DAŞMAQ

f.
1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). Kür daşmışdır.
– Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çaya dönübdür. Qurbani.
Çaylar daşıb sel olsun; Taxıllar tel-tel olsun. M.Ə.Sabir.

2. Qabın tutumundan çox olduğuna görə kənarlarından aşıb tökülmək.
Qoyun, quzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun.

// Bərk qaynayaraq köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). Süd daşır. Samovar daşdı.
3. məc. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir).
4. məc. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir).
Şişman adam coşdudaşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, – [dedi] A.Şaiq.

// Hədəqəsindən oynamaq (göz haqqında).
O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAŞMAQ 1. DAŞMAQ, AŞIB TÖKÜLMƏK 2. daşmaq bax coşmaq 1
  • DAŞMAQ aşmaq — tökülmək
  • DAŞMAQ coşmaq — qızışmaq — hiddətlənmək
DAŞMA₁
DAŞMALIQ

Digər lüğətlərdə

бе́шенствовать вытара́щивание заве́тное изобража́ть культу́рно оберега́ть разряженный встрёпывать вта́чиваться вы́нудить глухова́то не обессу́дь цирково́й adventurist American eagle chapterhouse imminency mighty nay radio waves reedwarbler sand извести раздёргивать схватываться