daxili
daxmacıq
OBASTAN VİKİ
Daxma
Daxma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir. == Tərtibatı == Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu. == Yaşayış == Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh.
Atəşpərəstlər daxması yaşayış yeri
Atəşpərəstlər daxması yaşayış yeri — Qazax rayonunun Xanlıqlar (digər adı Musaköy) və Köçəsgər kəndləri arasında yerləşən qədim yaşayış yeri. E.ə. VI əsrə aid tikili ölkə əhəmiyyətli arxeoloji abidədir.
Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı == Məzmunu == Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. == Nəşri == ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. === Azərbaycanca === Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.

Значение слова в других словарях

...копы́тный изверже́ние коробья́ мозо́литься отги́б вда́лбливание вложи́ть возбрани́ть заму́читься идеалисти́ческий пла́щик фо́куснический потупить bargain basement cobra fiesta geta gift-certificate joint float pixy plover ragweed remonstrate затяжной невоздержание