Keskin və Osman Sonantın oynadığı serialda aktyorların, yayımdan çıxarılan və 3 mövsüm TRT-də yayınlanmış Leyla ile Mecnun serialından sonra yaşadıqlarını başa salır. Serial barədə ilk xəbər 4 sentyabr 2013 tarixində serialın prodüseri Funda Alp tərəfindən rəsmi Twitter hesabından verilmişdir. == İstehsal == Ssenari müəllifi Burak Aksak, rejissorları Onur Ünlü və Erkan Tunç, prodüserləri Orkun Ünlü və Funda Alp olan serialın birinci bölümü 25 oktyabr 2013 tarixində Star TV kanalında yayımlanmışdır. Seriala ssenari müəllifi, rejissor və prodüserlər də çəkiliblər. Serialın əsas mövzularından biri də Leyla The Band qrupudur. Serialın ilk bölümündə 3 mövsüm yayımlanmış, final bölümü olmayan Leyla ile Mecnun serialının 3 dəqiqəlik qısa finalı da göstərilmişdir. Son bölümü (13-cü bölüm) 29 yanvar 2014-cü il tarixində yayımlanmışdır. == Mövzu == Leyla ile Mecnun serialı birdən-birə yayımdan çıxarılır.
Mən də Darıxdım (teleserial)

Mən də darıxdım (teleserial, 2013)

Mən də darıxmışam (teleserial, 2013)

Darıca Gənclərbirliyi FK
"Darıca Gənclərbirliyi" (türk. Darıca Gençlerbirliği) — Türkiyənin 2-ci liqasında Kocaelinin Darıca ilçəsini təmsil edən futbol klubu. == Tarixi == "Darıca Gənclərbirliyi" klubu 1934-cü ildə Kocaelinin Darıca ilçəsində yaranıb. Hazırda “Darıca Gənclərbirliyi” azərbaycanlıların idarəçiliyindədir. Belə ki, 2018-ci ilin avqust ayında azərbaycanlı futbol funksionerləri Nail Zeynalov və Rəsul Şükürsoy Rusiyada yaşayan azərbaycanlı iş adamı olan dostlarının tam dəstəyi ilə "Darıca Gənclərbirliyi" klubunu satın alıblar. == Rəngləri == Rəngləri sarı-yaşıldır. == Stadionu == Klub ev oyunlarını Darıca İlçə stadionunda keçirir. Dənizə bitişik ərazidə 10 hektar səhəsi olan məşq bazası, məşq meydançaları, oteli, yüzlərlə gənc futbolçunun top qovduğu akademiyası var. == "Çınaraltı" == Klubun azarkeş qrupunun adı “Çınaraltı” adlanır. Bu ad Darıcanın mərkəzindəki böyük çinar ağacından alınmışdır.

Значение слова в других словарях

исчеркать нагрунтова́ть освободи́тельница переполня́ться перс подъесау́л полоска́тельный проднева́ть прокла́дываться пяде́ница равноме́рность баллотиро́вочный выхлопно́й завиру́шка прицепле́ние сенно́й трутнево́й Тамбов eliquate equiparation missend powny ticket-writer довершать шахтёрский