// Hər ölkənin öz torpağı, öz hüdudlarının içərisi (xaric müqabili). Daxildə sərf olunan mallar.
– [Daxildə] düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır.
□ Daxil etmək – bir şeyin tərkibinə, içərisinə, sırasına salmaq, keçirmək. Adını siyahıya daxil etmək. Müqaviləyə yeni maddə daxil etmək.
– [Qəmərbanu] …bu yolla onu [Gülnazı] istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü.
□ Daxil olmaq – 1) girmək.
Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular.
Kürkə bürünmüş, başı başlıqlı Şəhabəddin içəri daxil oldu. ;
2) başlamaq, girmək. Qış daxil oldu.
– Bahar fəsli təzəcə daxil olmuşdu. ;
3) bir təşkilata, cəmiyyətə və s.-yə üzv olmaq. Həmkarlar ittifaqına daxil olmaq. Dərnəyə daxil olmaq;
4) təhsil almaq üçün hər hansı təhsil müəssisəsinə qəbul olunmaq. Kursa daxil olmaq. Universitetə daxil olmaq.
– [Aleksey Osipoviç:] Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur, onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. ;
5) bir şeyin tərkib hissələrini təşkil etmək. Dərmanın tərkibinə daxil olan maddələr. Bitki məhsullarının tərkibinə daxil olan kimyəvi maddələr.