DİLSUZ
DİLŞİKA
OBASTAN VİKİ
Dilşad Elbrus
Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor. == Həyatı == Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur. Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir. == Fəaliyyəti == Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir.
Dilşad Fatxulin
Dilşad Zinnatoviç Fatxulin (6 aprel 1940, Daşkənd – 18 yanvar 2020, Moskva) — rejissor, operator. == Həyatı == Dilşad Fatxulin 6 aprel 1940-cı ildə anadan olub. ÜDKİ-də təhsil alıb (1963). 1966-cı ildən "Özbəkfilm" kinostudiyasında, 1974-cü ildən Mosfilmdə quruluşçu operator kimi çalışıb. SSRİ Dövlət Mükafatı laureatı (1977), Rusiyanın əməkdar incəsənət xadimidir.
Dilşad xatun
Dilşad xatun (XIII əsr – 1352, Cəlairilər sülaləsi) — Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı. == Həyatı == Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı. Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi. == Mənbə == Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.

Значение слова в других словарях

библиофи́льство вертогра́д каза́рменный кулугу́рка нечёткий обызвествле́ние остыва́ние бутылёк искажённо ко́лко напеча́тать окупа́емость пермане́нтный потихо́ньку-помале́ньку расчётливо ритми́чно hedonistic North Atlantic phytochemistry rinderpest tagger time-lagged закатиться транспортир хапуга