dizel-motorsuz

dizel-motorsuz
dizel-motorlu
dizelçi
OBASTAN VİKİ
Dizel mühərriki
Dizel mühərriki — Dizel sıxılmadan alovlanan porşenli daxili yanma mühərriyi olub dizel yanacağı ilə işləyir, iqtisadi cəhətdən sərfəlidir. Əsasən, gəmilərdə, teplovozlarda, sərnişin və yük avtomobillərində istifadə olunur. Mühərrik onu ixtira edən Rudolf Dizelin adı ilə adlandırılmışdır. İlk dizel mühərriyi 1897-ci ildə Rudolf Diesel tərəfindən inşa edilmişdir. Dizel mühərrikləri üçün yanacaq çeşidi genişdir. Bura kerosindən başlayaraq mazuta qədər neftin bütün qovulma fraksiyaları və təbii mənşəli bir sıra məhsullar – raps yağı, palma yağı və s.aiddir. Dizel mühərriyi müəyyən uğurla xam neftlə də işləyə bilər. == Tarix == 1824-cü ildə Sadi Karno Karno tsikli ideyasını formulə edir. Bu ideyaya görə maksimal qənaətcil istilik maşınında işçi mühit "həcm dəyişikliyi", yəni sürətli sıxılma vasitəsilə yanacağın yanma temperaturuna qədər qızdırılmalıdır. 1890-cı ildə Rudolf Dizel bu prinsipi praktiki olaraq həyata keçirməyi təklif etdi.
Dizel yanacağı
Dizel yanacağı (köhnəl."solyarka") — daxiliyanma mühərriklərində yanacaq kimi istifadə olunan maye məhsuldur. Adətən bu ad altında neftin birbaşa qovulma məhsulu olan kerosin-qazoyl fraksiyasından alınan yanacaq başa düşülür. "Solyarka" sözü alman dilində Solaröl (günəş yağı) sözündən yaranıb. Hələ 1857-ci ildə neftin qovulmasından alınan ən ağır fraksiya sarı rənginə görə belə adlandırılıb. Sovet dövründə neft emalı sənayesi "Соляровое масло ГОСТ 1666–42 и ГОСТ 1666–51" adlı məhsul buraxırdı. Bu məhsul ortadövriyyəli (600–1000 dövr/dəq) dizel mühərriklərində yanacaq kimi istifadə üçün nəzərdə tutulub geniş tətbiq olunurdu. Solyar yağı itiyerişli dizel mühərriklərində yanacaq kimi tətbiq üçün yararlı deyil. == Tətbiqi == Dizel yanacağının əsas istehlakçıları dəmiryolu nəqliyyatı, yük avtonəqliyyatı, su nəqliyyatı, hərbi texnika, dizel elektrogeneratorları, kənd təsərrüfatı texnikası, eləcə də son zamanlar sərnişin dizel avtonəqliyyatıdır. Dizel mühərriklərindən başqa, qalıq dizel yanacağı (solyar yağı) çox vaxt qazanxana yağı kimi istifadə olunur. == Yanacağın əsas göstəriciləri == Dizel yanacağı distillə olunmuş, aşağı özlülü (itiyerişli nəqliyyat) və qalıq, yüksək özlülü (traktor, gəmi, stasionar və s.nəqliyyat) yanacağa bölünür.
Rudolf Dizel
Rudolf Dizel (alm. Rudolf Christian Karl Diesel‎; 18 mart 1858[…], Paris – 30 sentyabr 1913, La Manş boğazı) — Dizel mühhərikini ixtira edərək (1897) avtomobilqayırmanın yaranmasında xüsusi rol oynamış alman mühəndis və ixtiraçı. Rudolf Dizel 1858-ci ildə anadan olmuşdur. Fransa-rus müharibəsi zamanı ailəsi ilə birlikdə İngiltərəyə qaçmışdır. Həmin vaxt o Almaniyaya təhsil almağa gedir. 1873-cü ildə real məktəbi əla qiymətlərlə və 1875-ci ildə Auqsburq politexnik məktəbini bitirir. Sonra o Münhen ali texniki məktəbinə dəvət olunur. Buranı Dizel ali məktəbin tarixində ilk dəfə olaraq ən yaxşı qiymətlərlə başa vurur. 27 fevral 1892-ci ildə Dizel "yeni rasional istilik mühərriki" üçün patent ərizəsi verir. 23 fevral 1893-cü ildə "Yüksək istiliyi işə çevirmək üçün üsul və avadanlıq" adı altında onun patenti imperatorluğun patent şöbəsində qeydə alınır.
Vin Dizel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida qraflığı, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
MTU-881 KA 500 Dizel Mühərriki
MTU-881 KA 501, Almaniyanın MTU şirkətinin PzH 2000 özüyeriyən haubitsası üçün istehsal etdiyi dizel mühərrikidir. T-155 Fırtına üçün Türkiyədə lisenziya altında istehsal olunur.