deməli
deputat
OBASTAN VİKİ
Depo hesabı
Depo hesabı - (ing. custody account) qiymətli kağızların uçotu məqsədilə depozitarda ümumi əlamətlərlə birləşdirilmış məlumatların məcmusunu əks etdirən depozitar əməliyyatların uçotu vasitəsidir.
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.
Amerikan depozitar qəbzi
Axısqa türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi - Azərbaycan Respublikasında depozitar və reyestr saxlayıcı kimi fəaliyyət göstərən dövlət təşkilatı. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir . Yeni qanuna əsasən qurum Azərbaycan Respublikasının Mərkəzi Depiztarı olacaq.
Azərbaycanlıların Ermənistandan deportasiyası
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. == Arxa plan == Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. == Gedişat == Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər.Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1948-1953)
Azərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953) — SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi. Proses Azərbaycanda azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir.Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır. Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış, 1956-cı ildə isə tamamilə dayandırılmışdır. == Zəmin == === Ermənilərin bölgəyə köçürülməsi === 1829-cu ildə İrəvana gələrək bölgəni öyrənməyə başlayan İvan Şopen sonra dövlət üçün bu araşdırmalarını yayınlamışdır. Kameral'noe Opisanie ("İnzibati siyahıyaalma") adlanan bu kitab həmin dövrdə bu bölgədəki etnik və demoqrafik göstəriciləri öyrənə bilmək üçün yeganə mənbədir.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1988-1989)
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası

Azərbaycanlıların deportasiyası (1948-1953)

Azərbaycanlıların deportasiyası (1988-1989)

Böyük mart deportasiyası
Böyük mart deportasiyası (rus. Большая мартовская депортация) və ya Priboy əməliyyatı(rus. операция «Прибой») - Sovetlərin Baltikyanı ölkələrdən 25-28 mart 1949-cu ildə əhalini kütləvi şəkildə deportasiya etməsi idi. Baltikyanı ölkələrin tarixçiləri hadisəni Mart deportasiyası olaraq da adlandırırlar. Xalqın düşməni kimi göstərilən 90 mindən çox eston, latış və litvalı Sovet İttifaqının məskunlaşmayan ərazilərində məcburi köçkün vəziyyətinə gətirildi. Deportasiya olunanların 70%-dən çoxu qadınlar və 16 yaşınadək uşaqlar idi. "Qolçomaqlıqdan salınma" kampaniyası olaraq göstərilən əməliyyat kollektivləşməni asanlaşdırmaq və Meşə Qardaşlarının Sovet işğalına qarşı silahlı müqavimətini dəstəkləyən bazanı ləğv etmək məqsədi daşıyırdı. Deportasiya öz hədəflərini gərçəkləşdirə bildi: 1949-cu ilin sonlarında Latviya və Estoniyada təsərrüfatların 93% və 80%-i kollektivləşdirildi. Litvada tərəqqi daha yavaş getdi və Sovetlər 1951-ci ilin sonlarında "Payız əməliyyatı" adı verilən daha bir böyük deportasiyanı təşkil etdilər. Sürgünlərdən geri qayıtmaq məsələsi yox idi, hamısı "əbədilik" idi.
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Depok rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Deponent
Deponent — qiymətli kağızların saxlanılması və ya depozitarda saxlanılan qiymətli kağızlara aid hüquqların uçotu üzrə depozitarın xidmətindən müqavilə əsasında istifadə edən şəxsdir.
Deport
Deportasiya
Deportasiya (lat. deportatio — qovulma, sürgün) — hansısa şəxsin və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, kanvoy altında digər dövlətə və başqa yaşayış yerinə sürgün edilməsi. Deportasiya həm də müvafiq icazə olmadan dövlətin ərazisində olan xarici vətəndaşlara və "arzu olunmayan şəxslərə" münasibətdə tətbiq olunur. Mülki əhalinin de portasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün az əl verişli olan başqa rayona məcburi olaraq köçürülməsində, didərgin salınmasında ifadə olunur. Deportasiya həm müharibə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin dən həyata keçirilirsə-müharibə cinayətləri kimi, həm də dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma sına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzunmüddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur. Deportasiya məsələsində əsasən iki ifadəyə – "əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma" və "digər məcburi hərəkətlələ didərgin salma" ifadələrinə diqqət yetirmək lazımdır. == Tarixi == Deportasiya ilk dəfə Fransada sürgünün xüsusi növləri kimi nəzərdə tutulmuş və şübhəli şəxslər haqqında 1791-ci il qanunu ilə tətbiq edilməyə başlanılmışdır. Həmin qanuna əsasən siyasi cəhətdən formalaşmamış şəxslər Qviana yaylasına sürgün olunurdular.
Deportasiya. III Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. II Film (film)

Deportasiya. IV Film (film)

Deportasiya. VII Film (film)

Deportasiya. VI Film (film)

Deportasiya. V Film (film)

Deportasiya (film, 2001)

Deportivo Armenio
Deportivo Armenio - Argentina futbol klubu. Deportivo Armenio argentina erməniləri tərəfindən yaradılmışdır. 1962-ci ildə yaradılan klub hal-hazırda Primera B Metropolitana liqasında çıxış edir. Tarixə ərzində iki mövsüm (1987–1988, 1988-1989) Argentinanın əsas futbol çempionatı olan Primera División da çıxş etmək imkanı əldə edən Deportivo Armenio 1989-cu ilin tamamında aşağı liqaya düşmüşmüşdür. Klubun tarixi ərzində əldə etdiyi ən böyük uğur 1987–1988-ci il mövsümü zamanı River Plate komandasını səfərdə (3-2) məğlub etməsi hesab olunur.
Deportivo Armenio FK

Digər lüğətlərdə

автосва́рка заво́зный копе́ечник обстру́кция подковы́р подра́ть церемониа́льно але́ться деду́кция проха́живаться серёжечка чрез спира холя ametabolic beeswing bugger up clean up modernization rope-sling барда командировка народонаселение протестовать сдобрить