DODAQALTI

zərf
1. Yavaşcadan, pəsdən, öz-özünə.
Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdi. A.Şaiq.
Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.

2. İstehza ilə.
Dodaqaltı gülmək nədir, söylə, ya? M.Ə.Sabir.
[Altıaylıq] dodaqaltı gülə-gülə əlini döşünə qoyub camaata baş əyərdi. H.Sarabski.

DODAQ
DODAQARASI

Digər lüğətlərdə

икну́ться намагни́титься наменя́ть отгла́дить полу́да фармакома́ чудно́е эгои́стка бесша́жный ход мно́жественный мучи́ца самозабве́нно acidy autogiro blacky frequence ill fame roll round Salian talus благоглупость карат ловкачка отслоить пробуравить