DEMAQOGİYA

is. [ yun. ] Öz məqsədinə çatmaq üçün hər cür yalan vədlər, yaxud böhtan və s. ilə adamların instinktinə qəsdən təsir etmə, kütlənin geridə qalmış hissəsinin zövqlərinə, əhvali-ruhiyyəsinə riyakarcasına uyğunlaşma.
// dan. Demaqoqcasına çıxış, danışıq, böhtan.
DÉLTA₂
DEMAQOQ
OBASTAN VİKİ
Demaqogiya
Demaqogiya (q.yun. δημαγωγία — xalqın liderliyi) — məntiqi səhvlərə əsaslanan yanlış nəzəri mülahizələrin köməyi ilə auditoriyanı (xalqı) çaşdırmağa və onları öz tərəfinə çəkməyə imkan verən natiqlik və polemik üsullar və vasitələrin məcmusu. Demaqogiya daha çox siyasi məqsədlərə çatmaq üçün, reklam və təbliğatda istifadə olunur. == Demaqogik üsullar == === Yanlış sillogizmlər === Demaqogik üsulların ən geniş yayılmış forması məntiqin qəsdən pozulmasıdır, bir ifadə zahirən öz məntiqiliyini qoruyub saxlasa da, faktiki olaraq məntiqi yalanı özündə ehtiva edir. Ən sadə formada yanlış sillogizmi aşağıdakı nümunə ilə xarakterizə etmək olar: Biz sarı saçlıyıq. Şirlər də sarı saçlıdır. Deməli, biz şirik! və ya Əsgərlərimiz həmişə sülhpərvərdir. Onlar əsgərlərimizə atəş açdılar. Deməli, onlar təcavüzkardırlar!

Digər lüğətlərdə