DİLİK-DİLİK

sif.
1. Kənarı diliklər şəklində olan. Kənarı dilik-dilik süfrə.
2. Tikə-tikə, parça-parça.
□ Dilik-dilik etmək – parça-parça etmək, tikə-tikə etmək.
Dilik-dilik olmaq – parçalanmaq, parçaparça olmaq.
O, kağızı cırıb atdı, dilik-dilik olan xırdaca kağız parçaları kəpənək kimi havada uçub yerə tökülənə qədər Tərlan kirpiklərini qırpmadı. M.Hüseyn.

Dilik-dilik olasan (olsun)! – qarğış ifadəsi.
[Fatma xanım:] A qız, sən öyrətmədin gədəni ki, mənə xoruzbeçə desin, a səni görüm dilikdilik olasan! N.Vəzirov.

DİLİK
DİLİKƏSİK

Digər lüğətlərdə

германофо́б нанима́тельница обме́рка перестила́ть прова́ривать противоположе́ние ра́доницкий разведёнка разубира́ться вертопра́х зафы́ркать каранда́шный кофеёк лу́чшее организова́ться четырёхуго́льный feeling hamburger Hungarian mathematics read sulphuretted ванька-встанька налим спеваться