DİRRİKÇİ
DİŞ
OBASTAN VİKİ
Borçalı distansiyası
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804–cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur. == Tarixi hadisələrin xronologiyası == == Ərazisi == Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi. Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi. Dağlar:Babaqar dağları: Ləlvar kəndindən Sınıq körpüyədək uzanırdı.Düzənliklər: === Sərhədləri === Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü büruzə verir: II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi. I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə həmsərhəd idi. I hissə, 279-280-ci səhifələrdə verilən təsvirə əsasən: Tiflis qəzası (şimali-şərqdə) Duşeti qəzası, (şimali-şərqdə) Telavi qəzası, (qərbdə) Qori qəzası, (qərbdə) Borçalı distansiyası və Trialeti torpağı ilə həmsərhəd idi. I hissə, 357-ci səhifədə verilən təsvirə əsasən: Telavi qəzası şimalda Baş Qafqaz silsiləsi, şərqdə Sığnaq qəzası, cənubda Qazax distansiyası (sərhəd Kür çayından keçirdi), qərbdə isə Tiflis və Düşeti qəzaları ilə həmsərhəd idi.
Pşavi distansiyası
Pşavi distansiyası (rus. Пшавская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 1826-1840-cı illərdə mövcud olmuşdur. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Pşavi distansiyasında 13 kənddə 632 ev var idi və onlarda kişi cinsindən 2.054 nəfər etnik pşav yaşayırdı.
Pəmbək-Şörəyel distansiyası
Pəmbək-Şörəyel distansiyası (rus. Памбако-Шорагяльская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 - 10 aprel 1840-cı illərdə mövcud olmuşdur.
Pəmbək distansiyası
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804–cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur.
Qazax distansiyası
Qazax distansiyası (rus. Казахская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 - 10 aprel 1840-cı illərdə mövcud olmuşdur. === Rəislər (mouravi (1817-ci ildən baş pristav)) === 1802–1803: vakansiya. 1804: dövlət müşaviri knyaz Qarsevan Revazoviç Çavçavadze (rus. Гарсеван Ревазович Чавчавадзе). 1805-1806: mayor İvan Tarasoviç Tarasov (rus. Иван Тарасович Тарасов). 1807-1808: polkovnik knyaz İosif Vasilyeviç Bebutov (rus. Иосиф Васильевич Бебутов).
Tuşeti distansiyası
Tuşeti distansiyası (rus. Тушинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 1826-1840-cı illərdə mövcud olmuşdur. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Tuşeti distansiyasında 47 kənddə 995 ev var idi və onlarda kişi cinsindən 2.401 nəfər etnik tuş yaşayırdı.
Xevsureti distansiyası
Xevsureti distansiyası (rus. Хевсурская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 1826-1840-cı illərdə mövcud olmuşdur. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Xevsureti distansiyasında 29 kənddə 678 ev var idi və onlarda kişi cinsindən 1.472 nəfər etnik xevsur yaşayırdı.
Şəmşəddil distansiyası
Şəmşəddil distansiyası (rus. Шамшадильская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 12 sentyabr 1801 - 10 aprel 1840-cı illərdə mövcud olmuşdur.

Digər lüğətlərdə

веляриза́ция впо́ру завира́льный нагора́живать нефтегазоразве́дчик прозяба́тельно телеоза́вр беспрепя́тственно бетоносмеси́тель делика́тно подде́лка трёхгоди́чный корова спазма bod canary seed loop-line misusage overage Quirites soupmeat адресант благословить молния самоунижение