des

art 1) indéf. pl il achète des cahiers o, dəftər alır 2) contr. pl (de+les) les livres des élèves şagirdlərin kitabları

dès
désagréable
OBASTAN VİKİ
Association des Etats Generaux des Etudiants de l'Europe
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Journal des sçavans
Journal des Sçavans (sonralar Journal des savants adlandırılmışdır) Denis de Sallo tərəfindən təsis edilmiş və Avropada nəşr olunan ilk elmi jurnal olmuşdur, baxmayaraq ki, əvvəldən bu jurnalda kilsə tarixi və hüquqi hesabatlar kimi müxtəlif elmi olmayan məzmunlar da mövcud olmuşdur. Birinci nəşri 1665-ci il yanvarın 5-də 12 səhifəlik (dörd yarpaqlı) broşüralar şəklində nəşr edilmişdir. Jurnal 1792-ci ildə Fransız İnqilabı zamanı nəşr ömrünü başa vurmuşdur. 1797-ci ildə Journal des savants kimi yenidən meydana çıxsa da, 1816-cı ilə qədər mütəmadi formada nəşr olunmamışdır. Bu tarixdən sonra müntəzəm olaraq nəşr olunsa da, məzmunu xeyli dəyişərək elmi deyil, ədəbi nəşrə çevrilmişdir.
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Oberkommando des Heeres
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
École nationale supérieure des mines de Paris
Mines Paris - PSL (École nationale supérieure des mines de Paris və ya Mines Paris kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və PSL Research University üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
101-ci Hava-Desant Diviziyası
101-ci Hava-Desant Diviziyası (ing: 101st Airborne Division, Screaming Eagles “Qıyvuran qartallar”) — ABŞ Quru Qoşunlarının Hava-Desant məqsədli yüngül piyada diviziyasıdır. Bölmə, İkinci Dünya Müharibəsi zamanı Normandiya əməliyyatı və Ardenn hücumu ilə məşhurlaşmış və daha sonra Vyetnam müharibəsində və son vaxtlara qədər Əfqanıstan (Əfqanıstan müharibəsi) və İraqda (İraq müharibəsi) xidmət etmişdir. Bölmənin qərargahı Fort Kampbelldə yerləşir.
Ageratina desquamans
Ageratina desquamans (lat. Ageratina desquamans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Allium descendens
Yumrubaş soğan (lat. Allium sphaerocephalon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium vineale var. descendens
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Anthemis deserticola
Anthemis deserticola (lat. Anthemis deserticola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Anya Şovaqoviç-Despot
Anya Şovaqoviç-Despot (tam adı: Anya Şovaqoviç-Despot, xorv. Anja Šovagović-Despot; 25 mart 1963, Zaqreb) — Xorvatiya kino və teatr aktrisası. == Həyatı və fəaliyyəti == Anya Şovaqoviç Xorvatiyanın ən hörmət edilən aktyorlarından biri olan Fabiyan Şovaqoviçin və Maya Blaşkovun ailəsində dünyaya göz açmışdır. Kiçik qardaşı Filip Şovaqoviç kimi Anya da aktorluq fəaliyyəti ilə hələ kiçik yaşlarından məşğul olmağa başlamışdır. Orta məktəbi başa vurduqdan sonra Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olur. Burada teatr rejissoru Kreşimir Dolençiç ilə birgə 1981-ci ildə "Lift" teatr qrupunun əsasını qoyur. İki il sonra Zlatko Vitezlə əməkdaşlıq etməyə başlayır və onun "Histrion" teatr şirkətinə qoşulur. 1986-cı ildən Qavella Dram Teatrında fəaliyyət göstərir. Şovaqoviç Xorvatiya aktyoru Draqan Despotla evlidir. Onların iki övladı var.
Artemisia deserti
Artemisia deserti (lat. Artemisia deserti) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia desertorum
Artemisia desertorum (lat. Artemisia desertorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia desertorum var. macrocephala
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. == Botaniki təsviri == Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Attika (desentralizasiya idarəsi)
Attika (yun. Αποκεντρωμένη Διοίκηση Αττικής, ΑΔΑ) — Yunanıstanın yeddi desentralizasiya idarəsindən biri. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Attikaya 1 periferiya daxildir — Attika. İnzibati mərkəzi Afina cəmiyyətidir. İdarəetmə rəhbəri (koordinator) yunan hökuməti tərəfindən təyin olunur. Rəhbər koordinatoru — Spiros Kokinakis (Σπυρίδων (Σπύρος) Κοκκινάκης).
Autodesk Land Desktop
Bu proqram Autodesk şirkətinin məhsuludur. Proqramın bəzi özəllikləri: Koordinat nöqtələrini müəyyənləşdirmək və redaktə etmək. Əymələri layihələşdirilməsi və çəkilməsi. sadəca qövs,qoşma qövs,qlotoid qövs və başqa həndəsə şəkillərinidə laiələşdirir. Yol plan layihələşdirməsi. Şəxsi qətəlari layihələşdirir. Topoqrafiya xəritəsini. Topoqrafiyaların kəsməsi və onları göstərmək. Torpaq götürmə və yatırmasında iki sahənin arasını hesablama. Yuxarıda saydiğimizdakılardan başqa, Autodesk land/Autocad proqram ilə bağlı işə düşür, Autocad proqramının tam bacarıqları Autodesk land dədə var.İki yapışqan proqram: Autodesk civil design və Autodesk survey ki proqramın qurmasından sonra artırılıb və əsli proqramın hesablama gücünü, Yer ölçmə işləri emalında,yol qurma və hidrolojiya hesablamalarında artırır.
Aşok Desai
Aşok H. Desai (24 iyun 1942, Hindistan – 13 aprel 2020, Hindistan) — Hindistan siyasətçi və hüquqşünası. Hindistanın Baş prokuroru (1996-1998). == Həyat və karyera == 9 iyul 1996-cı ildən 6 may 1998-ci ilə qədər Hindistanın Baş prokuroru idi. O, həmçinin 18 dekabr 1989-cu ildən 2 dekabr 1990-cı ilə qədər Hindistanın baş vəkili olmuşdur . O, Padma Bhushan ordeni ilə təltif edilib. O, Padm Bhushan ordeni ilə təltif edilmişdir. == Ölümü == Desai 13 aprel 2020 ilində 77 yaşında öldü.
Bernat Desklot
Bernat Desklot (kat. Bernat Desclot; 1240, güm. Kastelnu[d] – 1280) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür. Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Brickellia desertorum
Brickellia desertorum (lat. Brickellia desertorum) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Bulbophyllum desmanthum
Bulbophyllum betchei (lat. Bulbophyllum betchei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum betchei növü Sulavesi, Sumatra, Yava, Kalimantan, Yeni Qvineyadan Sakit okeannın qərb hissəsinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum atroviolaceum H.Fleischm. & Rech. Bulbophyllum ceratostyloides Ridl. Bulbophyllum dasyphyllum Schltr. Bulbophyllum desmanthum Tuyama Bulbophyllum finetianum Schltr. Bulbophyllum perductum J.J.Sm. Bulbophyllum perductum var.
Bulbophyllum desmotrichoides
Bulbophyllum desmotrichoides (lat. Bulbophyllum desmotrichoides) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum desmotrichoides növü Maluku adalarından Yeni Qvineyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum breviscapum J.J.Sm. Bulbophyllum planifolium W.Kittr.
Cennifer Desilveo
Cennifer Desilveo (ing. Jennifer Decilveo; Nyu Cersi) — "Qremmi" mükafatı qalibi, "Brit" və "Merkuri" mükafatlarına namizəd olmuş amerikalı musiqi prodüseri, multi-instrumentalist, bəstəkar. O, Hozier, Bet Ditto, Bat for Lashes, The Strokes, Andra Dey, Porridge Radio, Mayli Sayrus, Demi Lovato, Enn-Mari, Albert Hemmond, The Wombats, Rey Morris, Marina, Rin Viver, Melani Martines, Lusius və Anjelika Kidco üçün prodüserlik və bəstəkarlıq etmişdir.
Chenopodium album var. desertorum
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Cotoneaster fontanesii var. desfontainii
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. == Sinonimləri == Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Cotoneaster racemiflorus var. desfontainesii
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. == Sinonimləri == Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Deschampsia antarctica
Deschampsia antarctica — Deschampsia cinsinə aid ot bitkisi. Antarktida ərazisində yetişən iki çiçəkləyən bitkidən biridir. == Yayılması == Antarktik yarımadasının şimal-qərb hissəsi, Cənubi Şetland adaları, Folklend adaları, Antarktida ətrafında olan adalarda, Argentina və Çilinin cənub hissələrində yayılmışdır. Son on illikdə Antarktik yarımadasına bu bitkilərin 25 dəfə çoxdur. == Xüsusiyyəti == Dağ ətəklərində, daşların adasında yetişir. Qısa vegetasiya dövrünə malikdir. Çiçəkləyərkən belə şaxtaya dözümlüdürlər. Bitkinin hündürlüyü 3–20 sm-dir. Antarktida şəraitində Deschampsia antarctica vegetasiya noyabrdan başlarır. Artıq dekabrda çiçəkləyir.
Desdemona (Uranın peyki)
Desdemona (ing. Desdemona) Uranın daxili peyklərindən biridir. O, Voyecer 2-nin 1986 13 yanvar tarixindəki uçuşu nəticəsində əldə edilən şəkillər vasitəsilə kəşf edilmiş və qısa müddətliyinə S/1986 U 6 adı verilmişdi. Desdemona adı isə Uilyam Şekspirin Otello tamaşasındakı Otello obrazının həyat yoldaşından götürülmüşdür. Digər bir adı X Urandır.Desdemona Bianka, Kressida, Cülyetta, Portia, Rozalind, Kupid, Belinda və Perditanın da daxil olduğu peyklərin Portia qrupuna aid olunur. Bu peyklərin bir birlərinə bənzəyən orbitləri və fotometrik xüsusiyyətləri var. Desdemona haqqında orbiti, 32 km-lik radiusu və 0.08-lik geometrik albedosu xaricində, demək olar ki, əhəmiyyətli heç nə bilinmir. Voyacer 2-dəki şəkillərdə Desdemona uzunsov və əsas oxu Urana tərəf yönələn cisim kimi görünür. Səthi bozumtul rəngdədir.Qarşıdakı 100 milyon il içərisində Desdemonanın ona yaxın yerləşən Kressida və Cülyetta peykləri ilə toqquşması gözlənilir.
Desdemona (peyk)
Desdemona (ing. Desdemona) Uranın daxili peyklərindən biridir. O, Voyecer 2-nin 1986 13 yanvar tarixindəki uçuşu nəticəsində əldə edilən şəkillər vasitəsilə kəşf edilmiş və qısa müddətliyinə S/1986 U 6 adı verilmişdi. Desdemona adı isə Uilyam Şekspirin Otello tamaşasındakı Otello obrazının həyat yoldaşından götürülmüşdür. Digər bir adı X Urandır.Desdemona Bianka, Kressida, Cülyetta, Portia, Rozalind, Kupid, Belinda və Perditanın da daxil olduğu peyklərin Portia qrupuna aid olunur. Bu peyklərin bir birlərinə bənzəyən orbitləri və fotometrik xüsusiyyətləri var. Desdemona haqqında orbiti, 32 km-lik radiusu və 0.08-lik geometrik albedosu xaricində, demək olar ki, əhəmiyyətli heç nə bilinmir. Voyacer 2-dəki şəkillərdə Desdemona uzunsov və əsas oxu Urana tərəf yönələn cisim kimi görünür. Səthi bozumtul rəngdədir.Qarşıdakı 100 milyon il içərisində Desdemonanın ona yaxın yerləşən Kressida və Cülyetta peykləri ilə toqquşması gözlənilir.
Desemvir
Desemvirlər (lat. decem viri "on kişi") — Qədim Romada — dövlətdə mənəvi və mülki mükəlləfiyətlərə malik on nəfərlik kollegiya ya şura. Bu cür onluqlu şura ta qədimdən mülki işlər üçün məhkəməni aparmaq və ona nəzarət etmək üçün çar yanında təşkil olunurdu. Ali kollegiya ilk əvvəl iki nəfərdən ibarət olmuş, plebeylərin sonra vəzifə tutmalarına icazə verildikdən sonra onun sayı on nəfərədək artırılmışdır. Roma Respublikası dövrünün sonunda beş nəfərə qədər (lat. quindecimviri) azaldılmışdır. Roma müstəmləkələrində torpaq bölgüsünə görə desemvirlər kollegiyası (lat. decemviri agris dividundis) mövcud olmuşdur. === Desemvirlərin siyahısı === === e. ə. ===

Значение слова в других словарях

карти́нность надко́лотый надпо́чечный опере́ние пре́дки украинофи́льство элинва́р баба́хать де́йствовать заверши́ться небезызве́стный плени́тельно репаться сосед beta decay demobilize disrated goof-ball ground pollution marshmallow oceanologic she devil stapedial turn back междоусобие