DEİ́ZM

[ fr. deisme əsli lat. deus – Allah] fəls. Allahın yalnız dünyanı yaradan ilk qüvvə olduğunu mümkün hesab edən, lakin onun bir şəxsiyyət kimi mövcud olub təbiət və cəmiyyət həyatına müdaxiləsini inkar edən, XVII-XVIII əsrlərdə Avropada yayılmış dini-fəlsəfi cərəyan.
DEİ́ST
DEKÁBR
OBASTAN VİKİ
Deizm
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.

Значение слова в других словарях

абсу́рдный в ёлочку коло́дный пистоле́тный ска́редничать в нови́нку ве́шаться кинофо́рум коля́ска контейнерово́з нави́сший обжива́ть побе́дный премье́рский соро́ка на хвосте принесла фальшивомоне́тчик эффекти́вность disciplinarian eye-bandage interjectional stereoimpression swagger-cane гидроаэродром отозвание перековать