DAVAKAR Arvad səsindən artıq davakar, hərzə kişi səsinə oxşayan bu səs Güləbətinə çox pis təsir etdi.. (M.İbrahimov); DALAŞQAN, SAVAŞQAN Ay dalaşqan sərçələr! Ay savaşqan sərçələr (M.Rzaquluzadə); QALMAQALÇI Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzısöyüşlü, tərbiyəsiz idi (M.İbrahimov); QALLI Çoxlarını məhv elədi bu qovğalı, qallı dünya; Sultanlara qalmadı, yox, Nəsimiyə qaldı dünya (X.Rza).