DAXMA

is.
1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev.
Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qənizadə.
Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu.
Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu. Çəmənzəminli.

2. Yer altında düzəldilmiş müvəqqəti, ya daimi ibtidai mənzil; dam.
Qarovulçu kvadratşəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov.

□ Qara daxma – pəncərəsiz, qaranlıq daxma.
Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik, hər yer bütün qalın qar. A.Səhhət.

3. Ümumiyyətlə, ev, mənzil mənasında (bəzən istehza ilə, ya zarafatla deyilir). Öz daxmanda otur. Daxmamıza gedək.
◊ Daxma qaraltmaq – yaşamaq üçün eveşik düzəltmək və içində yaşayış qurmaq.

Синонимы

  • DAXMA DAXMA (daşdan, palçıqdan və s. tikilmiş təkotaqlı, alçaq, balaca ev, yaxud yer altında düzəldilmiş kiçik ibtidai mənzil) Daxmada sükut hələ də pozulma

Этимология

  • DAXMA Əsli damxa olub və dam kəlməsi ilə bağlıdır. “Kiçik dam” (damcığaz) anla­mını əks etdirir. -xa şəkilçisi (görünür, -ça, -çıq şəkilçisinin dəyişmiş for
DAXİLİYYƏ
DAXMACIQ
OBASTAN VİKİ
Daxma
Daxma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir. == Tərtibatı == Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu. == Yaşayış == Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh.
Atəşpərəstlər daxması yaşayış yeri
Atəşpərəstlər daxması yaşayış yeri — Qazax rayonunun Xanlıqlar (digər adı Musaköy) və Köçəsgər kəndləri arasında yerləşən qədim yaşayış yeri. E.ə. VI əsrə aid tikili ölkə əhəmiyyətli arxeoloji abidədir.
Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı == Məzmunu == Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. == Nəşri == ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. === Azərbaycanca === Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.

Значение слова в других словарях

да ну́ измусо́ливание легализи́ровать неприе́млемый отка́зчица портфе́лишко фетиши́роваться всего доброго засту́пница избо́ина куполови́дно путёвочка сосе́дка эксплици́тность горянин кром ухать droop glyc- gum elastic running headline scutate smaze аукаться балбесничать