DAVASIZ
DAVRANIŞ
OBASTAN VİKİ
Cəfər bəy Davatdarov
Cəfər bəy Şükür bəy oglu Davatdarov (1831, Mafruzlu, Ağdam rayonu) — Çar ordusunun zabiti, mülkədar. == Həyatı == Cəfər bəy Şükür bəy oglu 1831-ci ildə Cavanşir mahalının Məfruzlu obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Qəza məktəbində təhsil almışdı. Çar ordusunda xidmət еtmişdi. Praporşik rütbəsi vardı. Cəfər bəy Davatdarov rus-Osmanlı müharibəsində iştirak etmişdi. Ordudan tərxis olduqdan sonra Tərtərdə məskunlaşmışdı. Şəhərin abadlıq işləri ilə məşğul olmuşdu.
Davati
Davati (gürc. დავათი) — Gürcüstanda kənd. Msxeta-Mtianeti diyarının Duşeti bələdiyyəsinə aiddir. Dəniz səviyyəsindən hündürlük 1120 metrdir. Duşeti şəhərindən 24 kilometr məsafədə yerləşir. Əhali 157 nəfərdir (2014).1985-ci ildə arxeoloji qazıntılar zamanı burada yerləşən kilsə ərazisində bir neçə stela tapılmışdır ki, onların birində gürcü əlifbasının erkən nümunələri təsvir edilmişdir.
Stela Davati
Stela Davati (gürc. დავათის სტელა) — Gürcüstanın Duşeti bələdiyyəsinin Davati kəndində tapılan daş barelyefi. Onun üstündə arxangellər Mikayıl və Cəbrayıl əks olunub, onlar ortada qədim gürcü əlifbası Asomtavruli təsviri olan perqament tutublar. Bu, əlifbanın bu günümüzə qədər qalan ilk təsviridir. Gürcü alimi G. Narsidzenin fikrini görə, Stela Davati eramızın IV—VI əsrlərinə aiddir. კ (K), ტ (T), və ჭ (Ç) hərflərində işarə şəklində qeyd var. R.Ramişvilinin ehtimalına görə, bu müəyyən nömrələrə uyğundur. 5000, 300 və 20 yəni = 5320 (qədim gürcü mətnlərindəki nömrələr hərflərlə işarə olunurdu). Bibliyada dünya xronologiyası eramızdan əvvəl 5604-cü ildən hesablandığını nəzərə alsaq, onda 5604-5320=e.ə. 284-cü il.
İbrahim bəy Davatdarov
Davatdarov İbrahim bəy Mirzə Əhməd bəy oğlu 14 sentyabr 1851, Ərəblər, Şuşa qəzası – 3 iyun 1902, Qars, Qafqaz diyarı — çar ordusunun polkovniki == Həyatı == İbrahim bəy Davatdarov 14 sentyabr 1851-ci ildə Şuşa qəzasının Ərəblər kəndində anadan olmuşdur. Ailə təhsili almış, Tiflis Piyada Yunker kursunu bitirmişdir. 1868-ci ildə unter-zabit kimi 16-cı Minqreli Qrenadyor alayında xidmətə başlamışdır. 15 sentyabr 1869-cu ildə Tiflis Piyada Yunker məktəbinə ezam olunmuş, məktəbi 1871-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra 157-ci Dərbənd alayına dəyişilmişdir. Çar hərbi baxışda Davatdarovu bəyənmiş, ona şəxsən özü praporşik rütbəsi vermişdir. O, bu rütbədən polkovnik rütbəsinədək yüksələ bilmişdi. İbrahim bəy Davatdarov 1902-ci ildə vəfat edib. == Ailəsi == İbrahim bəy Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə qurmuşdu. Müzəffər bəy adlı oğlu, Mina xanım adlı qızı vardı. == Mükafatları == İbrahim bəy Davatdarov 1877–1878-ci il Rus-Osmanlı savaşında göstərdiyi şücaətə görə 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Значение слова в других словарях

анга́р бо́мба бумагомара́тель гетерога́мия держа́ние кикбоксёр коммунопатриоти́зм малопривлека́тельный сру́бщик съедо́бное гопкомпа́ния кюве́т отме́ривать телеологи́ческий хладнокро́вный эксплуатацио́нный -ia air-controlled disenable Eritrea table scrap meal боевик малонадёжный немаловажный опрыскиваться