ELƏ

I
мест. такой(-ая,-ое,-ие). O, elə adam deyil он не такой человек, elə gözəl такой красивый, elə uca такой высокий, elə təəssürat yaranır ki …; создаётся такое впечатление, что …
II
в знач. сущ. такие. Elələri var ki … есть такие, что …
III
нареч. так. Elə qışqırdı ki, … так крикнул, что …, elə dəydi ki, … так ударился, что …; elə et ki, … сделай так, чтобы …, qoy elə olsun пусть будет так, elə deyilmi? не так ли? elə demə так не говори
IV
част. же (уп отр. для усиления, подчёркивания значения слова, смыслового содержания высказывания). Elə bu saat в сию же минуту; elə həmin gün в тот же день; elə həmin dəqiqə в ту же минуту; в сочет. elə gəlir ki, … кажется, что …, elə görünür ki, … видно, что …; в сочет. elə bil будто, как будто, словно, точно, кажется. Elə bil bədəni dəmirdəndir его тело словно из железа, elə bil heç bir hadisə olmamışdır как будто ничего не случилось, elə ki когда, как только. Elə ki vaxt yaxınlaşdı как только подошло время
V
в форме elədir верно, так, так точно, точно. Getmək istəmirsən, elədirmi? Не хочешь ехать, не так ли? Elədir, yoldaş Məmmədov? Верно, товарищ Мамедов?; elədir ki var так точно
◊ elə bil ağzına su alıb как будто воды в рот набрал; elə bil aydan düşüb словно с луны свалился; elə bil alçaq dağları o yaradıb шишка на ровном месте (о надменном человеке); elə bil arşın udub как будто аршин проглотил; elə bil aclıqdan çıxıb как будто из голодного края; elə bil başıma bir qazan qaynar su tökdülər будто кипятком обдали; elə bil başımda dəyirman işləyir голова трещит; elə bil bir almadır ikiyə bölünüb как две капли воды; elə bil qurbağa gölünə daş atdılar воцарилась тишина; elə bil qutuda ilan görür будто видит врага; elə bil dalından qovurlar как на пожар; будто за ним погоня; elə bil dəvənin qarnı yırtılıb чёрт ногу сломит; elə bil divara deyirsən как об стену горох; elə bil dilotu yeyib бесструнная балалайка; elə bil dünyaya təzədən gəlmişəm будто заново родился; elə bil dünyanı bağışladılar (verdilər) как будто весь мир подарили; elə bil əyninə tikilib в самый раз (об одежде); elə bil əlləri bişib валится с рук; elə bil zənciri qırıb qaçıb будто с цепи сорвался; elə bil, iynə udub будто иголку проглотил; elə bil ildırım vurdu будто громом поразило; elə bil it yalayıb будто собака вылизала; elə bil yerə girdi точно сквозь землю провалился; elə bil gəmisi batıb будто корабли потонули; elə bil gözündən pərdə götürüldü словно пелена спала с глаз; elə bil göydən düşüb как будто с неба свалился; elə bil göyün qarnı yırtılıb льёт как из ведра; elə bil meşədən çıxıb словно из леса пришёл (о невежественном человеке); elə bil suya batdı словно в воду канул; elə bil fala baxmışdı будто в воду глянул; elə bil üstümdən dağ götürüldü будто камень с души свалился, будто гора с плеч (свалилась); elə bil şeytan dilləndirdi будто чёрт дёрнул за язык; elə bir o qalmışdı только этого не хватало; elədir ki var так и есть, так точно; elə isə в таком случае; раз так; elə bağın elə də barı olar каковы сады, таковы и плоды
ELEVATOR
ELƏ-BELƏ
OBASTAN VİKİ
Eldən-elə (roman)
Eldən-elə — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır.
Kef elə (mahnı)
Kef elə — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.
Eləzəkul (Baltas)
Eləzəkul (rus. Зилязекулево, başq. Еләҙекүл) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 30 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (99 %) üstünlük təşkil edir.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.

Digər lüğətlərdə

гу́стенький достри́чь кори́нка мо́дус ова́ция однодо́мность чека́ниться из уст в уста́ искаже́ние натёк понужда́ться теплофици́ровать бишбармак свадьба à l'anglaise acclaim cap of maintenance continuous creation theory Delphical dietician hookah melting pot nut pine selection впятеро