DİDİŞDİRMƏK

qarş.
1. Hərə bir tərəfdən didmək.
2. məc. İncitmək, əziyyət vermək, dinc qoymamaq.
Yapışıb əllərilə başının saçlarından; Didişdirir yun kimi, beyninə sıçrayır qan. S.Vurğun.

3. Dartışdırmaq.
Həmzə Zeynalın səsindən ürkərək, çal bığını didişdirməyə başladı. Ə.Əbülhəsən.

4. Bir-birini rahatsız etmək, bir-birinə macal verməmək.
Uşaqlar bir-birini didişdirədidişdirə (z.) təkidlə soruşdular… S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİDİŞDİRMƏK dartışdırmaq
  • DİDİŞDİRMƏK incitmək
DİDİŞDİRMƏ
DİDİŞMƏ

Digər lüğətlərdə

босоно́жки бу́рно вжива́ние магази́нщик малоземе́лье отда́ние ропта́ть сати́новый тола́й вс... нацара́пываться оку́тывать поросёночек сморо́диновка устра́ивание цементи́рование handspike idio- presumably sobersides swordplay tonnage plan авиаперевозки кинокартина обмеление