disksürən

disksürən (inform.)
disksiz
diskşəkilli
OBASTAN VİKİ
Disksürən
Disksürən (en. Disk drive), (ru. дисковод) – disklərin oxunmasını və onlara yazılmanı həyata keçirən elektromexaniki qurğu. Disksürənin əsas elementləri bunlardır: üzərində disksürənin quraşdırıldığı şpindel (ox); disksürən işləyərkən diski fırladan mühərrik; bir və ya bir neçə oxuma-yazma başcığı; oxuma-yazma başcıqlarını diskin səthində müəyyən mövqeyə aparan ikinci mühərrik; oxuma-yazma əməliyyatını sinxronlaşdıran və informasiyanı kompüterə ötürən və ondan alan kontroller sxemi. Yumşaq və sərt disklərin disksürənləri bir-birindən fərqlənir: əyilgən disklərin disksürənləri 5,25 və ya 3,5 düymlük disketlərlə işləmək üçün nəzərdə tutulub; sərt disklərin disksürənləri möhkəm korpusa malik çıxarılıb-taxılmayan, daha sürətli və iri həcmli yaddasaxlama qurğusudur. Kompüterin disksürənləri adları və ya nömrələri ilə tanınır; məsələn, MS-DOS sistemində A:, B:, C: disksürənləri, Apple Macintosh da isə 0 və 1 disksürənləri ola bilər. Disk sürücü (en. disk driver), (ru. драйвер диска) – disk kompüterə qoşularkən quraşdırılan və verilmiş (müəyyən firmanya məxsus) diskin işləməsinə yardım edən xüsusi proqram. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Disksürən taxçası
Disksürən taxçası (en. Drive bay), (ru.отсек дисковода) – kompüterin korpusunda disksürəni yerləşdirmək üçün paralelepiped şəkilli içiboş oyuq. Disksürən taxçasında, adətən, metaldan hazırlanmış yan divarlar olur ki, onların da üzərində disksürəni bərkitmək üçün deşiklər olur. Konstruksiyadan asılı olaraq üst və alt divarlar olmaya da bilər. Disksürən taxçalarının heç də hamısı görünən yerdə olmur: sərt disklər üçün taxçalar çox zaman korpusun dərinliyində quraşdırılır ki, istifadəçinin sərt disklə fiziki kontakt ehtimalı olmasın. Disksürən taxtçalarının çoxusu, xüsusən əyilgən disklərin, strimmerlərin və CD-ROM disklərinin taxçaları korpusun qabaq panelində yerləşdirilir ki, istifadəçi onlarla rahat işləyə bilsin. Əgər taxtçada disksürən quraşdırılıbsa, istifadəçi yalnız onun qabaq tərəfini görürür, bütün qalan hissələr isə kompüterin korpusunda gizlənir. Taxtçada disksürən yoxdursa, kosmetik, eləcə də korpusun içərisinə yad obyektlərin düşməsinin qarşısını almaq məqsədilə bir çox istehsalçılar taxçanın gözünü (ağzını) plastik və ya metal qapaqla örtürlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.