dib-dəhnə 2021
dibaçan
OBASTAN VİKİ
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937-ci il təvəllüdlü) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Yəhya xan Diba
Yəhya xan Mirzə Əsədulla xan oğlu Diba (1881-1940) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Yəhya xan Mirzə Əsədulla xan oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində, ali təhsilini Avropada almışdı. Yəhya xan Diba Azərbaycan camaatı tərəfindən İran Milli Məclisinə nümayəndə seçilmişdi. Yəhya xan Diba Qacarlar dönəmində Cənubi Azərbaycan Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmışdı. Yəhya xan Diba Pəhləvi sarayında xidmət etmişdi. Yəhya xan Diba 1940-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Mirzə Abdulla xan Diba
Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1932) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. == Həyatı == Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Abdullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Abdulla xan bütün elmlərə bələd olduqdan sonra siyasi-ictimai işlərlə ilgilənmişdi. Salar-Ərfə ləqəbini daşıyırdı. Salar-Ərfə Eynüddövləyə xidmət etmişdi. Məşrutə hərəkatı dönəmində Təbrizə hücum edən şahpərəstlərin sərkərdələrindən biri idi. Mirzə Abdulla xan 1932-cu ildə Təbrizdə vəfat etdi. == Şəcərəsi == Mirzə Abdulla xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.
Mirzə Mehdi xan Diba
Mirzə Mehdi xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai (1879-1929) — ədib. == Həyatı == Mirzə Mehdi xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1879 Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Mehdiyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Mehdi xan bütün elmlərə bələd olduqdan sonra siyasi-ictimai işlərlə ilgilənmişdi. Mükərrəmüddövlə ləqəbini daşıyırdı. Mirzə Mehdi xan 1929-cu ildə Təbrizdə vəfat etdi. == Şəcərəsi == Mirzə Mehdi xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli. == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Mirzə Əbdülhüseyn xan Diba
Seyid Əbdülhüseyn Diba — Vəkiləllmülk kimi də tanınan 1888-ci ildə Təbrizdə dünyaya gəlib. Atası Turab xan Azərbaycanın böyük kübar, zadəgan və torpaq sahiblərindən idi və Müzəffərəddin şah Qacar sarayında əzəmətli durumu var idi.Əmiləri Nizamülüləma Təbrizi, Mirzə Əsədulla xan Naziməddövlə, və Mahmud xan Əlaülmülk İran və Azərbaycanın böyük və görkəmli adamlarından idilər. Əbdülhüseyn Təbrizdə ibtidai təhsil alandan sonra, təhsilin davam etdirmək üçün Fransaya göndərilmişdir. İqtisad və siyasi elmlər sahələrində təhsil almışdır, məzuniyətdən sonra İranın Parisdəki səfirliyində fəxri attaşe kimi xidmət etmişdir. Sonra İrana qayıtdi və xarici işlər nazirliyində yaxın qohumları həssas rəsmilərdə olmaqlarına görə konsol vəzifəsində Bakıya getdi. Bir Qafqazlı qız ilə evləndi ancaq Rusiya bolşevik inqilabından sonra həyat yoldaşı ilə İrana qayıtdi və Teymur Taşın yaxın adamlarından oldu. Teymur Taş,Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşının adını bülbül qoymuşdur və ona fövqəladə diqqət və sevgisi varıdi.Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşı Rus, Fransız, Alman və İngilis dillərini mükəmməl bilirdi. Bu məsələlərə görə Teymur Taş həmişə Sovetlərin kəşfiyyat xidmət orqanı (GPU) ilə əlaqələri olmağa təqsirləndirilirdi. Bir müddətdə İzmirdə konsol vəzifəsində idi.Rza şah Pəhləvi dövründə bir müddət sarayın təftiş başçısı oldu.Milli Məclis Şurasının 7 və 8 dövürlərində Teymur Taşın yardımı ilə Xoy, Maku və Salmasın nümayəndələri idi. Əbdülhüseyn xan Teymurtaşın mövqeyi zəifləyəndən sonra Rza şah Pəhləvi, Əbdülhüseyn xan Dibanı xaric etdi və O, Kirmanşaha sürgün oldu və sonra rüşvət almaq ittihamı ilə həbs olundu və 1939-cu ildə, 51 yaşında Məlayer həbsxanasında şübhəli olaraq vəfat etdi.
Mirzə Əbdüləli xan Diba
Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1938) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. == Həyatı == Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dibamidae
Qurdvari kərtənkələlər (lat. Dibamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Dibaçə
Dibaçə (ərəb-fars sözü olub, “zərif çiçəkli ipək, qumaş parça” sözündən) — 1) kitabın zər-naxışla bəzənmiş ilk səhifələri; 2) Klassik Yaxın və Orta Şərq ədəbiyyatında müəllifin öz əsərinə, yaxud külliyyatına nəsr və ya nəzmlə yazdığı müqəddimə. Dibaçədə bir qayda olaraq, əvvəlcə Allah və Məhəmməd peyğəmbər tərif edilir, sonra dövrün hökmdarı mədh olunur, sonda isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın hansı fəsillərdən ibarət olduğu göstərilirdi. Dibaçələr çox zaman qafiyəli nəsrlə yazılırdı. Məhəmməd Füzulinin Azərbaycan və fars dillərində divanlarına, “Leyli və Məcnun” və sair əsərlərinə yazdığı müqəddimələr dibaçənin kamil nümunələridir. Azərbaycanca divanına nəsrlə yazdığı dibaçədə Füzuli özünün şairliyə başlamasından, türkcə (Azərbaycan dilində) lirik şeirlər qəzəllər) yazmasının səbəblərindən, həmçinin bədii söz sənətinin bir sıra mühüm məsələlərindən bəhs edir. Bəzən müəlliflər dibaçədən sonra kitabdakı əsərlərin məzmunu, bədii xüsusiyyətləri və s. haqqında ayrıca “müqəddimə” də verirlər. Belə hallarda dibaçədə ancaq müəllifdən, əsərin yazılma tarixindən və bölmələrindən danışılır; 2) Seyid Əzim Şirvaninin “Əsərləri”nin 3-cü cildində (1974) həm dibaçə, həm də müqəddimə var. == Mənbə == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Paulo Dibala
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusudur. Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi. Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar. == Erkən həyatı == Paulo Argentinanın Kordoba əyalətinin Laquna Larqa şəhərində anadan olmasına baxmayaraq, onun babası Boleslav Dibala Polşanın Krasniov kəndindən idi. İkinci dünya müharibəsi zamanı Boleslav Argentinaya qaçmağa məcbur olmuşdur. Paulonun ailəsinin ana tərəfi isə İtaliya mənşəlidir.

Digər lüğətlərdə

избави́тельный легио́н лесовозобновле́ние обу́зиться пламене́ть рахити́чка рекрутерский устарева́ть хрипова́то окисли́тельный тво́рчески транснационализа́ция тре́звенник bomber Celebes cholecyst decidophobe japan ware knobble moulding senescent shopping-bag lady transmeridional лото поучать