DEPORTASİYA

is. [ lat. ] Bir xalqın yaşadığı ölkə ərazisindən zorla çıxarılması, məcburi köçürülməsi və ya qovulması. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası.
DEPONÉNT
DEPOZİ́T
OBASTAN VİKİ
Deportasiya
Deportasiya (lat. deportatio — qovulma, sürgün) — hansısa şəxsin və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, kanvoy altında digər dövlətə və başqa yaşayış yerinə sürgün edilməsi. Deportasiya həm də müvafiq icazə olmadan dövlətin ərazisində olan xarici vətəndaşlara və "arzu olunmayan şəxslərə" münasibətdə tətbiq olunur. Mülki əhalinin de portasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün az əl verişli olan başqa rayona məcburi olaraq köçürülməsində, didərgin salınmasında ifadə olunur. Deportasiya həm müharibə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin dən həyata keçirilirsə-müharibə cinayətləri kimi, həm də dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma sına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzunmüddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur. Deportasiya məsələsində əsasən iki ifadəyə – "əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma" və "digər məcburi hərəkətlələ didərgin salma" ifadələrinə diqqət yetirmək lazımdır. == Tarixi == Deportasiya ilk dəfə Fransada sürgünün xüsusi növləri kimi nəzərdə tutulmuş və şübhəli şəxslər haqqında 1791-ci il qanunu ilə tətbiq edilməyə başlanılmışdır. Həmin qanuna əsasən siyasi cəhətdən formalaşmamış şəxslər Qviana yaylasına sürgün olunurdular.
Deportasiya (film, 2001)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. III Film (film)

Deportasiya. II Film (film)

Deportasiya. IV Film (film)

Deportasiya. VII Film (film)

Deportasiya. VI Film (film)

Deportasiya. V Film (film)

1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.
Axısqa türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Azərbaycanlıların Ermənistandan deportasiyası
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. == Arxa plan == Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. == Gedişat == Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər.Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1948-1953)
Azərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953) — SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi. Proses Azərbaycanda azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir.Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır. Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış, 1956-cı ildə isə tamamilə dayandırılmışdır. == Zəmin == === Ermənilərin bölgəyə köçürülməsi === 1829-cu ildə İrəvana gələrək bölgəni öyrənməyə başlayan İvan Şopen sonra dövlət üçün bu araşdırmalarını yayınlamışdır. Kameral'noe Opisanie ("İnzibati siyahıyaalma") adlanan bu kitab həmin dövrdə bu bölgədəki etnik və demoqrafik göstəriciləri öyrənə bilmək üçün yeganə mənbədir.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1988-1989)
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası

Azərbaycanlıların deportasiyası (1948-1953)

Azərbaycanlıların deportasiyası (1988-1989)

Böyük mart deportasiyası
Böyük mart deportasiyası (rus. Большая мартовская депортация) və ya Priboy əməliyyatı(rus. операция «Прибой») - Sovetlərin Baltikyanı ölkələrdən 25-28 mart 1949-cu ildə əhalini kütləvi şəkildə deportasiya etməsi idi. Baltikyanı ölkələrin tarixçiləri hadisəni Mart deportasiyası olaraq da adlandırırlar. Xalqın düşməni kimi göstərilən 90 mindən çox eston, latış və litvalı Sovet İttifaqının məskunlaşmayan ərazilərində məcburi köçkün vəziyyətinə gətirildi. Deportasiya olunanların 70%-dən çoxu qadınlar və 16 yaşınadək uşaqlar idi. "Qolçomaqlıqdan salınma" kampaniyası olaraq göstərilən əməliyyat kollektivləşməni asanlaşdırmaq və Meşə Qardaşlarının Sovet işğalına qarşı silahlı müqavimətini dəstəkləyən bazanı ləğv etmək məqsədi daşıyırdı. Deportasiya öz hədəflərini gərçəkləşdirə bildi: 1949-cu ilin sonlarında Latviya və Estoniyada təsərrüfatların 93% və 80%-i kollektivləşdirildi. Litvada tərəqqi daha yavaş getdi və Sovetlər 1951-ci ilin sonlarında "Payız əməliyyatı" adı verilən daha bir böyük deportasiyanı təşkil etdilər. Sürgünlərdən geri qayıtmaq məsələsi yox idi, hamısı "əbədilik" idi.
Kalmıkların deportasiyası
Kalmıkların deportasiyası və ya "Ulusı" əməliyyatı (rus. Operation «Улусы») — 28 – 31 dekabr 1943-cü ildə 93.000-dən çox kalmıkların və kalmıklarla evil olan qeyri-kalmık qadınların Sovet İttifaqı tərəfindən sürgün edilməsidir. Ailələr və ayrı-ayrılıqda insanlar məcburi əmək üçün zorla mal-qara vaqonlarında Sibirə, xüsusi yaşayış məntəqələrinə köçürüldülər. Kalmık olmayan kişilərlə evlənən kalmık qadınlar deportasiyalardan azad edildi. Hökumət sürgünlərin rəsmi səbəbi kimi 2-ci Dünya müharibəsində təxminən 5000 kalmıkın nasistlərə bağlı Kalmıkiya Süvari Korpusunda döyüşməsini göstərərək, onları Aksis qüvvələri ilə əməkdaşlıqda ittiham etmişdi. Amma iqtidar eyni zamanda 23 mindən çox kalmıkın Qızıl Orduda xidmət etdiyini və Aksis qüvvələrinə qarşı Sovetlərlə birlikdə vuruşduğunu qəbul etmirdi.NKVD rəisi Lavrenti Beriya və onun komissar müavini İvan Serov SSRİ hökumət başçısı İosif Stalinin birbaşa göstərişi ilə deportasiyanı həyata keçirdilər. Deportasiyada NKVD-NKGB qoşunlarından 10 minədək hərbçi iştirak etmişdir. Bu, 1930–1950-ci illər arasında bir neçə milyon sovet etnik azlığına təsir edən sovetlərin məcburi yerləşdirmə və əhali köçürmələri proqramının bir hissəsidir. Kalmıkların xüsusi hədəfə çevrilməsi bu entik qrup içindəki anti-kommunist əhvali-ruhiyyə və Buddist mədəniyyəti kimi bir sıra səbəblərə əsaslanırdı. Deportasiya 16 mindən çox insanın ölümünə səbəb oldu, bu da deportasiya edilmiş əhalinin 17%-nin ölməsi demək idi.
Krım tatarlarının deportasiyası
Krım tatarlarının deportasiyası (krımtatar dili: Qırımtatar halqınıñ sürgünligi; ukrayn dili: Депортація кримських татар; rus dili: Депортация крымских татар) 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir. Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Çünki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var idi və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Nasistlər əvvəllər Krım tatarlarına qarşı neqativ yanaşma sərgiləsə də, Sovet qoşunlarının güclü müqaviməti ilə qarşılaşdıqdan sonra onlar bu siyasətlərini dəyişməyə məcbur oldular. Müharibə ərzində əsir düşmüş Sovet məhbuslarının əksəriyyəti Vermaxt tərəfindən dəstək birləşmələri kimi komplektləşdirilirdi.
Mesxeti türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Qaraçaylıların deportasiyası
Qaraçaylıların deportasiyası (rus. Депортация карачаевцев) — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir. Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930–1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. Rəsmi olaraq deportasiya qaraçaylılarının işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi.
Sovet İttifaqında koreyalıların deportasiyası
Sovet İttifaqında koreyalıların deportasiyası (rus. Депортация корейцев в СССР, kor. 고려인의 강제 이주) — 172.000-ə yaxın sovet koreyalının Rusiyanın Uzaq Şərqindən 1937-ci ildə sovet lideri İosif Stalinin və Sovet İttifaqı Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovun göstərişi ilə NKVD tərəfindən Qazaxıstan SSR və Özbəkistan SSR-in əhalisi olmayan ərazilərinə məcburi köçürülməsi. Onları 4000 mil (6400 km) uzaq Orta Asiyaya köçürmək üçün 124 qatardan istifadə edildi. Deportasiyanın səbəbi “yapon casusluğunun Uzaq Şərq diyarına nüfuz etməsini” dayandırmaq idi, çünki koreyalılar o zaman Sovet İttifaqının rəqibi olan Yaponiya İmperiyasının təbəələri idilər, lakin, tarixçilər bunu Stalinin "sərhədlərin təmizlənməsi” siyasətinin bir hissəsi hesab edirlər. Əhali statistikasına əsaslanan hesablamalar göstərir ki, deportasiya edilmiş 16,500-dən 50,000-ə qədər koreyalı aclıq, məhdudiyyətlərə məruz qalma və sürgündə yeni mühitə uyğunlaşmaqda çətinlik çəkərək öldü. Nikita Xruşşov 1953-cü ildə Sovet İttifaqının yeni Birinci katibi olduqdan və destalinizasiya prosesini həyata keçirdikdən sonra Stalinin etnik deportasiyasını pislədi, lakin bu sürgün edilmiş millətlər arasında sovet koreyalılarının adını çəkmədi. Sürgün edilən koreyalılar Qazax və Özbək cəmiyyətinə inteqrasiya edərək Orta Asiyada yaşamağa davam etdilər, lakin yeni nəsillər tədricən öz mədəniyyətlərini və dillərini itirdilər. Bu, bütöv bir milliyyətin ilk sovet etnik deportasiyasının presedenti oldu, sonralar İkinci Dünya Müharibəsi zamanı və sonra digər etnik qruplara mənsub milyonlarla insanın köçürülməsi zamanı Sovet İttifaqında əhalinin köçürülməsi zamanı təkrarlandı. Müasir tarixçilər və alimlər bu deportasiyanı SSRİ-də irqçi siyasətin və etnik təmizləmənin nümunəsi, eləcə də insanlığa qarşı cinayət kimi qiymətləndirirlər.
XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. == Arxa plan == Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. == Gedişat == Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər.Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Çeçenlərin və inquşların deportasiyası
Aardax (çeç. Аардах) və Mərcimək əməliyyatı (rus. Чечевица, Çeçevitsa; çeç. Вайнах махкахбахар Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — II Dünya Müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi. Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi.
İyun deportasiyası
İyun deportasiyası (est. juuniküüditamine, latış. jūnija deportācijas‎, lit. birželio trėmimai) — Sovet İttifaqı tərəfindən 1940–1941-ci illərdə işğal olunmuş Baltikyanı ölkələr, işğal olunmuş Polşa (əsasən indiki Qərbi Belarusiya və Qərbi Ukrayna) və Moldaviyadan on minlərlə insanın kütləvi deportasiyası. Bu kütləvi deportasiya SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın baş icraçı olmaqla NKVD və DTK -nın müəyyən etdiyi göstərişlərə əsasən təşkil edilib. Çox məxfi əməliyyatın rəsmi adı “Sosial yad elementlərin Baltikyanı respublikalardan, Qərbi Ukraynadan, Qərbi Belarusiyadan və Moldovadan çıxarılması haqqında Qətnamə” idi. “Militsya” adlanan sovet polisi həbsləri yerli Kommunist Partiyası üzvlərinin əməkdaşlığı ilə həyata keçirib. == Deportasiyalar == Deportasiya 1941-ci il mayın 22-dən iyunun 20-dək, faşist Almaniyasının Sovet İttifaqına hücum etməsindən əvvəl baş verdi. Lakin deportasiyaların məqsədi almanların hücumuna hazırlıq zamanı təhlükəsizliyi gücləndirmək deyil, sovet hökumətinin siyasi əleyhdarlarını uzaqlaşdırmaq idi.Deportasiya Baltikyanı dövlətlərin, Bessarabiyanın və Şimali Bukovinanın işğalından və ilhaqından bir il sonra baş verdi və “antisovet elementləri” – keçmiş siyasətçilər, polislər, varlı sənayeçilər və torpaq sahibləri və s. hədəf alındı.

Digər lüğətlərdə

в изоля́ции Вы́шний заклуби́ться набрани́ть подхва́тывание уго́дливо функционали́ст в гармо́нику начи́нивать непостижи́мый от нечего де́лать побли́зости полиня́вший пристре́ливать ботян мыз adore certificate clericature hand-brake hemipode killock marquisette Sunflower State десятка