Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) - qıfotu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Çin və Yaponiyadır.Təbiətdə növün arealı Cənubi Avropanı,Asiyanı və Şimali Afrikanı əhatə edir.
== Sinonim ==
Pervinca major (L.) Garsault [Invalid]
Vinca grandiflora Salisb.
Vinca major subsp. major
Vinca major var. variegata Loudon
Vinca major f. variegata (Loudon) P.D.Sell
Vinca ovatifolia Stokes
== Növ müxtəlifliyi ==
== Botaniki təsviri ==
Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur.Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür.Hündürlüyü 30-45 sm-ə çatır.Yarpaqları yumurtavari,ovalşəkilli,üstü tünd-yaşıl,altı isə açıq-yaşıl rənglidir,uzunluğu 4-8 sm,eni 2-5 sm,çılpaq,kənarları tükcüklüdür.Çiçəklərinin diametri 30-50 mm,parlaq göydür,düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir.Kasacıq hissəsinin uzunluğu 8-9 mm,tükcüklü,çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.Çiçək tacı borucuğunun uzunluğu 15-25 mm,eni 10-18 mm,rombvari-yumurtavaridir.Mart-aprel aylarında çiçəkləyir.Nazik budaqları əyilərək,torpağın üzərinə düşür və həmin hissədən kök atır.Toxum,yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır.
== Ekologiyası ==
Torpağa tələbkar deyil,quraqlığa davamlıdır,lakin Abşeron şəraitində isti yay günlərində suvarılmalıdır.Kölgəli və yarımkölgəli sahələrdə yaxşı inkişaf edir.
== Azərbaycanda yayılması ==
Böyük Qafqazda,Kür-Araz ovalığında,Cənub bölgəsində,Naxçıvanda,Abşeronda rast gəlinir.