DELÜVİ

/ lat. deluoyuyuram/ delüvial çöküntülər-yağış və qar suları vasitəsilə kövrək aşınma materiallarının yamaclardan yuyularaq toplanması nəticəində əmələ gələn, çöküntülər. Termin 1890-cı ildə Pavlov A.P. tərəfindən təklif edilmişdir. делювий deluvium
DELTA SAHİLİ
DELÜVİAL SƏPİNTİ
OBASTAN VİKİ
Delüvi
Delüvi – yüksəkliklərin yamaclarında yağış və qar suları vasitəsilə narın aşınma materialının yuxarıdan gətirilib yüksəkliyin ətəklərində yığılmasıdır. . Delüvi meylli şleyf şəklində çökdürülür. Şleyfin yuxarı hissəsində çöküntülər çox vaxt kobud qırıntılardan, aşağı hissəsində isə tozvari və gilli materiallardan ibarət olur. Səthi yamac axınlarının zəiflədiyi yamacın dibində delüvial çöküntülər daha qalın olur. Delüvi üçün çöküntülərin çeşidlənməsi və lay-lay düzülməsi daha səciyyəvidir. Çeşidlənməmiş və laysız süxurlar da təsadüf olunur. Tərkibinə görə delüvi müxtəlifdir. Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusən də Böyük Qafqazın cənub yamacında yayılaraq müxtəlif torpaqlar üçün ana süxur rolunda çıxış edir.
Delüvium
Delüvium — yağış və qar sularının yamaclardan yuyub apardığı kövrək aşınma məhsullarının toplanması nəticəsində əmələ gələn genetik çökmə tipi. Yamac üzrə yuxarıya doğru pazlaşan şleyf şəklində yatır. Yamac üzrə aşağıya doğru, ana süxurların tərkibindən asılı olaraq, çınqıllı çöküntülərdən lösvari gilcə və gillərə qədər dəyişir. Bəzən delüvium yamaca paralel təbəqələşmə müşahidə edilir. Delüvium əsasən semiarid (aridəyaxın) iqlim şəraitində əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Значение слова в других словарях