DİBSİZ
DİDAKTİKA
OBASTAN VİKİ
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.
Didaktika
Didaktika (q.yun. διδακτικός) — pedaqogikanın bir bölməsi. == Didaktika anlayışı == «Didaktika» anlayışı pedaqogika elminə XVII yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Pedaqoji fikir tarixində didaktikanı gah təhsil, gah təlim, gah da təlim və təhsil nəzəriyyəsi kimi aydınlaşdırmaq cəhdləri olmuşdur. Bu cəhdlərə baxmayaraq, deyə bilərik ki, əslində didaktika təhsil və təlim haqqında nəzəriyyədir. == Tarixi == Didaktika çox qədim tarixə malikdir.

Digər lüğətlərdə