DOG-DAYS

n 1. yayın ən isti günləri (iyul və avqust aylarında); 2. qara günlər, ağır vaxtlar

DOG-COLLAR
DOG-FANCIER
OBASTAN VİKİ
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
Atomic Dog
Atomic Dog — Corc Klintonun 1982-ci ildə çıxardığı Computer Games albomunda yer alan sinql.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
91 Days
91 Days (ナインティワンデイズ, Naynti Van Deydzu, azərb. 91 gün‎) — Shuka tərəfindən istehsal olunmuş anime serialı. == Məzmun == Hekayə Louless şəhərinin İllinoys ştatında spirtli içki qadağası dövründə cərəyan edir, harada ki dəmlənmiş likör qara bazarda hökm sürür. Ailəsi mafya mübahisəsi zamanı qətlə yetirilmiş Ancelo Laqusa Vanetti ailəsinə, xüsusilə, onun donu Vinsent Vanettidən intiqam almaq istəyir. Yeddi il gizləndikdən sonra Ancelo atasının dostundan anonim məktub alır, kim ki ona Loulessə qayıtmağı və intiqam almağı təklif edir. Avilio Bruno adı altında o, donun oğlu — Nero ilə dostlaşaraq Vanetti ailəsinə sızmağa başlayır, lakin bu dramatik 91 günlük hekayədə qisas qisas ardınca artır və qətllər ciddi nəticələrə təkan verir. == Personajlar == === Əsas === Avilio Bruno (アヴィリオ・ブルーノ, Avuirio Burūno) Səsləndirən: Takasi Kondo (yapon), Ostin Tindle (ingilis) Anime serialının baş qəhrəmanı. Əsl adı Ancelo Laqusadır. Hekayədən yeddi il əvvəl onun ailəsi Vanetti ailəsi tərəfindən öldürülmüşdür. Onun Vanetti ailəsinə qarşı kəskin nifrəti var və Loulessə qayıdıb qisasını almaq üçün anonim məktub alana kimi özünü yeddi il ərzində gizlətmişdir.
Tom Days
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Demon Days
Demon Days — Böyük Britaniyanın virtual musiqi qrupu Gorillaz-ın ikinci studiya albomu. 11 may 2005-ci ildə Yaponiyada, 23 may 2005-ci ildə isə Böyük Britaniyada Parlophone tərəfindən buraxılıb. Albom ABŞ-də Virgin Records tərəfindən satışa çıxarılıb. "Demon Days" 23 ölkənin musiqi çartında ilk onluğa düşüb. Albomdan beş sinql buraxılıb: "Feel Good Inc.", "DARE", "Dirty Harry", "Kids with Guns", və "El Mañana". Albom Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısında 437-ci yerə layiq görülüb.
Salad Days
Salad Days — Kanada müğənnisi Mak Demarkonun ikinci studiya albomu. 1 aprel 2014-cü ildə Captured Tracks tərəfindən buraxılıb. Bütün mahnılar Mak Demarko tərəfindən yazılmış və bəstələnmişdir.
365 Days TV
365 Days TV — Rusiya tarixi telekanalı. Red Media holdinqin televiziya kanallarından biridir. == Yayımlama == Kanal NTV-Plyus, Tricolor TV, Express-AMU-1 peyki, Platforma HD, Akado, ER-Telecom, Multiregion operatorlarının paketlərində yayımlanır. == Öz istehsalı olan verilişlər == "Həqiqət saatı" "Yeddi gün tarix" "Qələbə Qəhrəmanları" "Böyük şəhərin balaca detalları" "Adi tarix" "Bir şəklin tarixi" "Rusiyanın bütün soyadları" "KinoTarix" "Rusiya tarixində qadınlar" == Öz istehsalı olan sənədli filmlər == "Rusiyada qiyamlar" (4 film) "Rusiyada pullu islahatlar" (4 film) "Manastır divarları" (8 film) "Xaricilər Rusiyada" (6 film) "Napoleon ilə döyüşlər" (7 film) "Rusiya əsgəri XX əsrin əvvəllərində" (4 film) "Poltava döyüşünün 300 illiyi" (3 film) "Rus tarixinin səhifələri" (4 film) "Krımın tarixindən" (4 film) "Rusiya muzeyi" (2 film) "Rusiyanın soylu ailələri" (5 film) "Rus sultanları" (3 film) "Böyük Qələbə yolunda" (10 film) "SSRİ-də doğulanlar" (10 film) "Rus tədrisinin tarixi" (5 film) == Mükafatları == === Rusiya mükafatları === 2009 — "Zamanın Qəhrəmanı" festivalının qalibi. 2010 — "Təhsil kanalı" nominasiyasında ilk milli mükafatın qalibi. 2010 — "Televiziyanın dizaynı və tərzi" nominasiyasında milli mükafat. === Beynəlxalq mükafatlar === 2006 — "Ən dinamik inkişaf edən televiziya kanalı" nominasiyasında "Hot Bird TV Awards" mükafatı. 2008 — "Mədəniyyət və təhsil kanalı" nominasiyasında "Hot Bird TV Awards" mükafatı. 2010 — "Ən Yaxşı Sənədli Kanal" nominasiyasında "Hot Bird TV Awards" mükafatı.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
The quick brown fox jumps over the lazy dog
"The quick brown fox jumps over the lazy dog" (azərb. Sürətli qəhvəyi tülkü tənbəl itin üstündən tullanır‎) — ingilis dilində olan panqramma. Cümlə əsasən yazı maşınları və kompüter klaviaturalarının sınaqdan keçirilməsi, şrift nümunələrinin göstərilməsi və əlifbadakı bütün hərflərin istifadəsi arzu olunan mətni əhatə edən digər proqramlar üçün istifadə olunur. Bu ifadənin məlum olan ən birinci istifadəsi The Boston Journal-da olub. 9 fevral 1885-ci il tarixli nəşrdə "Mövcud qeydlər" başlıqlı məqalədə bu ifadə yazı üçün yaxşı təcrübə cümləsi kimi qeyd olunur: "Müəllimlərin şagirdləri üçün yazdıqları sevimli cümlə budur, çünki o, əlifbanın hər bir hərfini ehtiva edir: "Sürətli qəhvəyi tülkü tənbəl itin üstündən tullanır."" Sonrakı bir neçə ay ərzində onlarla başqa qəzet bu ifadəni istifadə etməyə başladı, lakin onlar cümlənin "The" deyil, "A" ilə başlayan versiyasından istifadə etdilər. "The" ilə başlayan cümlənin bilinən ən erkən istifadəsi Linda Bronson tərəfindən 1888-ci ildə yazılmış "İllüstrativ stenoqram" kitabındadır. Müasir forma ("The" ilə başlayan) orijinaldan ("A" ilə başlayan) bir qədər uzun olsa da, daha çox yayılmışdır. 30 avqust 1963-cü ildə Moskva-Vaşinqton qaynar xəttinə göndərilən ilk mesaj "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890" idi. Daha sonra sınaq zamanı rusiyalı tərcüməçilər amerikalı həmkarlarına mesaj göndərərək bu cümlənin mənasını soruşublar. XX əsrdə yazı maşınlarını və teleprinterləri sınaqdan keçirtmək üçün bu cümlə istifadə olunmağa başlanıb.