DİYƏT

qətlə yetirilmiş insanın yaxınlarına və ya əlil edilmiş insanın özünə cinayəti törətmiş insan tərəfindən kəffarənin ödənilməsidir. Diyət haqqında Quranda müəyyən ayələr vardır (4: 92, 17: 33). Hər hansı bir şəxs bilərəkdən kimisə öldürərsə, onda ölənin yaxınları və qohumları onun qisasını tələb edə bilərlər. Ancaq, qətlə yetirilmiş insana görə qatildən böyük məbləğdə qanbahasını almaq da mümkündür. Məhkəmədə hakim, ölənin qohumlarına qanbahası almağı məsləhət görsə də, onları buna məcbur edə bilməz. Əgər qətl və ya bədən xəsarətləri bilərəkdən deyil, təsadüfən baş vermişdirsə, onda bunu edən kimsə ölənin yaxınlarına qanbahasını ödəməlidir. Qanbahasının ölçüsü ölənin (ya da yaralananın) cinsindən, müsəlman olub-olmamasından, azad və ya kölə olmasından asılıdır. Zərər çəkən kölə olarsa, o zaman onun qanbahası sahibinə ödənilir. Öldürülmüş və ya yaralanmış kölənin qanbahası öldürülüb və ya yaralanan azad şəxsin qanbahasından çox ola bilməz. Qanbahasını ödəməklə yanaşı cinayəti bilməyərəkdən törətmiş müsəlman həm də kəffarə verməlidir. O, törətmiş olduğu cinayətin kəffarəsi kimi bir köləni azad etməlidir. Kəffarəni ödəyən müsəlman kasıbdırsa, o iki ay oruc tutmalıdır. (Quran, 4: 92). Qanbahasının ödənilməsindən təkcə qatilin özü deyil, onun qohumları da məsuldurlar (qadınlar, yetkinlik yaşına çatmamış uşaqlar, ruhi xəstələrdən başqa). Əgər, qatil və onun yaxınları qanbahasını ödəməyə gücləri çatmırsa, o zaman diyət ölkənin xəzinəsindən ödənilir.
DİRAR MƏSCİDİ
DRUZLAR

Значение слова в других словарях