1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. Adamın iki dodağı olur. Alt dodaq. Üst dodaq. Nazik dodaq.
2. Bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. Banka dodağına qədər doludur.
// Məc. mənada.
// Bəzən çiçəklərin dodaq şəklində olan bölüklərinə deyilir.
3. Müxtəlif alətlərin tutucu, sıxıcı hissəsi (bu mənada ancaq cəm şəklində işlənir). Məngənənin dodaqları.
◊ Dodağı qaçmaq – bax dodaqları qaçmaq.
Dodağı yer süpürmək – bax dodağı yerlə getmək.
Dodağı yerlə getmək – küsmək, incimək, çox pərt olmaq, qaşqabağını sallamaq. Sadıq kişinin qaşları çatılmışdı.
Dodağını büzüşdürmək – bax dodaq büzmək 2-ci mənada.
Dodağını dişləmək – birdən bir şey yadına düşmək, xatırlamaq.
Dodağını sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq.
Dodağının altında – bax dodaqaltı.
Dodağının altından gülmək – istehza etmək, istehza yolu ilə gülümsəmək, qımışmaq.
Dodağının altından söylənmək – mırtıldanmaq, deyinmək, donquldanmaq.
Dodaq büzmək, dodağını (dodaqlarını) büzmək – 1) narazılıq göstərmək;
2) istehza etmək.
3) ağlamsınmaq, kövrəlmək, doluxsunmaq. Uşağa acıqlandım, dodağını büzdü;
4) naz əlaməti olaraq dodaqlarını büzmək; gülümsünmək.
Dodaq çuxuru – üst dodağın ortasında burunun qabağındakı batıq yer. Üst dodağın çuxuru iki bığın arasıdır.
Dodaq sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq.
Dodaq-dodağa – dodaqlarını bir-birinə yapışdıraraq.
Dodaq-dodağa vermək – ağız-ağıza vermək.
Dodaqları ağarmaq – bir hadisənin təsiri nəticəsində dodaqlarının qanı qaçmaq, dodaqları bozarmaq.
Dodaqları altında – bax dodaqaltı.
Dodaqları büzülmək – 1) narazılıq, xoşnudsuzluq ifadə etmək. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşları qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli;
2) ağlamsınmaq.
Dodaqları qaçmaq – gülümsünmək. Muradın dodaqları qaçdı.
Dodaqlarını çeynəmək – qəzəb əlaməti olaraq dodaqlarını gəmirmək. Nadir yumruğunu qaldırıb, bütün gücü ilə dizinə vurdu.
Dodaqlarını sallamaq – bax dodağını sallamaq.
Alt dodağı yer süpürmək – bax dodağı yerlə getmək.
Nə dil bilsin, nə dodaq – bax dil1.