DAYI1

Ana qohumlarının hamısı birlikdə day adlanıb: dayza-xala, dağay, tağay -dayı, daybaş, taybaş – ana babası kimi şərh olunub. Ata tərəfindən qohumlar ən çox əm sözü ilə bağlıdır (əmi - atanın qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.) Bu, əmmək feili ilə qohumdur, “eyni döşdən süd içənlər” deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir ki, həmin kəlmə doğ­maq sözü ilə qohumdur. Dayı “doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur. Mənbələrdə “кормилец” mənasını verən tuydırıcı kəlməsi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Birinin arxası olanda deyirik: ”dayısı var”. Burada dayı “ananın qardaşı” yox, dayaq sozünün dəyişmiş formasıdır. Söz mənbələrdəarxadayaq kimi də qeydə alınmışdır, sinonimlər birləşməsidir. Türkmənlər “himayəçi” mənasında arxa dayanc işlədirlər. Buradakı dayanc (dayaq) sözü ilədayı (“arxa” mənasında) eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAYANACAQ
DAYKA
OBASTAN VİKİ
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Dayıkazımlı
Dayıkazımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Dayıkazımlı kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi keçmişdə Şirvan düzündə yaşamış dayikazımlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 788 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dayıkənd
Dayıkənd — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd == Tarixi == Salyan düzündədir. Ədəbiyyatlarda Daykənd variantında verilmişdır. Tədqiqatçıların fikrincə, kəndin əsl adı Dəyəkənddir. Azərbaycan dilində dayə "daxma, koma, yaylaq" və ya "qışlaqda müvəqqəti yaşayış evi, alaçıq" mənasındadır. Belə ehtimal edilir ki, kənd köhnə dəyələri olan qış yurd yerində salındığına görə Dəyəkənd adlanmış, sonralar isə toponim dəyişikliyə uğrayaraq indiki Şəklinə düşmüşdür, lakin keçən əsrin əvvəllərində Azərbaycan ərazisində Daykənd və Daylaxlı adlı bir neçə kənd qeydə alınmışdır ki, bunlar da atçılıqla bağlı yaranan coğrafi adlardır. Dayıkənd oykonimini də bu coğrafi adlardan biri hesab etmək olar. Day birillik at balasıdır. == Din == Kənddə Dayıkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Dayıkəndi
Dayıkəndi (fars. دايوكندي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (24 ailə).
Dayın Xan
Dayın xan — türk, monqol və altay mifologiyasında müharibə tanrısı. Zayın Xan da deyilir. Döyüşçülərin qoruyucusudur. Əsgərlər döyüşlərdən əvvəl özündən kömək diləyirlər. == Etimologiya == (Day/Tay/Yay/ Yağ) kökündən törəmişdir. Dayın/Dayn sözü monqolcada döyüş deməkdir. Tuvaca və mançurcada yenə Dayın sözü döyüş mənası daşıyır. Türkçe Yavu/Yağı (düşmən), Yağma (hücum) sözləriylə də əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dayıxın
Dayıxın xanım — türk və altay mifologiyasında körpə tanrıçası. Tayıkın olaraq da deyilir. Uşağın yuxusunda gülməsi, Dayıxının onunla oynadığını göstərir. Uşaqları qoruyur. Yeni getməyə hazırlanan uşaqların "Day dayanması" da bu tanrıça ilə əlaqədardır. Atların balalarına "Tay" deyilməsi ilə də əlaqəlidir. == Etimologiya == (Day/Yay/Zay) kökündən törəmişdir. Yaratmaq mənası ehtiva edər. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mən sənin dayınam (film, 2001)
== Məzmun ==
Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı == Məzmunu == Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. == Nəşri == ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. === Azərbaycanca === Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.
Tom dayının koması
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı == Məzmunu == Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. == Nəşri == ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. === Azərbaycanca === Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.

Значение слова в других словарях

довола́киваться некрещёная панде́кты подтёсывать приче́лина пунктуа́льный са́мба самодвиже́ние слонови́дно флюороско́п воскреша́ться засвети́ться кинофици́роваться ло́мка надры́вистость радиодиве́рсия рудиме́нтный плутонг chickling vetch crucifixion jennet onion dome положительно сверхчувствительный скипидар