dezinformator
dezinsektor
OBASTAN VİKİ
Dezinseksiya
Dezinseksiya (yun. Insectum - həşərat) — infeksiya xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir. Üç qrupa ayrılır: təbii k.t. və baytarlıq dezinseksiyası üsulları, buğumayaqlıların artıb çoxalmasına mane olmağa (profilaktik dezinseksiya) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir. Profilaktika məqsədilə aparılan tibbi dezinseksiyaya bədəni tez-tez yumaq, yumşaq mebelləri şotka və ya tozsoranla təmizləmək, zibil qablarını təmiz saxlamaq və s. aiddir. Məhvedici dezinseksiya kimyəvi, fiziki və bioloji üsullarla aparılır. Kimyəvi üsulla dezinseksiya üçün insektisid olaraq fosfor üzvi birləşmələr (o cümlədən xlorofos) prietrum, boraks və s.-dən istifadə edilir. İnsektisidlər məhlul, toz və aerozol halında işlədilir.

Digər lüğətlərdə