DEATH

death1

n 1. ölüm; natural ~ təbii ölüm; violent ~ qətl, zorakı ölüm; a question of life and ~ ölüm-dirim məsələsi; to one’s ~ ölənə kimi, həyatının sonuna qədər; son nəfəsinə qədər / kimi; to die a hero’s ~ qəhrəman kimi ölmək; to beat smb. to ~ bir kəsi ölənə kimi / qədər döymək; a sudden ~ qəfil ölüm; a peaceful ~ rahat ölüm; 2. ölgünləşmə, cansızlaşma, keyləşmə; the ~ of the tissues toxumaların ölgünləşməsi; 3. ölüm cəzası; to suffer ~ / the penalty of ~ edam edilmək; to put smb. to ~ bir kəsi edam etmək; 4. axır, son; yox / qeyb olma; məhv olma; ~ of a memory yaddaşı itirmə; the ~ of hopes / plans ümidlərin / planların məhv olması / boşa çıxması;

◊ to be at ~’s door bir ayağı qəbirdə olmaq; to be in the jaws of ~ ölümün pəncəsində olmaq

death2

adj ölüm; ~ certificate ölüm haqqında şəhadətnamə; ~ angel ölüm mələyi, Cəbrail; ~ sentence ölüm hökmü

DEARTH
DEATH-PENALTY
OBASTAN VİKİ
Death
Death — 1983-cü ildə 16 yaşındakı gitarist/vokalist Chuck Schuldiner, gitarist Rick Rozz və vurma alətlərdə Barney `Kam` Lee olmaqla Florida, Amerikada qurulan death metal qrupu. Qrupun ilk adı Mantas idi, amma daha sonra dəyişdirərək Death qərarını aldılar. Qrup Venom və Slayer'dan təsirlənmişdi amma fərqli bir şey etmək niyyətində idilər və Chuck`ın sərt vokalını istifadə etməyə qərar verdilər. 1987-ci ildə çıxardıqları «Scream Bloody Gore» albomu ilə bütün metal musiqi bazarını yerindən oynatdılar. Bu qədər sərt, iti ritmləri və vokalı olan bir musiqiyə insanlar vərdiş etməmişdilər, amma sonra bir çox vokalist Chuck'ın stilini təqlid edib death metal musiqisi hazırlamağa qərar verdilər. 1989-cu ildə əfsanəvi «Leprosy» albomunu çıxardıqları zaman artıq bütün dünya tərəfindən tanınmışdılar. İlk dəfə Amerika xaricinə çıxıb Avropa turnesinə çıxdılar. Albom böyük qalmaqal yaratmışdı. Bütün musiqi bazarı bu yeni musiqi stilini və yaradıcılarını heyranlıqla izləyirdi. 1990-ci il tarixli «Spiritual Healing» və 1991-ci il tarixli «Human» albomları ilə yerlərini yaxşıca sağlamlaşdırmışdılar.
Death Billiards
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Death Note
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. == Məzmun == Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Death Ramps
"Death Ramps" – İngilis indi-rok qrupu Arctic Monkeys-in təxəllüsü. Onlar Mayls Keyn və şeffildli sənətçi Riçard Houli ilə əməkdaşlıq edərkən bu ləqəbdən istifadə etdilər və beş mahnı buraxdılar.
Death metal
Det metal (ing. Death metal) — Qərbdə kommunizmə qarşı formalaşan hirsli təzyiq dövründə bu musiqi, nihilist bir ideya, ya da inanca qarşı bir təzyiq idi. Gitaraların tonlarındakı sərtlik, nifrət, yüksək tonlarda düzəldilmiş musiqi sistemləri və vəhşi vokallar. Hamısı bu qarşıdurmanın "inasanlığın siyasi əməllərə alət edilməsi, müharibələrin məqsədləri və s.."-yə bir simvoldur. Death metal illərdir tərəfindən hər hansı bir ad verilmədən bəzi qruplar tərəfindan icra edilirdi. Speed Metal dövründə Destruction, Thrash Metal dövründə Cryptic Slaughter və hərdən hardcore qrupu The Exploited, bu tərzi ilk vaxtlarda bu tərzdən bacarıqla istifadə edən qruplardandır. Ornegin, the Exploitedin işlətdiyi gitara rifləri bu günün Death Metalda tez-tez istifadə edilən riflərdəndir. (xüsusilə "Lets Have A War" albomu). Bir çox qrup musiqilərini, inkişaf etmiş gitara rifləri, sürətli gitara soloları və bəzi ritmlərlə bəzəyirdilər. Yeni yaranmış bu tərzin adı "Death metal" idi.
L (Death Note)
L Lolayt (エル・ローライト), L kimi tanınan Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılan Death Note manqa seriyasındakı uydurma personajdır. O, əsl şəxsiyyəti və keçmişi sirr olaraq saxlanılan müəmmalı, sirli və çox hörmətli beynəlxalq detektivdir. L, hüquq-mühafizə orqanları ilə yalnız eyni dərəcədə izaholunmaz köməkçisi, səlahiyyətlilərlə rəsmi əlaqəsi olan Vatari vasitəsilə əlaqə saxlayır. Keçmişi sirr içində qalsa da, o, şübhəsiz ki, dünyanın ən böyük detektiv/kriminal profilçisi kimi şöhrət qazanıb. Serial boyu o, serialın baş qəhrəmanı, orta məktəb dahisi Layt Yaqaminin fəaliyyətini müşahidə edir və casusluq edir. L Laytı fövqəltəbii vasitələrlə bütün dünyada yüksək profilli cinayətkarları qətlə yetirməkdən məsul olan məşhur seriyalı qatil "Kira" kimi ifşa etməyə çalışır. Serial irəlilədikcə, L və Layt arasında psixoloji zehn oyunu güclənir və hər biri bir sıra mürəkkəb hiylələr və sxemlər vasitəsilə digərinin əsl şəxsiyyətini üzə çıxarmağa çalışır. Anime adaptasiyasında o, yapon dilində Kappei Yamaquçi, və ingiliscə Alessandro Culiyani tərəfindən səsləndirilir. L, canlı döyüş filmləri seriyasında Kenichi Matsuyama, televiziya dramında Kento Yamazaki və Amerika filmində Lakeith Stanfield tərəfindən canlandırılmışdır. == Yaradılış və konsepsiya == Serialın yazıçısı Tsuqumi Oba L-i gənc biri kimi yaratdı, çünki o, L rəqibi Laytdan əhəmiyyətli dərəcədə böyük olsaydı, hekayənin çox maraq göstərməyəcəyinə inanırdı.
Mello (Death Note)
Mixael Kel (yaponca: ミハエル・ケール, Hepbörn: Mihaeru Kēru) və ya hər kəs tərəfindən istiifadə olunan adı ilə Mello (メロ, Mero) — Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər, lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlarda və ranobelərdə də peyda olmuşdur. Mello Nia ilə birlikdə detektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. Mellonu yapon anime serialında Nozomu Sasaki, ingilis anime serialında Devid Hurvitz səsləndirmişdir. Personaja həsr olunmuş plüş kuklalar və ekşen-fiqurka kimi əşyalar satışa buraxılmışdır.
Melodik death metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. == Tarixi == Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Five Finger Death Punch
Five Finger Death Punch — ABŞ metal qrupu. Qrup 2005-ci ildə Zoltan Bathori və Jeremi Spenser tərəfindən quruldu. 2006-cı ildə isə basçı Matt Snell və vokalist İvan Moody qrupa qatıldı. Qrupun qısa adı (FFDP vəya 5FDP) deyə adlandırılır. Qrupun ilk debüt "The Way of the Fist" adlı albomları 2007-ci ildə bıraxıldı. FFDP daha sonra Korn,Chimaira, All That Remains və Disturbed qrupları ilə birgə konsertlərə qatıldı.
The Game of Death
Ölüm oyunu (ing. Game of Death, kantonca: 死亡遊戲) — ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1972-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim filmin bir sıra epizodlarında Brüs Linin rolunu canlandırır. == Məzmun == Banda qrupu məşhur aktyor Billi Louya müxtəlif şərtlərlə təzyiq edirlər. Onlar Billidən qazancın bir hissəsinin banda heyətinə verməyi tələb edirlər.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.
Deathcore
Half-Life 2: Deathmatch
Half-Life 2: Deathmatch — Valve tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan multipleyerli videooyun. Deathmatch 30 noyabr 2004-cü ildə buraxılıb. "Half-Life 2" oyununun multipleyer versiyasıdır. Oyun rəqəmsal distributer olan Steam sistemi vasitəsilə yayımlanır və bir neçə kolleksiya qutularına daxildir. Deathmatch həmçinin The Orange Box yığımında da var. Müəyyən dövrlərdə xüsusi promo-aksiyalar keçirilirdi ki, bunun sayəsində ATI, sonradan isə nVidia istifadəçiləri oyunu pulsuz əldə edirdilər. == Geympley == === Deathmatch === Deathmatch rejimi Quake, Doom və ya Unreal Tournament daxil olmaqla bu tip müxtəlif oyunlara xas özündə çoxlu xüsusiyyətlər birləşdirir. Bu xüsusiyyətlər arasında ən əsaslarına daxildir: ani respawn, silahda konkret nöqtəlik, fəzada sürətlə hərəkət və xüsusi ləvazimatlar (sprint, fənər və bu kimi başqa alətlər). Deathmatch-da hədəf sadədir: oyunçu digər oyunçuları öldürməli və bununla da maksimum xal qazanmalıdır. Bu zaman oyunçu özü-özünü təsadüfən öldürdükdə xal itirir.
вели́кий воздухоно́сный грузо... ламарки́ст мелкосери́йность налака́ться объягни́ться па́лех распуха́ние спу́тывание фла́говый переадресо́вка подва́льчик якобинский клуб camisole chemosensitivity claret cup edible frog glandulous Huang He liquidus lycée непродолжительность скаредный тронный