DO₂
DODAĞABƏNZƏR
OBASTAN VİKİ
Alfons Dode
Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu. == Həyatı == Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb. Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və... Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi.
Allophylus dodsonii
Allophylus dodsonii (lat. Allophylus dodsonii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Aloysia dodsoniorum
Aloysia dodsoniorum (lat. Aloysia dodsoniorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin aloysia cinsinə aid bitki növü.
Anemone dodecaphylla
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Böyük cinsiyyət dodaqları
Böyük cinsiyyət dodaqları — lat. labia majora pudendi qasıq dağcığından aşağıda 7-8 sm uzunluğunda və 2-3 sm enində bir cüt paralel istiqamətdə durmuş elastik dəri büküşləridir. Bayır tərəflərdən çanaq-bud şırımı vasitəsilə sağ və solbuddan ayrılmışdır. Böyük cinsiyyət dodaqları orta xətdə cinsiyyət yarığını (lat. rima pudendi) əhatə edir. bu yarıq qızlarda və cavan qadınlarda qapalı yəni böyük cinsiyyət dodaqları bir-birinə söykənmiş olur. Təkrar doğmuş qadınlarda böyük cinsiyyət dodaqları elastikliyini itirdiyinə görə cinsiyyət yarığı açıq qalır. Cinsiyyət yarığının ön və dal uclarında böyük cinsiyyət dodaqları bir-biri ilə birləşərək ön və dal bitişməni — lat. commissura labiorum anterior et posterior əmələ gətirir. dal bitişmə dal tərəfdə 3 sm uzunluğunda aralıq adlanan sahə vasitəsilə anusdan ayrılmışdır.
Böyük dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Cattleya trianae var. dodgsonii
Cattleya trianae (lat. Cattleya trianae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin kattleya cinsinə aid bitki növü. 1936-cı ildən Kolumbiyanın milli gülü kimi seçilib. == Sinonimləri == Cattleya bogotensis Linden Cattleya kimballiana L.Linden & Rodigas Cattleya labiata var. ernestii Sander Cattleya labiata subsp. massangeana Rchb.f. Cattleya labiata var. trianae (Linden & Rchb.f.) Regel Cattleya trianae var. alba L.Linden & Rodigas Cattleya trianae f. alba (L.Linden & Rodigas) M.Wolff & O.Gruss Cattleya trianae var.
Cinsiyyət dodağı
Cinsiyyət dodağı — Qadın cinsiyyət üzvlərindən biri. Bunlar vulvanın xaricdən görünə bilən ən böyük hissələridir. İnsanlarda iki cüt cinsiyyət dodağı vardır: böyük cinsiyyət dodağı (labia majora) daha böyük və daha şişman, kiçik cinsiyyət dodağı (labia minora) isə xarici dodaqlar arasındakı bədən büküşləridir. Cinsiyyət dodağı klitor, vagina və sidik kisəsini əhatə edir və qoruyur. Labioplastika, labia minorayı (daxili labia) və labia majorayı (xarici labia), insan vulvasını əhatə edən bədən büküşlərini dəyişdirmək üçün istifadə edilən plastik cərrahiyyə əməliyyatı növüdür.
Collocalia dodgei
Collocalia dodgei (lat. Collocalia dodgei) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin collocalia cinsinə aid heyvan növü.
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Dodaq boyası
Dodaq boyası — əsasən qadınların dodaqlarına çəkdikləri müxtəlif rəngli kosmetik məhsul. == Tarixi == Dodaq boyama mədəniyyəti təxminən 5000 il bundan əvvələ təsadüf edir. Dodaq boyasını ilk icad edənlər qədim Mesopotomiyalılar hesab edilir. Qədim zamanlarda qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər. Qədim Misirdə isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş, onlar böcək, bitki, yod, brom, yosun, balıq pulcuğu və oxralardan istifadə edərək dodaq boyası əldə edirdilər. Orta əsrlərdə kilsə güclü bir təşkilat idi və buna görə dodaq boyasını günah hesab etdiyi üçün qadağan etmişdir, amma sonrakı dövrdə bu mədəniyyət sərbəstləşdirilmişdir.
Dodaqayaqlılar
Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif. == Xarici quruluşu == Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir.
Dodaqdan Qəlbə
Dodaqdan qəlbə (roman)
Dodaqdan qəlbə (roman)
Dodaqdan qəlbə (türk. Dudaktan Kalbe) — Rəşad Nuri Güntəkinin ilk dəfə 1925-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur.
Dodaqdan Ürəyə
Dodaqdan qəlbə (roman)
Dodaqdəyməz
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur.Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir. == Ay eylər qıj-qıj == == İstinadlar == == Mənbə == ASE, III cild.
Dodaqdəyməz təcnis
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur.Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir. == Ay eylər qıj-qıj == == İstinadlar == == Mənbə == ASE, III cild.
Dodaqlar
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Dodaqçiçəklilər
Dalamazkimilər (lat. Lamiaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə daxil olan növlərin əksəriyyəti ot, yarımkol, kol və kiçik ağaclardır. Yarpaqları sadə olub, qarşvq-qarşıya düzülür. İkicinsiyyətli mürəkkəb çiçəkləri salxım və ya süpürgəyəbənzər çiçək qrupunda yerləşir. Fəsiləyə daxil olan 200-ə yaxın cinsiə aid 3500 növ demək olar ki, dünyanın hər yerində, əsasən, Aralıq dənizyanı ərazilərdə, həmçinin Ön və Orta Asiyada geniş yayılmışdır. Azərbaycanda dodaqçiçəklilərin 203 növü məlumdur. Dodaqçiçəklilərin bir çox növü efir yağı ilə zəngindir. Lavanda, rozmarin kimi növlərindən ətriyyatda, kəklikotu, qaraqınıq, nanə və s. kimi növlərindən təbabətdə istifadə olunur.
Dodeh (Həştrud)
Dodeh (fars. دوده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (37 ailə).
Dodekaedr
Dodekaedr düzgün çoxüzlü.
Dodekafoniya
Dodekafoniya (yunan dilində "dodeko" - 12, "fon" - səs deməkdir) — Arnold Şönberq tərəfindən yaradılan sistem. Şönberq "dodekafoniyanın atası" adlanırdı. == Tarixi == 1909-cu ildən Arnold Şönberqin yeni üslub axtarışlarının təməli qoyulur. Bəstəkar tonal musiqinin ənənəvi prinsiplərindən uzaqlaşmağa çalışır. Və beləliklə, o, atonal sistemi yaradır. Bu sistem səslərin sabit - qeyri sabit bölgüsünü inkar edir. Atonallıq üçün xarakterik olan cəhətlər: dissonansların üstünlüyü, həlli olmayan gərginliyin stabilliyi "Gözləmə" monodramında öz əksini tapır. Bu dövrün əsas əsəri "Aylı Pyerro" melodeklomasiya silsiləli vokal məcmuədi. Bu əsərdə həm də vokal partiyasının traktovkası yeni idi. İlk dəfə olaraq, Şönberq burada danışıq oxuma - "şprexqesonq" - növündən istifadə edir.
Dodekan
Dodekan (C12H26) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Dodekanal
Dodekanal (C12H24O) — rəngsiz mayedir. Efir yağlarında olur. Turşuların təsirilə polimerləşə bilir. Digər adı: 2-Metilindekanal. == Ədəbiyyat == Хейфиц Л. А., Дашунин В. М. Душистые вещества и другие продукты для парфюмерии. — М.: Химия, 1994. — 256 с. — 2 000 экз. — ISBN 5-7245-0967-9 Войткевич С. А. 865 душистых веществ для парфюмерии и бытовой химии. — М.: Пищевая промышленность, 1994.
Dodekanes türkləri
Dodekanes türkləri — 1911-1912-ci illər İtaliya-Türkiyə müharibəsi nəticəsində italyan işğalına məruz qalan Dodekanes adaları 1947-ci ildə Yunanıstana verildi. Yerli türklər Yunanıstan vətəndaşı halına gəlmiş və hazırda bu adalarda təxminən 5 000 türk əsilli şəxs yaşayır. Haqqında danışılan türk icması xüsusilə Rodos və Kos adalarında sıx məskunlaşdıqları üçün Rodos türkləri (3000 nəfər) və ya Kos türkləri (2000 nəfər) də adlandırılırlar. Bundan başqa, adalılar ifadəsi də istifadə edilir, yaxud bəziləri bura Krit adasından köçdükləri üçün mədəniyyət bənzərlikləri səbəbi ilə kritlilər adlandırılır. == Tarix == İtaliyanın əlinə keçdikdən sonra adalardakı yunanlar Yunanıstan ilə birləşməyi tələb etsələr də, türklər Osmanlıya qatılmağı, bu da olmasa, İtaliyanın suverenliyində qalmaq istəyirlər. Bu istiqamətdə 1919-ci ildə "Rodos və İstanköy Müdafa-i Hüquq-i İslamiyyə" Cəmiyyətini qururlar. === Rodos türkləri === 1923-cü ildə Dodekanes adaları İtaliyanın nəzarətində olduğu üçün adalardakı türklər və yunanlar Türkiyə ilə Yunanıstanla arasındakı əhali mübadiləsinə məruz qalmamışdılar. Amma yenə də Türkiyəyə köçmək istəyənlər Atatürkün əmri ilə əvvəl Fəthiyəyə, sonra isə Marmarisin Turqutköy, Dəlikliyol bölgəsinə yerləşdirilmişlər. === İstanköy türkləri === 1522-ci ildə, Osmanlı fəthi sonrası saymaya görə Narince (Narence) 'də 17 məhəllə-505 xana, Pili'de 8 məhəllə-404 xana və Kefaroz'da 4 məhəllə-216 xana Rum vardır. Adanın Türkleştirilmesi üçün 79 könüllü Türk xanası, Narinceye yerləşdirilir.

Значение слова в других словарях

исстра́чивание камчада́лка Окта́нт перешвырну́ть рота́торный щебетня́ во́лок га́достность забра́ться котиро́вка с полти́ной самоопределя́ться торпеди́ровать укоро́ченный cynocephalus deciduous dewless green manure out-of-the-way photomicrograph Table Round заградить корчевание подарок политичный