DİN
DİNDAR
OBASTAN VİKİ
Dinar
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi. == Çəki vahidi == Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi. == Pul vahidi == === Öz valyutası kimi dinardan istifadə edən ölkələr === Əlcəzair: Əlcəzair dinarı Bəhreyn: Bəhreyn dinarı İran: İran rialı 100 dinardan ibarətdir İraq: İraq dinarı İordaniya: İordaniya dinarı Küveyt: Küveyt dinarı Liviya: Liviya dinarı Serbiya: Serb dinarı Sudan: Sudan dinarı Makedoniya Respublikası: Makedoniya dinarı Tunis: Tunis dinarı === Əvvəllər öz valyutası kimi dinardan istifadə etmiş ölkələr === Əbu-Dabi əmirliyi: Əbu-Dabi dinarı Bosniya və Herseqovina: Bosniya və Herseqovina dinarı Xorvatiya: Xorvat dinarı Bosniya və Herseqovina: Serb dinarı Serb Krainası respublikası: Krain dinarı Cənubi Ərəbistan federasiyası: Cənubi Ərəbistan dinarı Cənubi Yəmən: Cənubi Yəmən dinarı Yuqoslaviya: Yuqoslaviya dinarı == Yer adı == Dinar — Türkiyədə şəhər adı.
Dinar, çariça
Dinar — Şəki-Herreti çariçası. Atası Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnerse(en), babası Tao-Klarceti knyazı I Qurgen(fr) idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır. == Həyatı == “Kartli salnaməsi”ə görə “Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariça Dinarı əsir götürmüşdür. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi. XI əsr gürcü tarixçisi Sumbat Davitisdze(en) yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur. == Müqəddəs elan olunması == “Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariça Dinarın anım günüdür. == Rusiyada Dinara == Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçası Dinara haqqında povest”in (rus.
Dinar (Afyonkarahisar)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
Dinar (Afyonqarahisar)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
Dinar (Türkiyə)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
Dinar (dəqiqləşdirmə)
Dinar — pul vahidi. Dinar (çariça) — Şəki/Herreti çariçası. Dinar (Afyonkarahisar) — Afyonkarahisar ilinin bir ilçəsidir.
Dinar (çariça)
Dinar — Şəki-Herreti çariçası. Atası Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnerse(en), babası Tao-Klarceti knyazı I Qurgen(fr) idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır. == Həyatı == “Kartli salnaməsi”ə görə “Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariça Dinarı əsir götürmüşdür. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi. XI əsr gürcü tarixçisi Sumbat Davitisdze(en) yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur. == Müqəddəs elan olunması == “Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariça Dinarın anım günüdür. == Rusiyada Dinara == Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçası Dinara haqqında povest”in (rus.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Keklicek (Dinar)
Keklicek — Afyonkarahisar ilinin Dinar ilçəsine yerləşən kənd.
Məlik Dinar
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi. == Sərəxs hakimi == 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu. == Kirman hakimi == 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.
Dinar Həmidov (polkovnik-leytenant)
Dinar Zəkəriyyə oğlu Həmidov (rus. Динар Захарьевич Хамитов, tatar. Динар Зәкәрия улы Хәмитов; 8 oktyabr 1980 – 23 mart 2022, Ukrayna) — Rusiya hərbçisi, Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovnik-leytenantı. "Cəsarət" ordeninə layiq görülmüşdür. Əslən Volqa tatarlarındandır. == Həyatı == Dinar Zəkəriyyə oğlu Həmidov 8 oktyabr 1980-ci ildə RSFSR-yə bağlı Tatarıstanda, Pitrəç rayonunda anadan olmuşdur. Atası Lenin-Kokuşkin adına Peşə Texnikumunun işçisi Zəkəriyyə Həmidov, anası isə Nəsilə Həmidovadır. Güləş və atletika ilə məşğul olmuşdur. O, məktəbi bitirdikdən sonra Kazan Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olmuşdur. 2002-ci ildə məktəbi bitirdikdən sonra taqım komandiri kimi Peçenqaya göndərilmişdir.
Bosniya və Herseqovina dinarı
Bosniya və Herseqovina dinarı (Bosniya dinarı) (bosn. Bosanskohercegovački dinar) — Bosniya və Herseqovina Respublikasında 1992—1998-ci illərdə istiadə edilən pul vahidi. == Tarixi == 1 iyul 1992-ci ildə Bosniya Və Herseqovina Xalq bankı özünün milli valyutası olan dinarı dövrüyəyə buraxır. Dövrüyəyə buraxılan 10, 25, 50, 100, 500 və 1000 dinar nominallarla yanaşı Yuqoslaviya dinarıda istifadə edilirdi. 10 noyabr 1992-ci ildə 10 dinar banknotları istifadəyə verilir. 15 avqust 1994-cü ildə denominasiya (10 000:1) gerçəkləşdirilir. Bosniya dinarı Bosniya və Herseqovina Respublikasının yeganə pul vahidi elan edilir. İkinci buraxılış banknotlar istifadəyə verilir (10, 20, 50, 100 və 500 dinar). Alman markasına uyğun məzənnə müəyyən edilir: 100 dinar = 1 marka. Dinar faktiki olaraq bosniya-müsəlmanlarının nəzarət etdiyi ərazilərdə istifadə edilir.
Bəhreyn dinarı
Bəhreyn dinarı (Ərəbcə: دينار بحريني; ISO 4217: BHD) - Bəhreyndə istifadə edilən pul vahididir. 1 Bəhreyn dinarı təqribən 1000 filsəyə bərabərdir. Bəhreyn dinarı Bəhreyn Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Bəhreyn dinarı = 2.65210 ABŞ dolları.
Dinara Aidarova
Dinara Aidarova (d. 29 iyul 1963) — Azərbaycanı təmsil edən voleybolçu. Dinara Aidarova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Dinara Aidarova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Dinara Alimbekova
Dinara Talqatovna Alimbekova (doğulub. 5 yanvar 1996, Abay, Karaqanda vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarının çempionu (estafet). Belarus milli komandasının heyətində Dünya Kubokunun iştirakçısı, yeniyetmələr arasında dünya çempionu, 2019 Avropa çempionatının bürünc mükafatçısı (qarışıq esafetdə). Belarus Respublikasının əməkdar idman ustası. == Bioqrafiyası == Atası milliyətçə qazax, anası isə belarusdur. Dinara üç yaşında olanda ailəsi Belarusiyaya köçüb. 2008-ci ildən Çausı şəhərinin Uşaq İdman Məktəbində xizəksürmə, daha sonra biatlonla məşğul olmağa başlamışdır. Uşaqlıq məşqçisi - Maria İvanovna Şipikova idi. Yeniyetməlik dövründən bu günə qədər fərdi məşqçisi - Andrey Oleqoviç İvanovdur.
Dinaran (Sərdəşt)
Dinaran (fars. ديناران‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (31 ailə).
Dinarə Gimatova
Dinarə Gimatova (18 noyabr 1986, Həştərxan) — Tatar əsilli Azərbaycanlı bədii gimnastdır. Dünya və Avropa Çempionatının bürünc medalçısıdır. Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Karyerası == Dinarə Gimatova ilk uğurunu 2003-cü ildə Bakıda qazandı. O Gürzə ilə hərəkətlərində Dünya Kubokunun gümüş medalını qazandı. Çoxnövçülükdə və Top ilə hərəkətlərində isə Dünya Kubokunun bürünc medalına layiq görüldü. Dinarə Gimatova Dünya Kubokundan sonra növbəti uğurununu 4 il gözləməli olur. O 2007-ci ildə həm Dünya həmdə Avropa Çempionatında komanda yarışlarında bürünc medala sahib çıxır. Dinarə Gimatovanın ən böyük yarışı isə 2008 Yay Olimpiya Oyunları olur. O Azərbaycanı Çin Xalq Respublikasının paytaxtında təmsil edir.
Dinarə Gərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dinarə Kərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. == Həyatı == 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. == Filmoqrafiya == Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Dinarə Əliyeva
Dinarə Əliyeva (17 dekabr 1980, Bakı) – opera ifaçısı (soprano), Azərbaycanın xalq artisti (2018). == Həyatı == Dinarə Əliyeva 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirmişdi. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirmişdir. Hazırda Musiqi Akademiyasının aspiranturasında təhsil alır. Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D. Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdu. 2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-cü ilin əvvəllərində, Dinara Əliyeva Puççininin "Boqema" operasının tamaşasında ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığını xəbər verdi. 2005-ci ildə C. Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazmışdır. Hazırda isə D. Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışır.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi:"'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Yuqoslaviya dinarı
Dinar üç Yuqoslaviya dövlətlərin valyutası idi: Yuqoslaviya krallığı (keçmiş Serblər, Xorvatlar və Slovenlər krallığı), YSFR və YFR. Dinar 100 paradan ibarət idi. == Banknotlar == === 1918-ci il dinarı === 1920-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının Milli Bankı 10, 100 və 1000 dinarlıq əskinaslar buraxdı. 1929-cu ildə ölkənin adı Yuqoslaviya ilə dəyişdirildikdən sonra şəkli dəyişdirilmiş 10 və 100 dinarlıq əskinaslar buraxıldı. 1931-ci ildə yeni 1000 dinar, 1935-ci ildə isə 500 dinarlıq əsginas buraxıldı. 1939-cu ildə 10 dinar dəyərində yeni dizayna malik banknotlar buraxıldı. === 1944-cü il dinarı === 1944-cü ildə Demokratik Federal Yuqoslaviyası 1, 5, 10, 20, 50, 100, 500 və 1000 dinarlıq əskinaslar buraxdı. Daha sonra, 1946-cı ildə Yuqoslaviya Federal Xalq Respublikasının Milli Bankı tərəfindən 50, 100, 500 və 1000 dinar nominallı əskinaslar buraxıldı. 1950-ci ildə 5000 dinarlıq əskinas tətbiq edildi. Dinar kollaborasionist hakimiyyətin buraxdığı serb dinarı (1 yuqoslav : 20 serb) və MXD-nın kunasını əvəzlədi (1 dinar : 40 kuna). Həmçinin, 50 para, 1, 2 və 5 dinar dəyərində sink sikkələri buraxılırdı.

Digər lüğətlərdə

арома́т валя́льня Веро́ника нудь перевози́ться плева́ка подгола́шивать вербо́вщица вприско́к недорабо́тка оспа́ривать проводи́ть буба ardentia verba autoanalysis boundary-rider buffer state clocking hen hart's-tongue fern treeless Wigtown витать влюбчивость водорез отлично