Dizel yanacağı

dizeldə işlədilən maye neft yanacağı iki qrup D.y. növündə istehsal olunur: 1) böyük sürətli dizelər üçün özlülüyü az olan distilat yanacaqları, 2) yavaş sürətli dizelər üçün özlülüyü yüksək olan qalıq yanacaqları.
Distiləetmə
Dolamaçarx
OBASTAN VİKİ
Dizel yanacağı
Dizel yanacağı (köhnəl."solyarka") — daxiliyanma mühərriklərində yanacaq kimi istifadə olunan maye məhsuldur. Adətən bu ad altında neftin birbaşa qovulma məhsulu olan kerosin-qazoyl fraksiyasından alınan yanacaq başa düşülür. "Solyarka" sözü alman dilində Solaröl (günəş yağı) sözündən yaranıb. Hələ 1857-ci ildə neftin qovulmasından alınan ən ağır fraksiya sarı rənginə görə belə adlandırılıb. Sovet dövründə neft emalı sənayesi "Соляровое масло ГОСТ 1666–42 и ГОСТ 1666–51" adlı məhsul buraxırdı. Bu məhsul ortadövriyyəli (600–1000 dövr/dəq) dizel mühərriklərində yanacaq kimi istifadə üçün nəzərdə tutulub geniş tətbiq olunurdu. Solyar yağı itiyerişli dizel mühərriklərində yanacaq kimi tətbiq üçün yararlı deyil. == Tətbiqi == Dizel yanacağının əsas istehlakçıları dəmiryolu nəqliyyatı, yük avtonəqliyyatı, su nəqliyyatı, hərbi texnika, dizel elektrogeneratorları, kənd təsərrüfatı texnikası, eləcə də son zamanlar sərnişin dizel avtonəqliyyatıdır. Dizel mühərriklərindən başqa, qalıq dizel yanacağı (solyar yağı) çox vaxt qazanxana yağı kimi istifadə olunur. == Yanacağın əsas göstəriciləri == Dizel yanacağı distillə olunmuş, aşağı özlülü (itiyerişli nəqliyyat) və qalıq, yüksək özlülü (traktor, gəmi, stasionar və s.nəqliyyat) yanacağa bölünür.
Aviasiya yanacağı
Aviasiya yanacağı — havanın oksigenlə oksidləşməsi prosesində istilik enerjisinin alınması üçün uçan aparatın mühərriyinin yanma kamerasına hava ilə birlikdə daxil edilən yanan maddədir. Onun iki növü var: aviasiya benzini və reaktiv yanacağı. Birinci növ, bir qayda olaraq, porşen, ikinci turboreaktiv mühərriklərində tətbiq olunur. Eləcə də dizel yanacağından, hazırda kerosindən istifadə edən dizel porşen aviasiya mühərriklərinin işlənilməsi məlumdur. Hal-hazırda artan neft qıtlığı səbəbindən neft aviasiya yanacağının əvəz olunması üsulları axtarılır, o cümlədən yanacağın variantları nəzərdən keçirilir: sintetik, kriogen (maye hidrogen daxil olmaqla), kriogen metan yanacağı (KMY) və s. 1989–90-cı illərdə maye hidrogen və KMY-də Ty-155, 1987–88-ci illərdə kondensləşdirilmiş texniki propan-butanla (АСКТ) işləyən Ми-8ТГ vertolyotu sınaqdan keçirilmişdi. Hər hansı bir təyyarə mühərriyi onun üçün güc, iş rejiminin dövrlərin artmasına yönəlmiş dəyişmə müddəti, etibarlılıq, resurs üzrə tələb olunan parametrləri təmin edə bilən müəyyən yanacaq növü üçün nəzərdə tutulmuşdur. Təyyarə mühərriklərində həmçinin yanacağın tövsiyə olunan analoqlarından istifadə etmək olar, bu halda, bir qayda olaraq, mühərriyin istifadəsinə məhdudiyyət qoyulur. Qeyd etmək lazımdır ki, aviasiya yanacaqları yalnız aviasiya texnologiyasında istifadə olunmur. == Aviasiya benzinləri == === Aviasiya benzininin əsas keyfiyyət göstəriciləri: === detonasiyaya davamlılıq (detonasiya alovlanması əmələ gətirmədən işçi qarışığın yüksək sıxılma dərəcəsi olan mühərriklərdə benzinin yararlı olmasını müəyyən edir) Fraksiya tərkibi (benzinin buxarlanmasını göstərir, bu da onun işçi yanacaq-hava qarışığı əmələ gətirmə qabiliyyətini təyin etmək üçün çox vacibdir; qaynama temperaturu diapozonu (40–180°С) və doymuş buxarların təzyiqi ilə xarakterizə olunur (29–48 kpа)) Kimyəvi sabitlik (saxlanma, nəql və tətbiq zamanı kimyəvi tərkibin dəyişməsinə davamlılıq) === Aviasiya benzini istehsalı === Aviasiya benzini istehsalının əsas üsulu neftin birbaşa qovulması, yüksək keyfiyyətli komponentlər, etil mayesi və müxtəlif aşqarların əlavə edilməsi və ya edilməməsi ilə katalitik krekinqi və ya riforminqidir.
Dizel mühərriki
Dizel mühərriki — Dizel sıxılmadan alovlanan porşenli daxili yanma mühərriyi olub dizel yanacağı ilə işləyir, iqtisadi cəhətdən sərfəlidir. Əsasən, gəmilərdə, teplovozlarda, sərnişin və yük avtomobillərində istifadə olunur. Mühərrik onu ixtira edən Rudolf Dizelin adı ilə adlandırılmışdır. İlk dizel mühərriyi 1897-ci ildə Rudolf Diesel tərəfindən inşa edilmişdir. Dizel mühərrikləri üçün yanacaq çeşidi genişdir. Bura kerosindən başlayaraq mazuta qədər neftin bütün qovulma fraksiyaları və təbii mənşəli bir sıra məhsullar – raps yağı, palma yağı və s.aiddir. Dizel mühərriyi müəyyən uğurla xam neftlə də işləyə bilər. == Tarix == 1824-cü ildə Sadi Karno Karno tsikli ideyasını formulə edir. Bu ideyaya görə maksimal qənaətcil istilik maşınında işçi mühit "həcm dəyişikliyi", yəni sürətli sıxılma vasitəsilə yanacağın yanma temperaturuna qədər qızdırılmalıdır. 1890-cı ildə Rudolf Dizel bu prinsipi praktiki olaraq həyata keçirməyi təklif etdi.
Nüvə yanacağı
Nüvə yanacağı — nüvədaxili enerjinin ayrılması ilə müşayiət olunan nüvələrin zəncirvarı bölünməsi və ya onların sintezi reaksiyalarını həyata keçirməklə enerjinin alınması üçün istifadə olunan maddələr. == Təbii və qeyri-təbii nüvə yanacaqları == Təbii halda tapılan nüvə yanacağı urandır. Təbii uranda zəncirvarı bölünmə reaksiyalarının getməsini təmin edən bölünən 235U nüvələri (birinci yanacaq) və "xammal" nüvələri adlanan 238U nüvələri var. Axırıncılar neytronları udaraq iki dəfə β çevrilməyə uğraması nəticəsində təbiətdə mövcud olmayan 236Pu (ikinci yanacaq) izotopuna çevrilir. Təbii halda təsadüf olunmayan nüvə yanacağından biri də 233U izotopudur. O, torinium (232Th) neytron udaraq, iki dəfə β çevrilməsi nəticəsində alınır. == İstifadəsi == Nüvə yanacağından nüvə reaktorlarında metal bloklar şəklində istifadə edilir. bunların istilikayıran elementləri nüvə yanacağından ibarət özəkdən və üzəri kip bağlanan metral örtükdən ibarət olur. Kimyəvi tərkibinə görə istilikayıran elementləri metal (buraya ərintilər də daxildir), oksid, karbid, nitrit və s. ola bilər.
Rudolf Dizel
Rudolf Dizel (alm. Rudolf Christian Karl Diesel‎; 18 mart 1858[…], Paris – 30 sentyabr 1913, La Manş boğazı) — Dizel mühhərikini ixtira edərək (1897) avtomobilqayırmanın yaranmasında xüsusi rol oynamış alman mühəndis və ixtiraçı. == Həyatı == Rudolf Dizel 1858-ci ildə anadan olmuşdur. Fransa-rus müharibəsi zamanı ailəsi ilə birlikdə İngiltərəyə qaçmışdır. Həmin vaxt o Almaniyaya təhsil almağa gedir. 1873-cü ildə real məktəbi əla qiymətlərlə və 1875-ci ildə Auqsburq politexnik məktəbini bitirir. Sonra o Münhen ali texniki məktəbinə dəvət olunur. Buranı Dizel ali məktəbin tarixində ilk dəfə olaraq ən yaxşı qiymətlərlə başa vurur. 27 fevral 1892-ci ildə Dizel "yeni rasional istilik mühərriki" üçün patent ərizəsi verir. 23 fevral 1893-cü ildə "Yüksək istiliyi işə çevirmək üçün üsul və avadanlıq" adı altında onun patenti imperatorluğun patent şöbəsində qeydə alınır.
Vin Dizel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida dairəsi, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Dimetil efir yanacağı
Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır. Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı. == DME xassələri == Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır). == DME alınması == Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du Pont və Air Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir.
Hidrogen yanacağı enerjisi
Hidrogen iqtisadiyyatı, Hidrogen enerjisi - önümedilməkdədir. Bu enerji, sudan əldə edilə bilməkdə və yüksək məhsuldarlıqla, ətraf üzərində heç bir mənfi təsir yaratmadan faydalı bir enerjiyə çevrilə bilməkdədir. Dünyanın enerji problemini həll etmək üçün istifadə ediləcək hidrogen enerjisi ilə milyardlarla il çatacaq enerji davamlı olaraq çıxarıla biləcək. == Tətbiqi == Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkəti 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı əldə ediləcək. Hesablamalara görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.
MTU-881 KA 500 Dizel Mühərriki
MTU-881 KA 501, Almaniyanın MTU şirkətinin PzH 2000 özüyeriyən haubitsası üçün istehsal etdiyi dizel mühərrikidir. T-155 Fırtına üçün Türkiyədə lisenziya altında istehsal olunur.
встопо́рщиться ещё ка́к ка́шлевый парообразова́ние пустогра́й учени́чество леси́на перештемпелёвывание подсу́нуться предотъе́здный ятовь addendum araneid Cliff fossed Frondeur hoy inglorious monetary rubber plant unpatented вера мутить просочиться процесс