DEKORÁSİYA

[ fr. ]
1. Əhvalatın vaqe olduğu yerin və şəraitin teatr səhnəsində rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri: səhnə tərtibatı.
[Şaqqulu:] Dekorasiyaları da söküb hərəsini bir divara söykədi. C.Cabbarlı.
Əlvəndi gözlərini dekorasiyadakı balaca deşikdən ayır-mayaraq cavab verdi… S.Rəhman.

2. məc. Zahiri bəzək, bəzək-düzək.
DEKÓR
DEKORASİYAÇI
OBASTAN VİKİ
Dekorasiya
Dekorasiya (fr. decoratio — bəzək) — geniş anlamda əşyanın və ya yaşayış, fəaliyyət məskəninin müxtəlif bədii bəzədilməsi. Dekorasiya bəzədilən yerin xarakterinə və stilinə uyğun gəlməli, onun formalarını pozmamalı, onun gözəlliyini daha qabarıq verə bilməlidir.
Teatr-dekorasiya sənəti
Teatr-dekorasiya sənəti — dekorasiya, əlbəsə, qrim, işıq, mebel, butaforiya, və s. vasitəsilə səhnə tamaşasının əyani obrazının yaradılması sənəti. == Mahiyyəti == İncəsənətin sintetik növlərindən olan teatrda tamaşanın bədii tərtibatı əsərin ideya məzmununun açılmasında mühüm rol oynayır. Rəssam əsərin məzmununa və rejissor işinə əsaslanaraq, hadisələrin cərəyan etdiyi dövrü, yerli və milli koloriti səhnədə canlandırır, əsərin janrına və uslubuna uyğun dekorasiya, əlbəsə, işıq və s. bədii təsvir və ifadə vasitələrindən istifadə edərək obrazların fərdi xarakteristikasını daha dolğun nəzərə çatdırır. Teatr-dekorasiya sənəti memarlıq və təsviri sənətin vəhdətinə əsaslanır. Bədii tərtibat tamaşanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, onun bədii-emosional quvvəsini artırır. == Tarix == Teatr-dekorasiya sənətinin mənşəyi qədim, tarixi zəngin və çoxcəhətlidir. Hələ ən qədim xalq oyunlarında Teatr-dekorasiya sənəti ünsürlərindən (əlbəsə, maska və s.) istifadə olunmuşdu. Antik yunan və Qədim Roma teatrlarında hadisələrin cərəyan etdiyi məkanı konkretləşdirən dekorlar tətbiq edilirdi.

Значение слова в других словарях

безысхо́дность ва́зопись коровёнка мона́хиня ни до кого́ потрясе́ние просмоли́ть сверхтяжёлый сро́дность устоя́ться морда́ш надева́ть однокорнево́й оли́фить отба́вка поддо́н тенори́сто куролесить лакша cart-road Caucasia motet заполнитель ошибаться чередовать