disko

disko
disklimaks
diskobol
OBASTAN VİKİ
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
İtalo-disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
Avro disko ifaçılarının siyahısı
Avro disko ifaçılarının siyahısı - bu siyahıda Avro disko janrında ifa edən bütün ifaçıları və onların hit mahnıları vardır.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Veb-Atlas.
Disko rəqqas (film, 1982)
Mithun Çakraborti baş rolda oynadığı musiqili hind filmi, Subxaş Babbar tərəfindən 10-u dekabr 1982-ci ildə çəkilib. Hazırda film janrın klassikası sayılır və çox tanınıb, sevilən filmdir. == Məzmun == Cimmi əmisi ilə küçələrdə çıxış edərək bir parça çörək qazanan kasıb bir uşaqdır. Lakin varlı evdə baş vermiş bir olay onların həyatını dəyişir. Bundan sonra Cimmi və anası bu şəhəri tərk etməyə məcbur olurlar. İllər ötür. Cimmi öz gücü ilə şöhrət qazanır. O, öz sevgisinə də rast gəlir. Onun sevgilisi uzun illər bundan əvvəl anasını və Cimmini alçaldan varlı adamın qızıdır...
Flo Rida diskoqrafiyası
Flo Ridanın 2000-ci ildən bu günə kimi 4 albomu işıq üzü görüb. == Studiya albomları == == Sinqlları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin. == Duet oxuduğu mahnıları == 2007 "Bitch I'm from Dade County" (DJ Khaled feat. Trick Daddy, Trina, Rick Ross, Brisco, Flo Rida, C-Ride & Dre) 2007 "Birthday" (Flo Rida feat. Rick Ross) 2007 "Move, Shake Drop (Remix" (DJ Laz feat. Flo Rida, Casely & Pitbull) 2007 "Bout it Girl" (Flo Rida feat. Trina) 2007 "Street Money" (Rick Ross feat. Flo Rida) 2007 "Helluva Day" (Webbz feat. Flo Rida) 2007 "What you Want" (Brisco feat. Flo Rida) 2008 "Speedin' Remix" (Rick Ross feat.
Itzy diskoqrafiyası
12 fevral 2019 -cu ildə JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı qız qrupu İtzy-nin diskoqrafiyası aşağıda göstərilmişdir.
Lara Fabianın diskoqrafiyası
Lara Fabianın diskoqrafiyası — Belçikalı-italyan əsilli Fransa müğənnisi Lara Fabianın diskoqrafiyası 12 studiya albomu, 4 konsert albomu, 1 yığma albom, 8 pavilyon albomu, 5 videoalbom və 52 sinqldan və digər albomlardan ibarətdir. Bir neçə dildə danışa bilən Lara Fabian öz mahnılarını daha çox fransız, italyan, ingilis, ispan, portuqal, rus, ivrit, yunan və alman dillərində oxuyur. Onun diskoqrafiyası bütün dünya üzrə 18 milyondan çox satış rekordu əldə edib. Lara Fabian bütün zamanların Belçika əsilli qadın müğənniləri arasında ən çox satış göstəricisi olan ifaçı kimi tarixə düşüb. Səsinin imkanları baxımından vokal diapazona və lirik-soprano tembrə malikdir. Musiqi əsərlərini canlı ifa edərkən Do-3 notundan Sol♯6 notuna qədər 3 oktava yüksələ bilir.
Linkin Parkın diskoqrafiyası
Linkin Park diskoqrafiyası — Amerikalı Nu metal Alternativ Rok qrupu Linkin Parkın çıxardığı albom sinql və s. aiddir.
Mamamoo diskoqrafiyası
19 iyun 2014-cü ildə Rainbow Bridge World şirkəti tərəfindən yaradılan Cənubi Koreya-lı qız qrupu Mamamoo-nun diskoqrafiyası aşağıda göstərilmişdir.
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-mahnı yazarı Melani Martines üç studiya albomu, dörd mini-albom, on bir sinql, iki tanıtım sinqlı və iyirmi yeddi musiqi videosu buraxmışdır. "The Voice" müsabiqəsindəki iştirakından sonra Martines 2014-cü ildə Atlantic Records şirkəti ilə müqavilə bağladı. Onun ilk mini-albomu olan "Dollhouse" eyniadlı sinql və "Carousel" ilə birlikdə buraxıldı. Onun ilk studiya albomu "Cry Baby" 2015-ci ildə işıq üzü gördü. Albom ABŞ Billboard 200 hit-paradında altıncı pilləyə yüksəldi və RIAA tərəfindən platin sertifikata layiq görüldü. Albomu tanıtmaq üçün üç sinql "Pity Party", "Soap" və "Sippy Cup" buraxıldı. Martinesin ikinci studiya albomu "K-12" 2019-cu ildə işıq üzü gördü. Albom Billboard 200 hit-paradında 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkədə ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" sinqlının daxil olduğu "After School" mini-albomunu buraxdı. Martinesin üçüncü studiya albomu "Portals" 2023-cü ilin martında yayımlandı.
Miri Yusif diskoqrafiya
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri Yusifin diskoqrafiyası
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Rinqo Starrın diskoqrafiyası
Bu məqalədə 1960-cı illərin Britaniya rok-qrupu olan "The Beatles"ın barabançısı Rinqo Starın diskoqrafiyası təqdim olunub. 1970-ci ilin yazında qrup dağılıb və Rinqo Star özünün solo karyerasına başlayıb.
Rinqo Starın diskoqrafiyası
Bu məqalədə 1960-cı illərin Britaniya rok-qrupu olan "The Beatles"ın barabançısı Rinqo Starın diskoqrafiyası təqdim olunub. 1970-ci ilin yazında qrup dağılıb və Rinqo Star özünün solo karyerasına başlayıb.
Sezən Aksu diskoqrafiyası
Sezən Aksu diskoqrafiyası, Türkiyəli pop musiqiçisi Sezən Aksunun çıxardığı albom sinql və s. aiddir.
Slayer diskoqrafiyası
Slayer 1981-ci ildə gitaraçılar — Kerri Kinq və Ceff Hannemanin yaratdığı, Tom Araya və Deyv Lombardonu üzv olmağa dəvət etdikləri Amerikan treş-metal qrupudur. Slayer-in Metal Blade Records-da qeydə alınmış ilk iki albomu – Show No Mercy (1983) və Hell Awaits (1985) ABŞ-də hit-parada daxil ola bilməmişdir. Bundan sonra qrup Def Jam Recordings səsyazma studiyasına qoşulur və onun sahibi Rik Rubin qrupun Reign in Blood (1986) albomunun prodüserliyini edir. Bu albom Slayer-in ilk dəfə Billboard 200-ə daxil olmasına kömək edir və albom 94-cü pilləyə qədər yüksələ bilir. South of Heaven (1988) albomundan sonra Slayer Rubinin yeni albom şirkəti olan Def American ilə müqavilə imzalayır və 1990-cı ildə Seasons in the Abyss albomu yayımlanır. Albom yayımlandıqdan sonra Lombardo qrupdan ayrılır və Pol Bostaf barabanda onu əvəz edir. 1994-cü ildə yayımlanmış Divine Intervention albomunda Bostafın qrupla ilk albomu olur və albom ABŞ-də səkkizinci pilləyədək yüksəlir. Bu, qrupun həmin dövrədək ən yüksək hit-parad göstəricisi idi. Diabolus in Musica (1998) albomu nu-metal elementlərinə görə tənqid olumuş, God Hates Us All (2001) isə albom üzlüyünə görə mübahisələrə səbəb olmuşdu. Bostaf dirsək zədəsinə görə qrupu tərk etdikdən sonra əvvəlki üzv Lombardo onu əvəz edir.
Stray Kids diskoqrafiyası
Cənubi Koreyada fəaliyyət göstərən Stray Kids oğlan qrupu iki studiya albomu, üç tərtib albomu, bir yenidən nəşr, doqquz genişləndirilmiş oyun, bir sinql albomu və iyirmi üç sinql çıxardı.
Streets of Rage seriyalarının Diskoqrafiyası
Streets of Rage seriyalarının Diskoqrafiyası — "Streets of Rage" seriyalarının ümumi mahnılarının toplusudur. Bütün saundtreklər bəstəkar Yuzo Oqiyə məxsusudur.
Zülfiyyə Xanbabayeva diskoqrafiya
Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
Zülfiyyə Xanbabayeva diskoqrafiyası
Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
Diskont faiz dərəcəsi
Diskont faiz dərəcəsi — gələcək gəlir axınlarını vahidi indiki dəyərə çevirmək üçün istifadə olunan faiz dərəcəsidir. Diskont dərəcəsi gələcək NPV pul vəsaitlərinin hərəkətinin cari dəyərinin hesablanması zamanı tətbiq edilir. N P V = ∑ t = 0 N C F t ( 1 + i ) t = − I C + ∑ t = 1 N C F t ( 1 + i ) t {\displaystyle NPV=\sum _{t=0}^{N}{\frac {CF_{t}}{(1+i)^{t}}}=-IC+\sum _{t=1}^{N}{\frac {CF_{t}}{(1+i)^{t}}}} , burada i {\displaystyle i} — diskont faiz dərəcəsidir. Diskont dərəcəsi bir sıra amillərdən asılı olan dəyişəndir i = f ( i 1 , . . . , i n ) {\displaystyle i=f(i_{1},...,i_{n})} , burada ( i 1 , . . . , i n ) {\displaystyle (i_{1},...,i_{n})} hər bir investisiya layihəsi üçün ayrıca müəyyən edilən gələcək pul vəsaitlərinin hərəkətinə təsir edən amillərdir: i 1 {\displaystyle i_{1}} — müəyyən dövr üçün alternativ investisiyanın dəyəri, istər: depozitlər üzrə bank faiz dərəcəsi, yenidən maliyyələşdirmə dərəcəsi, mövcud biznesin orta gəlirliliyi və s.; i 2 {\displaystyle i_{2}} — seçilmiş dövr üçün inflyasiya səviyyəsinin qiymətləndirilməsi, dövr üçün vəsaitlərin köhnəlməsi riskinin dəyərinin qiymətləndirilməsi kimi.
Diskontlaşdırılmış dəyər
Vahid məbləğin cari dəyəri və ya diskontlaşdırılmış dəyər — zamanın müxtəlif nöqtələrində alınan pulun müxtəlif dəyəri əsasında gələcək ödəniş axınının dəyərinin (cari pul ekvivalenti) qiymətləndirilməsi (pulun zaman dəyəri anlayışı). Vahid məbləğin cari dəyəri əsasında qiymətləndirmələr və eynilə vahid məbləğin gələcək dəyəri əsasında qiymətləndirmələr kreditləri, ipotekaları, annuitetləri, xarici istiqrazları və s. qiymətləndirmək üçün istifadə olunur. Bu hesablamalar eyni vaxtda baş verməyən pul vəsaitləri axını arasında müqayisə aparmaq üçün istifadə olunur, çünki dəyərlər arasında müqayisə aparmaq üçün vaxt və tarixlər ardıcıl olmalıdır. Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitindəbu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ширяев А. Н. Основы стохастической финансовой математики. 1. Факты. Модели.
Diskont gəlir
Diskontlu qiymətli kağızın gəliri — diskontla alınmış qiymətli kağız üzrə faiz gəliri. Düsturla hesablanır i d b = F − P F ∗ t y t {\displaystyle i_{db}={\frac {F-P}{F}}*{\frac {t_{y}}{t}}} burada F - qiymətli kağızın nominal dəyəri, P - qiymətli kağızın alınması qiyməti, ty - ildəki günlərin sayı, t - ödəmə müddətinə qədər qalan vaxt və ya qiymətli kağızın saxlanma vaxtı. == Haqqında == Diskontlu qiymətli kağız üzrə gəlir (diskont gəliri) ödəmə müddətinə qədər gəlirin hesablanması halında olduğu kimi qiymətli kağızın alış qiyməti ilə müqayisədə faiz gəlirini nominal dəyərlə ölçür. Bu göstərici xəzinə vekselləri üzrə gəlirləri hesablamaq üçün istifadə olunur. İstifadəsi ödəmə üçün gəlir göstəricisindən daha sadə hesablama düsturu ilə əlaqələndirilir. Diskont gəlir göstəricisi ABŞ Xəzinədarlığı istiqrazlarının ticarəti zamanı gəlirliliyin hesablanmasını sadələşdirdi. Bu düstur ticarət iştirakçıları arasında razılaşmanın nəticəsidir. == Ədəbiyyat == Теплова Т.В. Финансовый менеджмент: управление капиталом и инвестициями (PDF). М. 2000. 103–104.
Diskontlaşdırma
Diskontlaşdırma — bütün ödənişlərin dəyərini müəyyən bir vaxta çatdırmaqla pul vəsaitlərinin hərəkətinin dəyərinin müəyyən edilməsi. Diskontlaşdırma faktoru investorlar üçün zəruridir. Diskontlaşdırma zaman amili nəzərə alınmaqla pulun dəyərinin hesablanması üçün əsasdır. == Diskontlaşdırma == Keçmiş zamanın bir nöqtəsinə qədər azaldılması diskontlaşdırma adlanır. Diskontlaşdırma gələcək pul vəsaitlərinin hərəkətini (ödəniş axını) diskont faiz dərəcəsi k d {\displaystyle k_{d}} -a vurmaqla həyata keçirilir: k d = 1 ( 1 + i ) n {\displaystyle k_{d}={\frac {1}{(1+i)^{n}}}} , burada i {\displaystyle i} - faiz dərəcəsi, n {\displaystyle n} dövr nömrəsidir.
Diskordianizm
Diskordianizm, müxtəlif şəkildə din, fəlsəfə, paradiqma və ya dinin təqlidi kimi müəyyən edilən Yunan fitnə və nifaq ilahəsi Eridaya həsr olunmuş bir inancdır. Bu cərəyan1963-cü ildə Qreq Hill və Kerri Vendell Tornlinin birgə yazmış olduqları kitabı - ing. Principia Discordia- nın nəşrindən sonra yaradılmışdır. Diskordianizm Rinzai məktəbinin, eləcə də Daosizm fəlsəfəsinin şərhlərinə əsaslanaraq Zen-buddizmə bənzədilib. Diskordianizm, həm nizamın, həm də nizamsızlığın insan sinir sistemi tərəfindən kainata tətbiq etdiyi illüziyalar olduğu və bu zahiri nizam və pozğunluq illüziyalarının heç birinin digərindən daha dəqiq və ya obyektiv olaraq doğru olmadığı fikrinə əsaslanır. Diskordianizmin təqlidçi din olduğuna dair bəzi müzakirələr var. Diskordianların sayını təxmin etmək çətindir, çünki onlardan Diskordianizmi yeganə inanc sistemi kimi qəbul etmələri tələb olunmur. Bu cərəyanda ayrılıqlar və fitnəkarlıq yaratmağa təşviq var. === Episkopos === Episkoposlar, ehtimal ki, Diskordianizm təriqətlərinin nəzarətçiləridir. Onlar Erida ilə epifiz vəzilərindən istifadə edərək danışırlar.