Demoqrafik siyasət
Demoqrafik siyasət - dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin sayı və strukturu dinamlkasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasət.
== Məqsəd və vəzifələri ==
Demoqrafik siyasət doğum sayı, nikahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada demioqraflk siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir. Demoqrafik siyasətin obyekti kimi ölkələr, onların ayrı-ayrı bölgələri və eləcə də əhalinin ayrı-ayrı qrupları (koqortası - biriəşmiş dəstəsi) da çıxış edə bilər.
Demoqrafik siyasət, əsasən müxtəlif tədbirlər kompleksinə əsaslanır; iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğati.
Əsasən doğum sayının stimullaşdınlmasına yönəldilən iqtisadi tədbirlərin siyahısına ödənilən məzuniyyət və uşaqların doğulması zamanı müxtəlif müavinətlər, ailənin sayından, yaşından və tərkibindən asılı olaraq uşaqlara verilən müavinət - proqressiv şkala üzrə müxtəlif borclar, kreditlər, vergi və mənzil güzəştləri və s. aiddir.
İnzlbati-hüquqi tədblrlər nikaha daxil olma yaşını, boşanmanı, abortlar və kontraseptlərin qəbuluna münasibəti, ailənin dağılması zamanı ananın və uşaqlann əmlak vəziyyətini, işləyən qadınların iş rejimini və s. nizama salan qanunverici aktları birləşdirir.