1. Bir şeyi saxlamaq üçün altına vurulan tir, sütun, dayaq. Ağac dirək. Daş dirək.
– Şirəli daxmanın dirəyinə qısıldı.
Eyvanın dirəyindən asılmış kiçik bir kisədən bir ovuc dən götürüb həyətə səpdi.
// Elektrik, telefon məftillərini asmaq üçün dikinə basdırılmış dəmir, beton, ya ağac sütun.
Yollar boyu uzanmışdır elektrik dirəkləri…
İş məntəqəsinin müxtəlif yerlərində dirəklərə vurulmuş radio cihazları dillənib partlayışların harada olacağını xəbər verdi.
// Dorağacı.
Batumi limanında duran gəmilərin dirəkləri uzaqdan kiçik qutulara taxılmış kibrit çöpü kimi görünürdü.
2. məc. Arxa, kömək, daldanacaq mənasında. Böyük oğul ailənin dirəyidir.
– Aqil kişi durbin gərəkdir; Dünyada ümid bir dirəkdir.
Qıratdı mənim dirəyim. “ ”.
Şair deyər mahnısında: “Ellər bizim anamızdır; Evimizin ellər adlı bir yıxılmaz dirəyi var”.
□ Dirək olmaq – arxa durmaq, kömək etmək.
De gəl yoxsullara olgilən dirək; Yetimli dullara vergilən çörək.
◊ Dirəyi qızıldan olmaq – çox varlı, zəngin, dövlətli adam haqqında.
Dirək kimi – çox uzun adam haqqında.
Surxay dirək kimi dimdik durur, tərpənməyirdi.