DAVUD

İsrailin ilk hökmdarı Saulun oğlu olub, mənası yəhudi dilində “sevimli” de­məkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAVRANMAQ
DAY
OBASTAN VİKİ
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Davud (ad)
Davud — Kişi adı. Davud (David) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Davud Danişdust — İran futbolçusu, müdafiəçi. Davud Məlikov — dəri zöhrəvi həkimi. Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu. Davud Dəmirli — Azərbaycan yazıçısı.
Davud Abasov
Davud Yalçın oğlu Abasov (19 noyabr 1999, Sabirabad, Cəlilabad rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007–2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Davud Abasov 2018–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Davud Axundov
Davud Axundov (tam adı: Davud Ağa oğlu Axundov; 14 fevral 1918, Bakı – 19 noyabr 2003, Bakı) — Azərbaycan-sovet memarı və tarixşünası, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü. == Həyatı == Davud Ağa oğlu 1918-ci il fevral ayının 14-də Bakı şəhərində anadan olub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüb. 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlamış, Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olmuşdur. 1949–1963-cü illərdə onun layihələri əsasında Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilmişdir. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunda çalışmış, 1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970–2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olmuş Axundov qədim Azərbaycan memarlığının nəzəri məsələlərinə dair bir çox elmi əsərin müəllifidir. Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı olan Axundov memarlıqda bu istiqamətin əsasını qoymuşdur.
Davud Azad
Davud Azad (6 oktyabr 1963, Urmiya) — iranlı müğənni və bəstəkar. Daha çox klassik avropa musiqisi ilə İran musiqisinin sintezini özündə cəmləyən "Ruminin divanı və Bax" albomu ilə tanınıb. == Həyatı və fəaliyyəti == Davud Azad 6 oktyabr 1963-cü ildə Urmiyada, azərbaycanlı ailədə anadan olub. 19 yaşında musiqi ilə məşğul olmağa başlayıb. 25 yaşında olanda ilk kasetləri işıq üzü görür. "Maktabe Tar Tabriz" adlanan bu lent yazısı o dövrdə bir çoxları üçün tarda ifa etmək üçün standarta çevrilir. Sufi musiqiləri ifa etməkdən və bəstəkarlıqdan başqa tar, sitar, tənbur, ud, dəf, və rübab kimi musiqi alətlərində də ifa edə bilir. Son 30 ildə keçirilinə bütün sufi yığıncaqlarında iştirak edib və Ruminin sözlərinə bəstələdiyi musiqiləri ifa edib. Bütün dünya üzrə Avropada, Şimali Amerikada, Latın Amerikasında, Avstraliyada, Hindistanda, Yaponiya və Butanda 300-dən çox festival və konsertlərdə iştirak edib. Davud Azad Oksford Universitetinə İran musiqisi və onun növləri haqqında mühazirə demək üçün çağırılmış ilk iranlı mühazirəçidir.
Davud Ağamirzadə
Ağamirzadə Davud Əsgər oğlu (? – ?) - Azərbaycan şairi. 1918-20- illər milli istiqlal poeziyasının nümayəndələrindən biri. == Həyatı == Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cümhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbi mühitində seçilən şairlərdən idi. Yaradıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalqı birliyə çağırış ruhlu şeirlər mühüm yer rutur. Şair Azərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edirdi: Üzərində göründükcə ulduzun Şeir söylər sənə nazlı tiirk qızı Sən çırpındın, sən yüksəldin, göründün Və tanıtdın millətlərə sən bizi Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna", "Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli istiqlalımızın qorunması tərənnüm edilir. Davud müstəqillik rəmzi kimi tərənnüm etdiyi üçrəngli milli bayrağı xalqın əsarət və köləliyinə qoyulan nöqtə kimi mənalandırır. == Mənbə == Azərbaycan Xalq Cürnhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Ağayev İ., XX əsrin əvvəllərində Azərbaycan şeri, B., 2002.
Davud Carçıyev
Davud Danişdust
Davud Danişdust (6 avqust 1985) — İran futbolçusu, müdafiəçi. Danişdust 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Məşhədin Əbumüslüm klubunda oynamışdır.
Davud Hacıyev
Davud Novruz oğlu Hacıyev (14 iyul 1998, Xaçmaz – 10 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Hacıyev 1998-ci il iyulun 14-də Xaçmaz şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Davud Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Hacıyev oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Hacıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Davud Həsənov
Davud Gülalı oğlu Həsənov (11 iyul 1932, Kür Qaraqaşlı, Salyan rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, texnika üzrə elmlər doktoru. == Həyatı == Həsənov Davud Gülalı oğlu 11 iyul 1932-ci ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. 1941-ci ildə Kürqaraqaşlı kənd "7" illik məktəbinə daxil olmuş və 1947-ci ildə məktəbi bitirərək, Salyan tibb məktəbinə daxil olmuş, 1949-cu ildə oranı bitirdikdən sonra Saatlı rayonunda feldşer vəzifəsində çalışmışdir, Saatlı rayonunda işlədiyi müddətdə məktəbin 10-cu sinfini bitirib. 1952-ci ildə Az\ərbaycan Sənaye Universitetinə daxil olub və 1957-ci ildə oranı bitirərək "Azərneftyağ" Neft Emalı zavoduna təyinat almış, 1957-ci ildən 1962-ci ilədək "Azərneftyağ" Neft Emalı zavodunda müxtəlif vəzifələrdə çalışnışdır. 1962-ci ildə АМЕА-nın Neftkimya Prosesləri İnstitutunda aspiranturaya daxil olub və 1967-ci ildə müdafiə edərək texnika elmlər namizədliyinə layiq görülmüşdür.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmlər doktoru adını alıb, 1988-ci ildən AMEA-nın AKİ-də "Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, hazırda institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışır. == Elmi əsərləri == D.Həsənov 135 elmi əsərin müəllifidir. === Elmi məqalələri === Mövsümzadə M.M., Həsənov D.G., Fəttayeva Ç.Ş., İmanov N.İ. "Siokar-2 katalizatorun iştirakı ilə yüksək indeksli sintetik yağların alınması", N.Q.Ç. problemləri və KETİ-əsərləri.
Davud Kazımov
Davud Mehdi oğlu Kazımov (9 noyabr 1926, Bakı – 14 fevral 2015, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Davud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olmuşdur. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub. == Yaradıcılığı == Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub. Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir. Davud Kazımov Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır.
Davud Müzəffərli
Davud Müzəffərli — Ssenari müəllifi. Kino redaktoru. == Həyatı == Davud Müzəffərli 19 dekabr 1974-cü il tarixində Yardımlı rayonunun Ostair kəndində doğulmuşdur. Ostair kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin aprel ayından 1996-cı yanvar ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam rayonu uğrunda savaşda iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ilin sentyabr ayından Lider televiziyasında (Lider Media Holding) Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi vəzifəsində yaradıcı fəaliyyətə başlamışdır. 2007-ci ildən "MZ Production" MMC-də ssenari müəllifi kimi çalışmış, "Vətən sağ olsun" adlı hərbi-vətənpərvərlik layihəsinin (İctimai televiziyada yayımlanmışdır) ssenari müəllifi olmuşdur.
Davud Məhəmmədov
Davud Məhəmmədov (8 noyabr 1970, Mahaçqala – 7 iyun 2005, Mahaçqala) — 1991–1993-cü illərdə Rusiyanı, 1994–2003-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Davud Məmmədov 1991-ci lin iyununda SSRİ Çempionatının bürünc medalına sahib oldu. SSRİ-nin dağılmasından sonra isə Davud Məmmədov 1992-ci ildə Rusiya çempionu, 1993-cü ildə isə turnirin finalçısı oldu. Rusiya yığmasının əsas heyət üzvü olmadığına görə Davud Məhəmmədov 1994-cü ildə Azərbaycan yığmasının heyətinə cəlb edildi.Davud Məhəmmədov 1994-cü ilin avqustunda İstanbul şəhərində baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.1996-cı ildə isə Davud Məhəmmədov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Davud Məhəmmədov olimpiadanın birinci görüşündə İran nümayəndəsi Abbas Cədidi ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:4 hesabı ilə məğlub olan Davud Məhəmmədov mübarizəsini təsəlliverici qrupda davam elədi. Qrupun birinci görüşündə Davud Məhəmmədov Albaniya nümayəndəsi Şelqin Troplini üzərində 10:0 hesabı ilə inamlı qələbə qazansa da, növbəti görüşdə Dünya və Avropa çempionu Almaniya nümayədəsi Aravat Sabeyeva 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı 11-ci pillədə başa vurdu.1997-ci ilin iyununda Polşada Avropa Çempionatını 6-cı pillənin sahibi olan Davud Məhəmmədov həmin ilin avqustunda Rusiyada Dünya Çempionatını 18-ci pillədə başa vurdu.Davud Məhəmmədov 1998-ci ildə Almaniya Qran-Prisinin qalibi oldu. Həmin ilin sentyabrında Tehran şəhərində (İran) baş tutan Dünya Çempionatını isə 11-ci pillədə başa vurdu. 1999-cu ildə Dünya Çempionatını 11-ci pillədə başa vuran Davud Məhəmmədov 2000-ci ildə Budapeşt şəhərində Avropa Çempionatında yeddinci pillənin sahibi oldu.Davud Məhəmmədov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil elədi. -97 turnirində çıxış edən Davud Məhəmmədov qrup mərhələsinin birinci görüşündə Qazaxıstan nümayəndəsi İslam Bayramğov ilə üz-üzə gəldi.
Davud Məmmədbəyov
Davud Məmmədbəyov (tam adı: Davud İsa oğlu Məmmədbəyov; d. 15 yanvar 1933, Şağan, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqişünası, pedaqoqu, tarzəni və tədqiqatçısı, Moskva Dövlət Konservatoriyasının baş müəllimi və dosenti, Əməkdar incəsənət xadimi (1991). == Həyatı == Davud İsa oğlu Məmmədbəyov 15 yanvar 1933-cü ildə Bakı şəhərinin Şağan kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Davud 7 yaşında ikən – 1940-ci ildə musiqi məktəbinə məhz tar ixtisası sinfi üzrə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün 1948-ci ildə Asəf Zeynallı adına Bakı Dövlət Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olmuşdur. Davud tar üzrə ixtisas dərsini tarzən-pedaqoq Adil Gəraydan, muğam fənnini pedaqoq Əhməd Bakıxanovdan almışdır.Bu illərdə Davud Məmmədbəyov təkcə tar sənətini öyrənməklə yanaşı, eyni zamanda musiqi tarixi və nəzəriyyəsini dərindən mənimsəmiş və bu sahədə ixtisasçı olmaq üçün müəllimlərinin təkidi ilə 1952-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq daxil olmuşdur. Bir il sonra o, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının II kursuna köçürülmüşdür.Məmmədbəyov konservatoriyanın V kursunu bitirəndə – 1957-ci ildə "Qara Qarayevin "Yeddi gözəl" baleti" mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edir və aspiranturada təhsili davam etdirməyə göndərilir. Aspiranturada onun elmi rəhbəri musiqişünas-alim, professor, Rusiya Respublikasının əməkdar incəsənət xadimi Vladimir Protopopov olmuşdur. Aspiranturanı bitirdikdən sonra D. Məmmədbəyov musiqişünaslığa başlayaraq, bir sıra elmi və elmi-publisistik işlər və məqalələr yazıb çap etdirir. Bu işlərdə o, elmi baxımdan maraqlı müddəa və nəticələrə gəlir.D. Məmmədbəyov "Azərbaycan xalq lirik mahnıları" məcmuəsini toplayanı və nota köçürənidir.
Davud Məmmədov
Davud Cəbrayıl oğlu Məmmədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1958–1963). == Həyatı == Davud Məmmədov 1910-cu ildə hazırkı Gəncə şəhərində xırda qulluqçu ailəsində anadan olmuşdur. 1928-ci ildə orta məktəbi bitirərək Tiflis Politexnik İnstitutuna daxil olmuş, sonra isə Bakıdakı Azərbaycan Neft İnstitutuna keçərək həmin institutu 1933-cü ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Davud Məmmədov təhsil aldığı illərdə S. M. Kirov adına mexaniki zavodda mühəndis vəzifəsində çalışmış, təhsilini tamamladıqdan sonra da burada qalaraq əvvəlcə mühəndis-texnoloq, sonra növbə rəisi və mexaniki sexin rəis müəvini işləmişdir.1935-ci ildə Davud Məmmədov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış, tərxis olunduqdan sonra yenidən işlədiyi zavoda qayıtmışdır. Burada texnoloji proseslər üzrə qrupun rəhbəri, 1939-cu ilin avqustunda isə zavodun baş mühəndisi olmuşdur. Bundan sonra o, rəhbər işə irəli çəkilərək "Azərneftmaş" trestinə müdir təyin edilmişdir.Davud Məmmədov Sovet İttifaqının sifariş etdiyi qazıma avadanlığını texniki cəhətdən yoxlayıb qəbul etmək üçün 1946-cı ildə mütəxəssis qismində Amerika Birləşmiş Ştatlarına göndərilmiş, ezamiyyətdən qayıtdıqdan sonra bir müddət Leytenant Şmidt adına maşınqayırma zavoduna başçılıq etmiş, sonra isə yenidən "Azərneftmaş" trestinin müdiri olmuşdur. 1957–1958-ci illərdə Davud Məmmədov Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədr müavini, sonra isə Azərbaycan SSR yerli sənaye naziri olmuşdur.Davud Məmmədov "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. O, dəfələrlə Bakı və rayon zəhmətkeş deputatları sovetlərinə deputat seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Мамедов Давуд Джабраил-оглы" (rus). Подвиг народа.
Davud Məmmədsoy
Davud Məmmədsoy (d. 4 noyabr 1995) — Azərbaycanlı cüdoçu. == Həyatı == Davud Məmmədsoy 4 noyabr 1995-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. 2018-2019-cu illərdə hərbi xidmətdə olmuşdur. == Karyerası == === Erkən illəri === Davud Məmmədsoy karyerasına 6 yaşında taekvondo idman növü ilə başlamışdır. 2 il taekvondo ilə məşğul olduqdan sonra cüdo ilə məşğul olmağa başlamışdır. === Peşəkar fəaliyyəti === Professional karyerasına 2011-ci ildə yeni yetmələrin respublika çempionluğu ilə başlayıb. 2013-cü ildə 55 kg-da gənclər arası respublika yarışında 3-cü yer tutmuşdur. Polşada keçirilən Avropa Kubokunda 3-cü, Kiyevdə keçirilən Avropa Kubokunda 2-ci yer tutmuşdur.
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). == Həyatı == Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963).Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi.
Davud Paşa
Davud paşa Osmanlı dönəmində Gəncə bəylərbəyi, Şirvan bəylərbəyi Davud Paşa Yeniçəri silahdar ağası olup Zilhiccə 998'de (Oktyabr 1590) Gəncə bəylərbəyi və Şaban 1002'də (Aprel-May 1594) Van, Zilqədə 1003' də (Temmuz 1595) Şirvan, 1004 də (1596) Şehrizor valisi olub sonra vəfat etti.
Davud Paşayev
Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya qəhrəmanı (1995), Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006). == Həyat və fəaliyyəti == Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu. 1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur.
Davud Qurbanov
Davud Taryel oğlu Qurbanov (15 fevral 1996, Bakı – 3 oktyabr 2020, Tərtər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib. Subay idi. Müxtəlif telekanallarda montajçı vəzifəsində çalışmışdı. == Hərbi xidməti == Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Davud Qurbanov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Davud Qədiməliyev
Davud Əli oğlu Qədiməliyev - N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru. == Fəaliyyəti == 7 noyabr 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. Mordoviya Dövlət Universitetinin fizika fakültəsini bitirib (1975). Bioloji elmlər namizədi (1985), bioloji elmlər doktoru (2003). Dosent (1994). MDU biotexnologiya kafedrasının professoru (2003 - 2013 ). Professor (2013-ci ildən hal-hazıradək). Mordoviya Dövlət Universiteti yanında «biotexnologiya», «ekologiya», «aqrokimya», «ümimi torpaqşünaslıq» ixtisasları üzrə iki doktorluq dissertasia şurasının, fakültə elmi şurasının, fakültə attestasiya komissiyasının üzvü, bioloji elmlər üzrə ekspertlər şurasının sədridir. Rusiya biotexnoloqlar cəmiyyətinin, Rusiya biofizikləri cəmiyyətinin, Moskva təbiət sınaqçıları cəmiyyəti Mordoviya şöbələrinin üzvüdür. Elmi maraq sahələri – kompozisiya materialları biotexnologiyası, biokatalizatorlar, sənaye ekologiyası.
Davud Səfiyarov
Davud Səfiyarov - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi. == Haqqında == Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehtiyac içərisində yaşayan ailə 1884-cü ildə Şamaxıya köçdü. Burada mədrəsədə oxuyan Davud bir neçə il ərzində türk və fars dillərini mükəmməl öyrəndi. Davud Səfiyarov xanəndə kimi ilk dəfə Şamaxıda Mahmud ağanın məclislərində çıxış etmişdir. 1896-cı ildə Mahmud ağa vəfat etdikdən sonra Davud Bakıya köçdü. Burada Cabbar Qaryağdı oğlu ilə yaxından tanış oldu. 1905-1915-ci illər ərzində Bakıda verilən teatr tamaşalarının fasilələrində və "Şərq konsertləri"ndə Azərbaycan xanəndələri ilə birlikdə Davud Səfiyarov da çıxış etmişdi. 1912-ci ildə Davud Səfiyarov məşhur Azərbaycan müğənniləri - Keçəçi Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev ilə birlikdə səsini vala yazdırmaq üçün "Sport-Rekord" şirkəti tərəfindən Varşava şəhərinə dəvət edilir.
Davud Xəlvəti
Davud Xəlvəti — (داود خلوثى }) — xəlvəti şeyxi == Həyatı və təhsili == Türkiyənin Bolu şəhərində anadan olmuşdur. Bağdadda təhsil aldıqdan sonra Amasyaya getmiş, Seyid Yəhya Bakuvinin davamçılarında Həbib Qaramanininin (ö.1497) ardıcılı olmuşdur. === Vəfatı === 1507-ci ildə Mudurnu vəfat etmişdir. == Faəliyyət == === Xəlvətiyyə fəaliyyəti === Bir müddət sonra xəlvətiliyi yaymaq üçün öz şeyxi tərəfindən Mudurnuya göndərilmişdir. Davud Xəlvəti "Gülşəni-Tövhid" adlı məzmun əsərin müəllifidir. Əsərin dövrddə birini "ətvari-səbə"( (nəfsin mərtəbələri) mövzusu təşkil edir. Digər hissəsində Əli ibn Əbu Talibin və Əbu Seyid Əbülxeyr, Sührəvərdi.ş İbn Ərəbi, Cəlaləddin Rumi, Bakuvi, Həbib Qaramani kimi sufilərin kəlamları tərcümə və şərh edilir. Məsnəvi şəklində, yazılmış əsərdə qəzəl, qəsidə və rübailər, eləcə də təsəvvüfi-əxlaqi mövzular toplanmışdır.
Davud Zöhrabov
Davud Ramazan oğlu Zöhrabov — Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Mədəni Maarif ixtisasından sonra 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun "kinoistehsalat təşkilatçılığı" kursunu bitirib. Kursu bitirəndən sonra orada "Möhkəm qoz" ("Krepkiy Oreşok") filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib. == Filmoqrafiya == Bəxtəvər (film, 1990) Dəli Kür (film, 1969) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güzgü (film, 1990)(II) İstintaq (film, 1979) Qanlı zəmi (film, 1985) Ölsəm... bağışla (film, 1989) Park (film, 1983) Son tamaşa (film, 1989) Yeddi oğul istərəm...
Davud peyğəmbər
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Davud Paşa (Məmlük sülaləsi)
Davud Paşa (Ərəbcə. داود باشا, Osmanlıca. داود پاشا, Gürcücə. დაუდ ფაშა; 1767–1851, Mədinə) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1816–1831). == Həyatı == İraq bu dövrdə rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsiydi, lakin əməldə muxtar bir dövlət kimiydi. Məmlüklər əvvəlcə İslamı qəbul etmiş və Osmanlı İmperiyasında hərbi və inzibati vəzifələrə təyin edilmiş azad qullarıydı. Məmlük hökmdarları 1704-cü ildən 1831-ci ilə qədər Sultandan əldə edən muxtariyyətlə İraq və çevrə ərazini idarə etdilər. Müasir İraq sərhədlərinin tarixi 1749-cu ildən izləmək olar. Osmanlı İmperiyası Sultanı Bəsrə valiliyini Bağdad vilayətinə əlavə edilməsi və 1831-ci ilə qədər Məmlük hökmranlığı dövrü başlamağıyla izlənəbilir. 1816–17-ci illərdə Davud Paşa nəzarəti ələ keçirdikdən sonra Avropa təlimatçıları köməyiylə kanalların təmizlənməsi, sənayenin qurulması və ordunun islahatı kimi modernizələşməyə başlamışdır.
Davud Paşa hamamı
Davud Paşa hamamı — köhnə hamam və bugünkü sənət qalereyası, Skopyedəm Köhnə Bazarın yuxarı hissəsində, "Müqəddəs Dimitriya" kilsənin yaxınlığında yerləşir. Bina XV əsrin sonlarında, Davud Paşanın mirası olaraqinşa edilmişdir. Bina onun şərəfinə adlandırılmışdır. Hamamın heç vaxt hamam kimi istifadə edilmədiyi məlumdur və iki əfsanə onu təstiqləmək üçün göstərilir. Bu gün hamamdan sənət qalereyası kimi istifadə olunur və Makedoniya Milli Qalereyasının qərargahı yerləşir. == Hamam == Hamam 1489 ilə 1497 arasında Rumelinin o zamankı vəziri Daut Paşaya vəsiyyət olaraq inşa edilir. Bu gündə binanın memarlarının adları bilinmir. Bina 1689-cu ildə baş verən yanğında ciddi şəkildə zədələnir və tədricən dağılır. 1948-ci ildə incəsənət qalereyasına çevrildiyi zaman bərpa edilir. O, 1963-cü il zəlzələsindən də böyük zərə görür, lakin tezliklə təmir edilir.

Значение слова в других словарях

джек-по́т кипре́гель нача́ть небезоби́дно пьедеста́л распако́вываться реванши́ровать ре́гги четверту́шечка замо́р каранти́нный кра́ткий кровожа́дный переза́пись трагеди́йный эзоте́рик макинтош black mulberry conflagrate gravity flow patentee ramified volitation стучать тесовый